Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanın hakim partiyası “BBC” telekanalını məhkəməyə verir

Gürcüstanın hakim partiyası “BBC” telekanalını məhkəməyə verir

01.12.2025 [23:32]

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası “BBC” telekanalına qarşı hüquqi iddia qaldıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə partiya bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, partiyanın əsas məqsədi yalan məlumatlar yayan media orqanlarını məsuliyyətə cəlb etməkdir. Sənəddə deyilir: “BBC bu gün səhər yayımladığı məqalədə Gürcüstan hökumətinə qarşı absurd və sübutsuz ittihamlar irəli sürüb. Məqalədə, o cümlədən Daxili İşlər Nazirliyinin mitinqlər zamanı kimyəvi maddələrdən istifadə etməsi ilə bağlı yalan iddialar yer alıb”.

Qeyd olunub ki, məqalədəki ittihamlar əsasən konkret şəxslərin və qanunsuz mitinqlərin iştirakçılarının hekayələrinə əsaslanır və hökumətin cavabları dərc olunmayıb.

Hakim partiyanın ictimaiyyətlə əlaqələr xidməti bildirib ki, BBC-yə əvvəlcədən bütün suallar üzrə cavablar təqdim olunub, lakin bu cavablar məqalədə işıqlandırılmayıb. Partiya BBC-ni qondarma "jurnalist araşdırması" adı altında dövlətçiliyi ləkələməkdə ittiham edir və yalan yaydığı üçün bütün mümkün hüquqi vasitələrdən istifadə ediləcəyini bildirir.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31