Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Minnətdarlıq duyğusu...

Minnətdarlıq duyğusu...

27.11.2025 [09:15]

Şükranlıq bayramının maraqlı ənənələri

Xarici KİV-lərin məlumatına görə, ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski Şükranlıq bayramı ərfəsində görüşə bilər. Qeyd olunub ki, Zelenski müharibənin bitməsi şərtləri ilə bağlı birgə ABŞ-Ukrayna razılaşmasını yekunlaşdırmaq üçün Trampla mümkün qədər tez, hətta bayram zamanı görüşmək istəyir. Ağ Evdən bildirilib ki, Tramp çərşənbə axşamı Şükranlıq bayramı üçün Vaşinqtondan ayrılacaq. O, bazar gününə qədər Floridadakı iqamətgahında qalmağı planlaşdırır. Bu informasiyalar bizim cəmiyyətdə sözügedən Şükranlıq bayramı haqqında bəzi suallar yaradır. Amerikalıların bu bayramı nə vaxt və necə keçirilir? Bu suallara aydınlıq gətirmək üçün bu gün Amerikada, o cümlədən Kanadada qeyd edilən Şükranlıq bayramı haqqında məlumatları diqqətinizə çatdırırıq.

Şükranlıq Gününün tarixi

Şükranlıq Günü Amerikada hər il noyabr ayının dördüncü cümə axşamı günü qeyd edilən federal bayramdır. Bu tarix 1941-ci ildə ölkə üzrə vahid şəkildə təyin olunub. 19-cu əsrin sonlarından etibarən isə 1621-ci ildə baş tutan Püritan hacıların məhsul yığımı festivalı ilə əlaqələndirilir. Bayramın əsas mahiyyəti adından da göründüyü kimi, Allaha şükr etməkdən ibarətdir.

1619-1620-ci illərdə bu qitəyə gəlmiş ilk sakinlərin yarısı sərt qış şəraitinə dözməyərək soyuqdan və xəstəliklərdən həlak olub. Qalan gəlmələr yerli hindilərin köməyi ilə salamat qalıblar. Hindilər onlara yerli bitkiləri yetişdirmək və daşlı-çınqıllı torpağı məhsuldar vəziyyətə gətirmək yollarını öyrədiblər. İlk amerikalılar yaxşı məhsul əldə edəndən sonra Tanrıya şükür etməyi və yerli hindilərlə bərabər bayram keçirməyi qərara alıblar.

İlk bayramda gəlmələrə salamat qalmaq sirlərini öyrətmiş Vampanoaqi xalqının (yerli hindilərin) nümayəndələri də iştirak ediblər. 1863-cü il oktyabrın 3-də isə prezident Avraam Linkoln Şükranlıq Gününü dövlət bayramı elan edib.

Bayramın maraqlı adətləri...

Bayramın əsas atributu ailə və dostlarla birlikdə Şükran Günü şam yeməyidir. Bu yemək adətən Yeni İngiltərə bölgəsinə aid məhsullardan ibarət olur: hinduşka, kartof, balqabaq, qarğıdalı, yaşıl lobya, zoğal və balqabaq piroqu. Son illərdə bu menyuya ABŞ-ın müxtəlif bölgələrindən gələn yeməklər də əlavə olunub, məsələn, cənub ştatlarında pəkən qozu piroqu, Böyük Göllər regionunda isə düyü ilə hazırlanan dolma məşhurdur.

Qara Cümə

Bayramın başqa bir atributu ənənəvi geyim paradlarıdır. İlk belə parad 1924-cü ildə Detroytda keçirilib. Ən məşhur parad hər il Nyu-Yorkda keçirilir. Ən böyük mağazalar şəbəkəsi “Macy’s” tərəfindən təşkil olunur. 1952-ci ildən bəri parad televiziyada yayımlanır. Şükranlıq Günündən sonra ənənəvi Milad satışlarının açılışı ölkənin bütün mağazalarında baş verir. 1960-cı illərdən bəri bu gün də Qara Cümə kimi tanınır.

Hind toyuğunun əfvi...

Hər il Şükranlıq Günü bayramı ərəfəsində Ağ Evdə ABŞ prezidentinə hind toyuğu təqdim edilməsi də ənənə halını alıb. Bu mərasim zamanı prezident Amerika xalqını ənənəvi Şükranlıq bayramı münasibətilə təbrik edir və hind toyuğunun rəmzi olaraq əfv edilməsi barədə qərar imzalayır.

ABŞ prezidentinə hind toyuğunun təqdim edilməsi ənənəsi 1947-ci ildə, prezident Trumenin dövründə başlanıb. Əfv mərasiminin başlanğıcı isə 1987-ci ildə, prezident Ronald Reyqanın dövründə qoyulub.

Qabl və Vadl azad edildi...

Bugünlərdə ABŞ-da Ağ Evdə Şükranlıq bayramı ilə əlaqədar ənənəvi hind toyuğunun bağışlanması mərasimi keçirilib. ABŞ Prezidenti Donald Tramp çıxış edərək xalqı bayram münasibətilə təbrik edib və daha sonra Qabl və Vadl adlı hind toyuqlarını əfv edib. Bu il bayram süfrəsində olmayacaq quşlar geriyə - Şimali Karolinaya göndəriləcək.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 39 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30