Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya Prezidenti son 27 ildə ilk dəfə Böyük Britaniyaya dövlət səfəri edəcək

Almaniya Prezidenti son 27 ildə ilk dəfə Böyük Britaniyaya dövlət səfəri edəcək

13.10.2025 [19:32]

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer həyat yoldaşı Elke Büdenbenderlə birlikdə Böyük Britaniya Kralı III Çarlzın dəvəti ilə dekabrın 3-dən 5-dək bu ölkəyə dövlət səfəri edəcək.

AZƏRTAC xəbər verir ki, Kral III Çarlz və Kraliça Kamilla dövlət səfərinə Vindzor qalasında ev sahibliyi edəcəklər.

Xatırladaq ki, onlar 2023-cü ildə Almaniyaya dövlət səfəri etmişdilər. Bu, Kralın taxta çıxmasından sonra ilk xarici dövlət səfəri olmuşdu. Kral taxta çıxmazdan əvvəl, Uels şahzadəsi kimi Almaniyaya 40-dan çox səfər edib.

Prezident Frank-Valter Ştaynmayer həm xarici işlər naziri, həm də dövlət başçısı kimi Böyük Britaniyada bir neçə dəfə səfərdə olub. O, sonuncu dəfə 2023-cü ilin mayında Kral III Çarlz və Kraliça Kamillanın tacqoyma mərasimində iştirak edib. Bu, Almaniya Prezidenti tərəfindən son 27 ildə Böyük Britaniyaya edilən ilk dövlət səfəri olmaqla, həm də 1958-ci ildən bəri sayca beşincidir.

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31