Uğurlu vəhdət!
27.11.2025 [08:53]
İctimai və dövlət maraqlarının sintezi...
Cəmiyyətin hər bir üzvü gündəlik həyatda ictimai maraqların müdafiəsi ilə qarşılaşır. Amma fərdi maraqlarla yanaşı, dövlət maraqlarının müdafiəsi də davamlı inkişafı üçün təməl rolunu oynayır. Kimliyindən asılı olmayaraq, vətəndaşların ən başlıca vəzifəsi dövlət maraqlarını müdafiə etməkdir. Bir sözlə, hər bir ölkə, xalq üçün ictimai maraqlarla bərabər, dövlət maraqları da ön planda olmalıdır.
Bu məsələlərdə kiçik bir fikir ayrılığı sonda ölkə üçün ciddi problemlərə yol aça bilər. Dövlət maraqları müdafiə olunmasa, ölkənin suverenliyi, təhlükəsizliyi təhdid altına düşmüş olar. Dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur.
Bu cəmiyyətlər daha dayanıqlı olur...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Məşhur Məmmədov bildirib ki, müasir dünyada ictimai və dövlət maraqlarının müdafiəsi naminə vətəndaş həmrəyliyinin əldə edilməsi ən önəmli nüanslardan biridir: “Hansı dövlətlərdə ki, ictimai və dövlət maraqları naminə vətəndaşlar tək yumruq olmağı bacarır, eyni zamanda xalq-dövlət birliyi modeli uğurla tətbiq olunur, həmin dövlətlər qlobalist şüurların kataklizmlərindən uğurla çıxa bilir. Həmin cəmiyyətlər həm də daha dayanıqlı olur, dövlətlərdə ictimai-siyasi sabitlik uzun illər xalqın təhlükəsiz şəraitdə yaşamasına rəvac verir. İctimai və dövlət maraqlarının müdafiəsi kontekstində vətəndaş həmrəyliyinin təmin edilməsi, həm də insanların təhlükəsiz şəraitdə yaşamağa olan inam və etiqadını daha da gücləndirmiş olur”.
Ölkəmizin uğurlu modeli...
Deputat qeyd edib ki, Azərbaycan ictimai və dövlət maraqlarının təmin edilməsi sahəsində kifayət qədər uğurlu model formalaşdıra bilib: “Bu gün dövlətin milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq, bütün vətəndaşlar üçün tolerant mühit formalaşdırması, eyni zamanda inanc fərqliliyinə baxmayaraq, hər kəsə bərabərhüquqlu vətəndaş kimi yanaşması dövlətə olan sevginin artması ilə müşahidə edilir. Azərbaycanda xalq-dövlət birliyi, ictimai və dövlət maraqları kontekstində informasiya müharibəsində hər kəsin bir əsgər kimi fəal olması, beynəlxalq mediada, sosial şəbəkələrdə ölkəmizə qarşı informasiya hücumlarında hər kəs aktiv şəkildə dövlətin müdafiəçisi qismində çıxış edir. Hesab edirəm ki, bu gün Azərbaycan vətəndaşının dövlətin taleyində önəmli məsələlərdə göstərdiyi sücaət, milli birlik modeli indiki həssas dövrdə dünyanın bir çox cəmiyyətlərinə örnək ola bilər. Bu baxımdan Azərbaycanda olan mühit dünya dövlətləri üçün də dərs çıxarılası vəziyyətdir”.
Xalqımız mənəvi dəyərlərimizə sayğı göstərir
Millət vəkilinin sözlərinə görə, hər kəsə bəllidir ki, Prezident tərəfindən milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Fikrimcə, hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, öz dövlətinin milli maraqlarını qorumalıdır. Çünki dövlət maraqları müdafiə olunmadığı təqdirdə, ictimai maraqların da qorunması mümkün deyil. Sevindirici haldır ki, bu gün xalqımız mənəvi dəyərlərimizə, o cümlədən dövlətə, onun atributlarına və simvollarına böyük diqqət, qayğı və sayğı göstərir. Bütün bunlar da aparılan təbliğatın nəticəsidir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. O zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Bu isə ictimai maraqlarımızın yaşaması deməkdir.
İctimai və dövlət maraqlarında xalqı ayırmaq mümkün deyil. Azərbaycan bu baxımdan vahid mövqeyə və sarsılmaz birliyə sahibdir. Bundan sonrakı dönəmlər üçün də bu amil əsas götürülməlidir. Bütün ictimai-siyasi təşkilatlar da bu məsələdə aktiv olmalı, ictimai və dövlət maraqlarının müdafiəsində ön sıralarda dayanmalıdır”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

