Cəhənnəmdən qaçış
04.09.2025 [10:03]
Jan-Pol Sartrın “Milçəklər” pyesi haqqında
Əvvəli ötən sayımızda
Pedaqoqla söhbətindən aydın olur ki, Orest çox savadlı oğlandır, universitet bitirib, çoxlu kitab oxuyub, ustadıyla birgə yüz ölkə gəzib, insanların, adətlərin, qanunların necə dəyişkən olduğuna gözüylə şahidlik eləyib. Ancaq Orest ağ kağız kimidir, onun bioqrafiyası yoxdur, nə ailəsi, nə vətəni, nə dini, nə peşəsi var, istədiyi məsləki seçməkdə tam azaddır. Pedaqoqun fikrincə, o, böyük bir universitet şəhərində fəlsəfədən, yaxud da memarlıqdan yüksək səviyyədə dərs keçə bilər. Müəllimi onu kübar cəmiyyətə layiq ali insan kimi yetişdirib. Orest cavabında deyir: “Şikayətçi deyiləm. Sən mənə hörümçək torundan qopub yerin cazibəsindən uzaqda süzən bir sapın azadlığını vermisən. Mən hörümçək torutək yüngüləm, havada sərbəst üzürəm. Bilirəm bəxtim gətirib, naşükürlük eləmirəm. Adam var ki, anadangəlmə şəraitdən asılıdır, heç bir seçim imkanı yoxdur - ömür yolu hələ dünyaya gəlməmişdən cızılıb.”
Pedaqoq ondan Egisfin oturduğu taxta yiyələnmək fikrinə düşüb-düşmədiyini soruşanda Orest ustadına belə cavab verir: “Bu adamlarla mən neyləyəcəyəm? Mən burada nə bir uşağın doğulduğuna, nə bir qızın gəlin köçdüyünə şahidlik eləmişəm, onların vicdan tutmalarını da bölüşmürəm, üstəlik, heç kimi adıyla tanımıram. Saqqallı kişi (cildə girmiş Yupiteri deyir) haqlıdır: hökmdarın gərək təbəələriylə ortaq xatirələri olsun. Onlara dəyməyək, qoca, çıxaq gedək buralardan. Bilirsən, əgər onların arasında mənə vətəndaşlıq hüququ qazandıran bir iş görmüş olsaydım... Ürəyimdəki boşluğu doldurmaq üçün lap cinayət törətmək hesabına da olsa onların xatirələrinə, qorxularına, ümidlərinə şərik çıxardım. Bundan ötrü doğmaca anamı belə öldürərdim...”
Bu məqamlarda Orest atasının qisasını almağa hazırlaşan Hamleti xatırladır, ancaq onun Ofeliyası yoxdur; Ofeliyanı bu səhnədə Aqamemnonun qızı, Orestin doğma bacısı Elektra əvəzləyir, həm də tamam tərs missiyayla. Qız başını dikəldəndən atasının qatillərinə qulluqçuluq eləyir. Atalığı bir yana, doğmaca anası belə ona qənim kəsilib, padşah qızını ən alçaldıcı işlərə buyurmaqla onu gündə neçə kərə alçaldırlar. Elektra da atasının düşmənlərindən qisas almaq arzusuyla yaşayır, qardaşının öldüyünə inanmır, günün birində Orestin zühur eləyib intiqam qılıncını sıyıracağını həsrətlə gözləyir.
Orest əvvəlcə özünü nişan vermir, şəxsini bacısına Korinf şəhərindən gəlmiş Fileb kimi təqdim eləyir. Elektra dərdini açıb ona söyləyir, ötən on beş ildə çəkdiyi zülmdən, Egisfə, Klitemnestraya nifrətindən danışır. Deyir ki, nə bir dostu, nə bir rəfiqəsi var. Hətta dayəsi belə olmayıb: “Mən təkəm. Mən taunam, vəbayam, hamı məndən gen dolanır, heç kimim yoxdur. Anamdan soruş: ən incə qəlblər belə məndən diksinə bilər”. Bütün bunlara baxmayaraq qız ümidini üzməyib, bir nəfərin yolunu gözləyir.
***
Söhbətin şirin yerində çariça Klitemnestra səhnəyə çıxır. O, Elektraya çarın matəm libası geyinmək əmrini çatdırır, çünki bu gün ölülər günü, tövbə mərasimidir. Elektra Orestdən anasına oxşayıb-oxşamadığını soruşanda oğlan deyir: “Onun sifəti ildırım qarsmış, dolu döymüş çölə bənzəyir. Elə sənin də üzündə fırtınadan soraq verən nəsə var: bir gün ehtiras səni sümüklərinə qədər yandıracaq”. Çariça Oresti görəndə təəccüblənir, çünki adətən yolçular bu şəhərdən yan keçirlər: “Səyyahlar bizim şəhəri iyirmi verst aralıdan dolanırlar. Səni xəbərdar eləməyiblər? Düzənlik əhalisi bizi karantinə alıb, onlar üçün bizim tövbəmiz - taundur, yoluxmaqdan qorxurlar”.
Sonra aralarına keçilməz sədd çəkilmiş anayla qızı arasında Orestin tanıqlığıyla belə bir dialoq baş verir:
