Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransalı siyasətçi Makronu Ukraynada sülhün əsas əleyhdarı adlandırıb

Fransalı siyasətçi Makronu Ukraynada sülhün əsas əleyhdarı adlandırıb

02.12.2025 [21:47]

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Prezident Emmanuel Makronu Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının əsas əleyhdarı kimi xarakterizə edib.

AZƏRTAC xəbər verir ki, Florian Filippo özünün sosial media hesabında Emmanuel Makronun Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə danışıqlarını şərh edərkən “Sülhün əsas düşməni danışır!” replikasını yazıb. Fransalı siyasətçinin fikrincə, Ukrayna münaqişəsinə həqiqətən son qoymaq üçün “korrupsiya bataqlığına qərq olmuş” Kiyevə silah və maliyyə dəstəyini dayandırmaq lazımdır.

Qeyd edək ki, dekabrın 1-də Volodimir Zelenski Fransa Prezidenti ilə görüşmək üçün Yelisey sarayına gəlib. Görüşdən sonra Emmanuel Makron Ukraynada korrupsiyaya qarşı mübarizədə əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib.

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31