Türkiyənin özəl sektorda hazırlanmış ilk böyük peyki kosmosa buraxılıb
03.11.2025 [23:30]
Tamamilə milli resurslarla hazırlanmış Türkiyənin ən böyük özəl peyki olan FGN-100-d2 kosmik səyahətini uğurla həyata keçirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Baykar” şirkətindən verilən açıqlamaya görə, Selçuk Bayraktar tərəfindən qurulan “Fergani Space Technologies” startapı milli mühəndislik imkanları ilə hazırlanmış FGN-100-d2 peykini oktyabrın 2-də Türkiyə vaxtı ilə saat 08:09-da ABŞ-ın Kanaveral burnundakı SLC-40 bazasından kosmosa göndərib. Beləliklə, startapın “Mövqe təyinatı bürcləri” layihəsinin ikinci mərhələsi uğurla başa çatıb.
Türkiyənin ən böyük özəl peyki olan 104 kiloqramlıq FGN-100-d2 aparatı İlon Maskın “SpaceX” şirkətinin “Bandwagon-4” missiyasının bir hissəsi olaraq kosmosa buraxılıb. Buraxılışdan təxminən 74 dəqiqə sonra, Türkiyə vaxtı ilə saat 09:23-də bu peyk buraxılış vasitəsindən ayrılıb və hədəf orbitinə uğurla daxil olub. O, daha sonra ilk telemetriya məlumatlarını ötürməklə rəsmi olaraq öz missiyasına başlayıb.
Buraxılış prosesini “Fergani Space” şirkətinin baş direktoru Selçuk Bayraktar və Özdemir Bayraktar Milli Texnologiya Mərkəzinin Kosmik Müşahidə və İdarəetmə Mərkəzindən canlı izləyiblər.
“Fergani Space” bu layihənin birinci mərhələsini 2025-ci il yanvarın 14-də uğurla başa vurub. İlk peyk - 102 kiloqramlıq FGN-100-d1 “Transporter-12” missiyasının bir hissəsi olaraq ABŞ-ın Vandenberq kosmik qüvvələr bazasından buraxılıb. Buraxılışdan təxminən 62 dəqiqə sonra peyk uğurla orbitə daxil olub və telemetriya məlumatlarını ötürməyə başlayıb.
Bəyanatda şərhləri yer alan Selçuk Bayraktar ikinci peykin də kosmosa uğurla çatdığını bildirib. O, bu peykin quracağı Uluğ Bəy Qlobal Mövqeləndirmə Sisteminin 100 kiloqramlıq sinfində sınaq peyki olduğunu əlavə edib.
Bayraktar, 2022-ci ildə fəaliyyətə başlayan “Fergani Space” şirkətinin 135 komanda üzvü ilə səyahətinə davam etdiyini vurğulayıb. O, peyklərin mühəndisliyinin, sistemlərinin və dizaynlarının tamamilə yerli komanda tərəfindən öz resurslarından istifadə edilərək hazırlandığını və missiya müddətinin təxminən 5-7 il olacağını deyib. Bayraktar əlavə edib: “Məqsədimiz 5 il ərzində 100-dən çox peykə çatmaq, Uluğ Bəy Qlobal Mövqeləndirmə Sistemimizi müstəqil şəkildə xidmətə buraxmaq, həmçinin onu Türkiyəyə, habelə bütün dost və qardaş coğrafiyalarımıza təqdim etməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