“Elektra. Çariça bizim milli oyunumuzla əylənir: bu oyunun adı aşkar tövbədir. Oyuna girən hər kəs hamının yanında günahlarını bağıra-bağıra car çəkir. Bu mərasim günlərində bir də görürsən bir baqqal dükanını bağlayıb küçəyə çıxdı, küçədə dizin-dizin sürünə-sürünə, başına kül, toz-torpaq ələyə-ələyə fəryad qopardı ki, bəs mən qatiləm, zinakaram, xainəm. Ancaq Arqos camaatı bunlardan doyub artıq: hamı hamının cinayətlərini əzbər bilir. Çariçanın cinayətlərisə heç kimi əsla maraqlandırmır - bunlar dövlət quruculuğunun əsasında duran rəsmi cinayətlərdir. Təsəvvürünə gətir, o sənin kimi cavan, nabələd, gəlmə, hətta onun adını belə bilməyən birini görəndə necə sevindi: nə xoşbəxt təsadüf! Ona elə gəlir ki, ilk dəfə tövbə eləyir.
Klitemnestra. Mumla. Kim istəsə, məni cani, fahişə adlandırıb üzümə tüpürə bilər. Ancaq heç kim mənim vicdan əzablarıma qarışa bilməz.
Elektra. Görürsənmi, Fileb, oyunun qaydası belədir. Adamlar yalvarırlar ki, sən onları mühakimə eləyəsən. Fəqət ehtiyatlı tərpən - onları yalnız boyunlarına aldıqları əməllərinə görə sorğu-suala çək, qalanlarına toxunma. Özün nəsə tapıb çıxarsan, səndən razı qalmayacaqlar”.
Elektra anasına deyir ki, mərasimə qoşulmayacaq, çara elə beləcə də çatdırsın. Sonra bayramın mahiyyətini korinfli Fileb sandığı qardaşına izah eləyir: Arqos şəhərinin yaxınlığında bir mağara var, yerli cavanlar heç vaxt onun dərinliyinə gedib çıxa bilməyiblər. Deyilənə görə, həmin mağaranın dibi cəhənnəmə açılır. Baş kahin mağaranın ağzını iri qara qaya parçasıyla bağladıb. İnandırıcı görünməsə də, hər ilin bu günündə xalq o mağaranın qarşısına yığılır, əsgərlər qara daşı qırağa itələyirlər, ölənlər guya cəhənnəmdən çıxıb şəhərə dağılışırlar. Onlardan ötrü evlərdə süfrələr açılır, adlarına qab-qacaq dəsti düzülür, dadlı təamlar bişirilir, axşama təmiz yataq salınır. Ertəsi gün xoruz banında ölülər öz cəhənnəmlərinə qayıdırlar, qara daş yenə mağaranın ağzına tıxanır, bir də bir ilin tamamında tamaşa təkrarlanır.
İrəlidə görəcəyimiz kimi, fırıldaqçı tiran Egisfin quruluş verdiyi ölülərin cəhənnəmdən birgünlük buraxılma tamaşası İsfahan lotusu Şeyx Nəsrullahın qəbiristanlıqda ölüdiriltmə şousuyla yaxından səsləşir, hərçənd məzmunlar, mesajlar xeyli fərqlidir. Həm də nədənsə Sartrın ölülərinin hamısı cəhənnəmdə məskunlaşıb. Elə Mirzə Cəlilin qəbirdə fırlanan ölülərinin də cənnətə düşdüyünə, polis diliylə desək, əsaslı şübhələr var...
***
Birinci pərdə Orestin ona yola çıxmaq üçün bir cüt yaxşı at axtaran Yupiterə Arqosdan getmək fikrindən daşındığını elan eləməsiylə bitir. İkinci pərdənin əvvəlində şəhər əhli cəhənnəmə açılan mağaranın qarşısına yığılır. Hər kəs vahimə dolu gərgin intizar içindədir. Bir gənc qadın belə deyir: “Dəhşətli, tükürpədici gözləntidir. Mənə elə gəlir ki, hamınız məndən uzaqlaşıb harasa gedirsiniz. Daş hələ yerindən dəbərdilməyib, ancaq hamı indidən ölüsünün hökmü altındadır. Hər kəs yağış damlasıtək tək-tənhadır”.
Orestlə müəllimi də buradadır. Pedaqoq tələbəsinə gözü mağarada qalmış adamları göstərib deyir ki, bu miskin məxluqlar necə də eybəcərdirlər, onlar qorxudan can çəkirlər, mövhumatın, xurafatın axırı budur. Yupiter söhbətə qarışıb Pedaqoqu inandırmağa çalışır ki, tanrıların gözündə onun bu adamlardan bir üstünlüyü yoxdur, o da onlar kimi çürük varlıqdır, sadəcə, hələ özü bundan xəbər tutmayıb: “Sən də üfunət verirsən, ancaq özün bunu duymursan. Onlar öz cəmdəklərinin iyində boğulurlar, özlərini də sən özünə bələd olduğundan daha yaxşı tanıyırlar”.
Gözləməkdən canı üzülmüş kütlə səs-səsə verib Egisfi haraylayır. Bu vaxt bir kişi dizlərini yerə atıb özünə həkk gəlir: “Mən iylənmişəm, iylənmişəm! Mən üfunət qoxuyan leşəm! Baxın, milçəklər leş yeyən qarğalar kimi canıma suvaşıblar. Dimdikləyin, oyun, deşin, intiqam mələkləri, vücudumu didib dağıdıb cındırı çıxmış ürəyimə işləyin. Mən suçluyam, min qat artıq günahkaram, mən iylənmiş dəri tuluğam, axıntı quyusuyam...” Yupiter kişinin isterik çıxışına bir kəlməylə reaksiya verir: “Afərin!”
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına bax
Sosial
11 Sentyabr 11:54

