3 günlük səfər...
11.07.2025 [08:34]
Xarici səyyahlar Qarabağ və Şərqi Zəngəzurda
İşğal altında olan ərazilərimiz azad olunduqdan sonra həmin yerləri görmək istəyən tanınmış səyyahların sayı gündən-günə artır. Artıq indiyə kimi çoxsaylı məşhur blogger və səyyahlar Qarabağı görmək imkanı qazanıblar. Onlar azad olunan rayonlara səfər edərək orada törədilən erməni vandalizmini öz gözləri ilə görürlər. Bu, həm də misli görünməmiş dağıntılara məruz qalan ərazilərimizin bütün dünyada tanıdılması üçün böyük əhəmiyyətə malikdir.
Belə səfərlər vasitəsilə dünya ictimaiyyətininin diqqətini işğaldan azad olnmuş ərazilərdə törədilən vəhşiliklərə yönəltmək mümkün olur. Səyyahlar həm də Qarabağda aparılan sürətli bərpa və quruculuq işləri ilə tanış olurlar. Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla, ermənilərin hansı xislətə malik olduqlarını görürlər. Səyyahların Qarabağa səfər etməsi bölgənin turizm potensialının da dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyətə malikdir.
15 ölkə nümayəndəsinin gözü ilə...
Dünəndən etibarən dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməsi planlaşdırılır.
Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır. Beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.
Səfərin ilk günündə səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Sonra işğal dövründə dağıdılan ərazilərə baxıb, eyni zamanda, azad edilən Füzulidə dövlətimizin apardığı tikinti-quruculuq işlərinin şahidi olublar.
Səyyahlar mədəniyyət paytaxtımızda...
Bundan başqa, səyyahların Şuşa şəhəri ilə tanışlığı da baş tutub. Onlar əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
15 ölkədən səyyahların yer aldığı heyət sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Şuşa türməsi ilə tanış olub.
Sonra Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Şuşada ilkə imza atıldı
MTP klubunun səyyahı Devid Cozef Lanqan ilk dəfə Şuşa şəhərindən birbaşa İrlandiya, Kanada və ABŞ-yə poçt açıqcaları göndərib. Bu, Şuşa şəhərinin azad edilməsindən sonra ilk beynəlxalq poçt göndərişi olub.
Bundan başqa, klubun səyyahı Rhodora Burton Leqaspi ilk dəfə Şuşadan Nyu-Yorka açıqca göndərib. Açıqcalar şəhərin poçt şöbəsindən göndərilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

