Türk dünyasının gücü...
04.09.2025 [10:32]
Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanır. Bu yanaşma Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Lakin 2020-ci ildən sonra regionda və dünyada baş verən proseslər Azərbaycanın xarici siyasətində yeni tərəfdaşlıqlar qurması üçün əsaslı zəmin formalaşdırıb. Bütün bu geosiyasi dəyişikliklər fonunda Azərbaycan Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb. Bu siyasət təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də təhlükəsizlik, beynəlxalq nüfuz və diplomatik balansın qorunması baxımından önəmlidir.
Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəal diplomatik xətt yürüdərək həm Türk, həm də İslam aləmində inteqrasiyanı gücləndirən mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik etməsi, regional iqtisadi əməkdaşlığın fəallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın son illərdə nümayiş etdirdiyi uğurlu sədrliyi və təşəbbüsləri bu qurumun nüfuzunun artmasında mühüm rol oynayıb. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq isə Azərbaycanın Asiya regionundakı geosiyasi mövqeyini möhkəmləndirən, təhlükəsizliyi və iqtisadi əməkdaşlığı təşviq edən yeni bir istiqamət kimi aktuallıq qazanır.
Türk Dövlətləri Təşkilatı böyük potensiala malikdir
Bütün bunların fonunda Azərbaycanın TDT çərçivəsində siyasəti xüsusi vurğulanmalıdır. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türk Dövlətləri Təşkilatının hazırda böyük potensiala malik olduğunu vurğulayıb. “Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir”,-deyə dövlət başçısı bildirib.
Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi məkandır. 2009-cu ildə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (indiki Türk Dövlətləri Təşkilatı) bu əlaqələrin daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. 2021-ci ildə təşkilatın statusu və nüfuzu daha da yüksəldilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı və bu addım Türk dünyasının beynəlxalq arenada söz sahibi kimi çıxış etməsinə imkan yaradır.
Azərbaycan və Türkiyənin lider mövqeyi...
Üzv dövlətlər arasında Azərbaycan və Türkiyə lider mövqeləri ilə seçilir. Hər iki ölkə Türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində əsas aparıcı qüvvə kimi çıxış edir. Hər iki ölkə təşkilat çərçivəsində birgə layihələrin həyata keçirilməsində fəal çalışır, eyni zamanda, region dövlətlərini bir araya gətirən mühüm təşəbbüslərə liderlik edir. Prezident İlham Əliyev sözügedən müsahibəsində bu amilə diqqət çəkərək deyib: “Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir”. Dövlət başçısı, həmçinin Türkiyəni qlobal miqyasda aparıcı hərbi güc kimi səciyyələndirərək ordusunun NATO daxilində ABŞ-dan sonra ikinci yerdə olduğunu, Azərbaycan Ordusunun da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdiyini xatırladıb.
Türk dövlətləri əlverişli coğrafi məkanda yerləşir
Bütün bunlardan əlavə, türk dövlətlərinin əlverişli coğrafi məkanda yerləşməsi onların dünya üçün önəmini əhəmiyyətli dərəcədə artırır. Məlumdur ki, hazırda Avropanın Türk dövlətlərinin yerləşdiyi coğrafiyaya böyük ehtiyacı var. Bu, ilk növbədə, resurslarla və geosiyasi reallıqlar fonunda alternativ nəqliyyat bağlantılarına artan tələbatla bağlıdır. Azərbaycan və Mərkəzi Asiyadakı türk ölkələri Avropanın resurslara artan ehtiyaclarını qarşılamaq iqtidarındadırlar. Eyni zamanda, bu coğrafiyadan hər cəhətdən əlverişli və təhlükəsiz olan nəqliyyat bağlantıları keçir. Yüklər Çin sərhədlərindən başlayan Orta Dəhlizlə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana və buradan da Türkiyəyə ötürülməklə Avropaya çatdırıla bilər. Əslində, bu marşrut Azərbaycan Prezidentinin siyasi qətiyyəti əsasında yaradılan müasir infrastruktur sayəsində artıq funksionaldır və daşımalar ilbəil artır. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin daha bir qolu yaranacaq ki, burada türk dövlətləri də aparıcı yer tutacaq. “Bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz. Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm”,-deyə Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu mövzudan danışarkən vurğulayıb.
Bizim ailəmiz Türk dünyasıdır!
Göründüyü kimi, Azərbaycan TDT-nin güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın Zirvə görüşlərində türk dövlətləri arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini daim vurğulayır. Dövlət başçısı çıxışlarında türk dünyasının gələcəyinin ortaq köklər və dəyərlər üzərində qurulduğunu qeyd edərək qarşılıqlı dəstəyin vacibliyini xüsusilə bəyan edir. Prezident İlham Əliyevin 2024-cü ilin fevral ayında keçirilən andiçmə mərasimində verdiyi bəyanat da bu xəttin davamı kimi diqqətəlayiqdir. Dövlət başçısı deyib: “Bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”. Bu yanaşma Azərbaycanın xarici siyasətində türk dünyasının müstəsna əhəmiyyətini bir daha təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