Gündəm
11 Sentyabr 11:42

Sosial
11 Sentyabr 11:27

Sosial
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

Siyasət
11 Sentyabr 11:19

İqtisadiyyat
11 Sentyabr 10:57

İqtisadiyyat
11 Sentyabr 10:35

Analitik
11 Sentyabr 10:17

MEDİA
11 Sentyabr 09:56

Analitik
11 Sentyabr 09:43

Analitik
11 Sentyabr 09:30

Analitik
11 Sentyabr 09:15

Analitik
11 Sentyabr 08:54

Dünya
11 Sentyabr 08:46

Sosial
11 Sentyabr 08:45

Sosial
11 Sentyabr 08:22

Dünya
10 Sentyabr 23:37

Dünya
10 Sentyabr 23:17

İqtisadiyyat
10 Sentyabr 22:56

Siyasət
10 Sentyabr 22:19

Elanlar
10 Sentyabr 21:43

İdman
10 Sentyabr 21:22

Dünya
10 Sentyabr 20:54

YAP xəbərləri
10 Sentyabr 20:28

İqtisadiyyat
10 Sentyabr 20:18

Dünya
10 Sentyabr 19:41

Dünya
10 Sentyabr 19:32

İqtisadiyyat
10 Sentyabr 19:10

YAP xəbərləri
10 Sentyabr 18:12

YAP xəbərləri
10 Sentyabr 17:25

YAP xəbərləri
10 Sentyabr 17:16

Siyasət
10 Sentyabr 16:41

Sosial
10 Sentyabr 16:40

Siyasət
10 Sentyabr 16:38

YAP xəbərləri
10 Sentyabr 16:14

Siyasət
10 Sentyabr 16:01

Elanlar
10 Sentyabr 15:26

Xəbər lenti
10 Sentyabr 14:22

Gündəm
10 Sentyabr 14:14

Dünya
10 Sentyabr 13:51

Sosial
10 Sentyabr 13:48
YAP xəbərləri
10 Sentyabr 13:27

Sosial
10 Sentyabr 12:27

YAP xəbərləri
10 Sentyabr 12:15

Siyasət
10 Sentyabr 12:02

İqtisadiyyat
10 Sentyabr 11:46

İqtisadiyyat
10 Sentyabr 11:20

Sosial
10 Sentyabr 11:19

Hadisə
10 Sentyabr 11:17

Siyasət
10 Sentyabr 11:13

Dünya
10 Sentyabr 11:05

Analitik
10 Sentyabr 10:58

Analitik
10 Sentyabr 10:43

İqtisadiyyat
10 Sentyabr 10:29

İqtisadiyyat
10 Sentyabr 10:23

Hadisə
10 Sentyabr 10:21

İqtisadiyyat
10 Sentyabr 10:21

Sosial
10 Sentyabr 10:18

Siyasət
10 Sentyabr 10:15

Analitik
10 Sentyabr 10:05

Analitik
10 Sentyabr 09:51

Dünya
10 Sentyabr 09:46

Analitik
10 Sentyabr 09:39

Sosial
10 Sentyabr 09:15

Sosial
10 Sentyabr 08:52

MEDİA
10 Sentyabr 08:29

Gündəm
10 Sentyabr 08:12

Gündəm
10 Sentyabr 07:39
