Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əlahiddə Ümumqoşun Orduda bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib

Əlahiddə Ümumqoşun Orduda bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib

02.12.2025 [22:26]

2025-ci ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ilin yekunlarına dair keçirilən yoxlamalar zamanı hərbi hissə və bölmələrin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib. Yoxlamalar çərçivəsində bölmələrin həyəcan siqnalı ilə qaldırılması zamanı fəaliyyəti, qərargah fəaliyyəti, döyüş hazırlığı, komandir hazırlığı, ümumqoşun hazırlığı və maddi-texniki təminat vəziyyəti yoxlanılıb, şəxsi heyətdən müxtəlif hazırlıqlar üzrə məqbullar qəbul edilib, atıcı silahlardan və artilleriya vasitələrindən praktiki atışlar yerinə yetirilib, maddi tədris bazasının yoxlanılması məqsədilə sıra baxışları keçirilib.

Hərbi qulluqçuların taktiki-xüsusi hazırlıq üzrə məşğələləri, eləcə də komando bölmələrinin dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib. Hərbi qulluqçular müasir texniki vasitələrdən istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Azərbaycan Ordusunda inspeksiya yoxlamalarının nəticələri və hərbi qulluqçuların peşəkarlığı müsbət qiymətləndirilib.

Paylaş:
Baxılıb: 313 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31