Yeni Suriyaya keçid...
08.10.2025 [09:31]
Bu ölkədə parlament seçkiləri keçirilib
Əsəd rejiminin devrilməsindən doqquz ay keçdikdən sonra oktyabrın 5-də Suriyada ilk parlament seçkiləri keçirilib. Kürdlərin və druzların kütləvi şəkildə məskunlaşdığı bölgələri çıxmaq şərti ilə ölkənin bütün vilayətlərində seçkilər baş tutub. Artıq seçkilərin nəticələri elan olunub. “Al-Jazeera”nin məlumatına görə, Parlament Seçkiləri üzrə Ali Komitənin nümayəndəsi Nəvvər Nəcmə nəticələri açıqlayıb. İlkin nəticələrə görə, 119 deputat seçilib, lakin hər birinin aldığı səslərin sayı hələ göstərilmir. Hələbdən 30, Dəməşqdən 10, Dəməşqətrafı rayonlardan 12, Homsdan 12, Hamadan 12, Latakiyadan 10, Tartusdan 2, Deyr-əz-Zordan 10, İdlibdən 12, Deradan 6 və Kuneytrdən 3 deputat seçilib. Ancaq 21 yer bəzi səbəblərdən dolayı boş qalıb. Parlamentin yeni üzvlərinin altısı qadındır, 10 deputat isə dini və etnik azlıqları təmsil edir. Seçkilərdə təxminən 6000-7000 arası seçicinin iştirak etdiyi bildirilir. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, Xalq Məclisinə keçirilən dolayı seçkilərdə ümumilikdə 210 deputat seçilir. Seçki kollegiyaları deputatların üçdə ikisini (140 üzv) seçir, qalan üzvləri isə dövlət rəhbəri tərəfindən təyin olunur. Bu həftə sonu Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl-Şara 70 deputatın siyahısını təsdiqləyəcək. Digər maraqlı fakt isə Suriyada Milli Assambleyaya namizədliyini irəli sürən şəxslər müəyyən kriteriyalara sahib olmalıdır. Belə ki, milli Assambleyanın üzvlərinin 70 faizinin elmi dərəcəsi, qalan 30 faizi isə ölkədə tanınmış şəxs olmalıdır.
Heç bir qanun pozuntusu müşahidə olunmayıb
Suriyanın Daxili İşlər Nazirliyi ölkənin əksər əyalətlərində Xalq Şurasına keçirilən seçkilərdə səsvermə zamanı heç bir qanun pozuntusu qeydə almayıb. “Al Hadath” telekanalının məlumatına görə, Daxili İşlər Nazirliyinə bağlı qüvvələr seçki məntəqələrinin təhlükəsizliyini və vətəndaşların hərəkətini təşkil etmək, nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək, seçicilərin asanlıqla və təhlükəsiz şəkildə seçki qutularına çatmasına şərait yaratmaq məqsədilə təsdiq olunmuş planı uğurla icra edib. Öz növbəsində, Xalq Şurasına Seçkilər üzrə Ali Komitənin sədri Məhəmməd əl-Əhməd də seçki prosesinin rəvan getdiyini təsdiqləyib.
Niyə ümumxalq seçkisi keçirilməyib?
Yeni Suriyada ümumxalq seçkininin baş tutmaması bir sıra səbəblərlə bağlıdır. Qeyd edək ki, Suriya 14 il vətəndaş müharibəsi içərisində olub. Bu müharibə nəticəsində ölkənin bir çox bölgələri viran olub, milyonlarla suriyalı öz ölkəsini tərk edərək xarici ölkələrə üz tutub və məcburi köçkün vəziyyətinə düşüb. Nəticə etibarı ilə əhalinin qeydiyyatında ciddi problemlər yaranıb - qeydiyyat ya natamamdır, ya da qeyri-dəqiqdir. Suriyada yaşayan bir çox insanın şəxsiyyət vəsiqəsi və pasportu yoxdur. Vətəndaş müharibəsi zamanı bir çox suriyalı ailə qohumlarının inqilabda iştirak etdiyinə görə yaşadığı yerləri tərk etmək məcburiyyətində olublar. Xüsusilə vurğulamaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin getdiyi bir zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə, xüsusilə İdlibdə həm yerli, həm də məcburi məskunlaşan əhalinin şəxsiyyət və yaşadığı ünvan qeydiyyatları Əsəd rejimi tərəfindən ölkənin vətəndaşlıq sistemindən çıxarılıb. Yeni Suriya hökuməti bu məsələnin həlli istiqamətində müəyyən işlər görsə də, məsələ hələ də öz həllini tapmayıb. Bundan başqa, ölkədə kürdlərin kütləvi məskunlaşdığı ərazilərin YPG terror təşkilatının nəzarəti altında olduğundan həmin ərazilərdə əhalinin qeydiyyatının aparılması qeyri-mümkündür. Eyni zamanda ölkədəki müharibə və Əsəd rejiminin repressiyaları