"Zəfərin təntənəsi" mövzusunda tədbir keçirilib
05.11.2025 [18:14]
YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə 4 noyabr 2025-ci il tarixində "Zəfərin təntənəsi" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikmət Bağırov, idarə müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edildi. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində ən şanlı, ən qürurlu səhifələrdən biri olduğunu qeyd edərək bildirib ki, xalqımız Qarabağın azadlığı uğrunda tarixi Zəfər yürüşünün 5-ci ildönümünü böyük sevinc və yüksək qədirbilənlik duyğuları ilə qeyd edir. Beş il əvvəl Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı bu tarixi qələbə təkcə hərbi-siyasi yox, həm də milli ruhun, birlik və həmrəyliyin təntənəsi idi. Bu möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin müdrik siyasətinin, Azərbaycan xalqının birliyinin və ordu gücünün parlaq nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Azad edilmiş torpaqlarımızda “Böyük Qayıdış” proqramı ardıcıl və uğurla icra olunur.Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikmət Bağırov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz igidlik və qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etmiş, dövlətimizin suverenliyini bərpa etmişdir. Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan xalqının sarsılmaz iradəsinin, birliyinin və yenilməz gücünün parlaq təcəssümü oldu. Müharibə başladığı andan etibarən vəzifəsindən və yaşından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən uğrunda döyüşə könüllü qatıldı. 30 illik münaqişəni 44 günə sona çatdıran Vətən müharibəsi dünya hərb tarixinə misli görünməmiş Zəfər kimi düşdü. Bu Qələbə Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan xalqının birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi.Vətən müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Şəhid Ömər Şirinovun atası Muğan Şirinov, Şərqi Zəngəzur regional Məşğulluq Filialının Kəlbəcər rayon Xidmət şöbəsinin müdiri Hikmət Yusibov, Şərqi Zəngəzur Regional DSMF-nun müdiri Amil Salmanov, Kəlbəcər rayon Dövlət Statiska idarəsinin müdiri Ramil Salmanov, Şərqi Zəngəzur regional Təhsil idrəsinin Kəlbəcər rayon sektorunun məsul əməkdaşı Məftun Kamalov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər gənclər və idman sektorunun məsul əməkdaşı Hikmət Şahmuradov, Kəlbəcər Su Melorasiya idarəsinin məsul əməkdaşı Bilal Nuriyev Kəlbəcər Uşaq İncəsənət məktəbinin direktoru Arzu Qafarov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli məktəbin müəllimi Ərəstun Kamalov və digər çıxış edənlər bildirdilər ki, bu Zəfər Azərbaycan xalqının birliyinin, mübarizə əzminin və yenilməz ruhunun təntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalmış torpaqlarımızı azad etdi, dövlətimizin suverenliyini və milli qürurumuzu bərpa etdi. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.
Xəbər lenti
Hamısına baxSosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54