səbəbindən Livan, İordaniya, Türkiyə və Avropa ölkələrinə müvəqqəti sığınan suriyaların qeydiyyatı da qeyri-dəqiqdir - onların vaxtilə yaşadığı ünvanlar məlum deyil. BMT-nin son məlumatlarına görə, Əsəd rejiminin devrilməsindən sonra 3 milyondan çox suriyalı öz ölkəsinə qayıdıb, lakin kimin hara qayıtdığı barədə dəqiq məlumat yoxdur. Ümumxalq seçkisinə mane olan digər amil isə siyasi plüralizmin olmamasıdır. Əsəd rejimi dövründə ölkədə birpartiyalı sistem mövcud idi - yalnız hakim BƏƏS partiyası və rejimə bağlı olan siyasi partiyalar fəaliyyət göstərirdi. Ölkədə çoxpartiyalı sistemin əsasının qoyulması üçün ilk növbədə ölkə konstitusiyasında ciddi dəyişikliklər edilməlidir.
HTŞ qalib gəlmədi - müxaliflər məclisdə çoxluq təşkil edir
Seçkilərin nəticələrinə görə, Əhməd Əl-Şaaranın rəhbərlik etdiyi Heyət Təhrir əl-Şam Xalq Məclisdə çox az mandat əldə edib. Amma vaxtilə “mötədil müxalifət” kimi tanınan şəxslər yeni məclisin üzvləri arasında çoxluq təşkil edirlər. Suriya KİV-lərinin məlumatına görə, vətəndaş müharibəsi zamanı HTŞ-yə müxalif olan və Əhməd Əl-Şaaranın rəqibi olan şəxslər Xalq Məclisinə deputat seçiliblər. Bu seçkilərdə diqqətçəkən məqamlardan biri isə etnik qruplar, xüsusilə də türkmənləri və kürdləri təmsil edən şəxslərin də Xalq Məclisinə daxil olmasıdır. Kürdlərin kütləvi şəkildə məskunlaşdığı ərazilərdə seçkilər baş tutmasa da, Hələbin özündən kürd cəmiyyətinin önəmli nümayəndələri məclisin üzvü seçiliblər. Seçilmiş deputatlar Muhammed Sido, Rankin Abdo, Şeyh Səid Zadə və Ömər Hamdo Qaribo olub. Bu dörd fiqurun ortaq xüsusiyyəti onların Suriya Kürd Milli Şurasına bağlı olmasıdır. Suriya türkmənlərindən - Suriya Türkmən Dərnəkləri Federasiyasının sədri Tarık Sülo Cevizci, Türkmən dağında döyüşən və İslam dağı batalyonunu quran türkmən komandiri Samir Karaali də Xalq Məclisində təmsil olunacaqlar.
Son seçkinin önəmi
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, keçən həftə baş tutan parlament seçkiləri Suriyanın siyasi tarixində xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu seçkilər Suriyanın yenidən normal dövlət kimi formalaşması baxımından önəmlidir. “Suriyanın demokratik idarəetmə sisteminə keçidi üçün bu seçkilərin keçirilməsi vacib idi. Əl-Şaara hakimiyyəti bu addımı ilə həm ölkə daxilindəki cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə onu sübut etdi ki, o, Əsəd rejiminə bənzər sistem qurmaq niyyətində deyil. Düzdür, bu seçki mövcud ağır şərtlər altında keçirildi və dünya standartlarına uyğun deyildi. Amma Şaara hakimiyyəti buna getməyə məcbur idi. Yeni Xalq Məclisinin formalaşmasından sonra məclisin ilk gündəmində ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı məsələnin müzakirəsi olacaq. Dünya standartlarına cavab verən və insan hüquqlarını özündə ehtiva edən konstitusiyanın qəbulu ölkədə sülh və sabitliyin təmin olunması, şəffaf idarəetmə sisteminin qurulması və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması baxımından çox önəmlidir. Yeni konstitusiyanın qüvvəyə minməsindən sonra ölkədə, şübhəsiz ki, yeni qaydalar çərçivəsində növbəti parlament seçkiləri keçiriləcək. Bununla yanaşı, Suriyada yenidənqurma işləri aparılmalı, öz yurdlarından didərgin düşən əhali yaşadığı evlərinə qayıtmalı, yeni seçki qanunvericiliyi tətbiq olunmalı və siyasi partiyaların, media qurumların və vətəndaş cəmiyyətlərin fəaliyyəti tənzimlənməlidir. Beynəlxalq ictimaiyyətin bu seçkilərə münasibətinə gəlincə, bu, dünya dövlətləri tərəfindən anlaşıqlı qarşılanacaq. Əsas odur ki, Suriyada sülh, sabitlik və əmin-amanlıq bərqərar olunsun”.
Y.Abdullayev
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
08 Oktyabr 11:52

Gündəm
08 Oktyabr 11:38

Hadisə
08 Oktyabr 11:20

İqtisadiyyat
08 Oktyabr 11:17

İqtisadiyyat
08 Oktyabr 11:14

Analitik
08 Oktyabr 10:59

Siyasət
08 Oktyabr 10:37

Analitik
08 Oktyabr 10:16

Sosial
08 Oktyabr 09:54

Analitik
08 Oktyabr 09:31

Analitik
08 Oktyabr 09:18

Analitik
08 Oktyabr 08:50

MEDİA
08 Oktyabr 08:25

YAP xəbərləri
07 Oktyabr 23:17

YAP xəbərləri
07 Oktyabr 23:04

YAP xəbərləri
07 Oktyabr 23:01

YAP xəbərləri
07 Oktyabr 22:52

Dünya
07 Oktyabr 22:35

YAP xəbərləri
07 Oktyabr 22:09

Dünya
07 Oktyabr 21:58

YAP xəbərləri
07 Oktyabr 21:15

YAP xəbərləri
07 Oktyabr 20:34

Dünya
07 Oktyabr 20:12

YAP xəbərləri
07 Oktyabr 19:43

Dünya
07 Oktyabr 19:16

YAP xəbərləri
07 Oktyabr 19:04

Sosial
07 Oktyabr 18:51

YAP xəbərləri
07 Oktyabr 18:19

YAP xəbərləri
07 Oktyabr 18:18

YAP xəbərləri
07 Oktyabr 17:35

Sosial
07 Oktyabr 17:20

YAP xəbərləri
07 Oktyabr 17:04

Dünya
07 Oktyabr 16:59

Gündəm
07 Oktyabr 16:30

YAP xəbərləri
07 Oktyabr 16:22

Dünya
07 Oktyabr 16:10

YAP xəbərləri
07 Oktyabr 16:02

Dünya
07 Oktyabr 15:49

YAP xəbərləri
07 Oktyabr 15:41

Dünya
07 Oktyabr 15:27

Dünya
07 Oktyabr 14:46

Dünya
07 Oktyabr 14:21

Gündəm
07 Oktyabr 14:18

YAP xəbərləri
07 Oktyabr 13:57

Dünya
07 Oktyabr 13:50

YAP xəbərləri
07 Oktyabr 13:41

Gündəm
07 Oktyabr 13:33

YAP xəbərləri
07 Oktyabr 13:29

YAP xəbərləri
07 Oktyabr 13:28

Sosial
07 Oktyabr 13:21

Siyasət
07 Oktyabr 13:20

Dünya
07 Oktyabr 13:19

YAP xəbərləri
07 Oktyabr 13:09
YAP xəbərləri
07 Oktyabr 13:05

YAP xəbərləri
07 Oktyabr 13:01

YAP xəbərləri
07 Oktyabr 13:00

YAP xəbərləri
07 Oktyabr 12:59

Siyasət
07 Oktyabr 12:55

İqtisadiyyat
07 Oktyabr 12:53

İqtisadiyyat
07 Oktyabr 12:52

Hadisə
07 Oktyabr 12:50

Sosial
07 Oktyabr 12:48

Dünya
07 Oktyabr 12:46

Hadisə
07 Oktyabr 12:45

Analitik
07 Oktyabr 12:44

YAP xəbərləri
07 Oktyabr 12:43

Gündəm
07 Oktyabr 12:23

İqtisadiyyat
07 Oktyabr 12:23

Dünya
07 Oktyabr 12:18

İqtisadiyyat
07 Oktyabr 12:12
