Dörd ildən sonra...
02.07.2025 [08:35]
Avro dollar qarşısında kəskin bahalaşdı
Avropa Birliyinin vahid ödəniş və tədavül vasitəsi olan avro iyulun ilk günündə maliyyə bazarlarında öz dəyərini artıraraq dollara nisbətdə 10 faiz-bənd bahalaşıb. Ötən gün valyuta birjalarında bir avro 1,18-1,19 dollar civarında konvertasiya olunub. Eləcə də ingilis funtu və digər xarici valyutalarla nisbətdə məzənnəsini möhkəmləndirib. İyun ayının son günlərində manata qarşı 1,85-1,90 intervalında mübadilə olunan avro iyulun 1-də Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə ilə 2,0035 manat təsdiqlənib. Beləliklə, 2021-ci ildən sonra Avropa pulu manata və digər valyutalara qarşı məzənnəsini əhəmiyyətli dərəcədə möhkəmləndirərək son 4 ilin rekordunu təzələyib.
Avronu bahalaşdıran səbəblər
Avronun son bir ayda davamlı olaraq öz məzənnəsini dollar qarşısında möhkəmləndirməsi və tarixi maksimumu yeniləməsinə baxmayaraq, bu yüksəlişin güclü iqtisadi-monetar əsaslara söykənməsini düşünmək çox çətindir. Çünki Avropa Birliyinin iqtisadiyyatında güclü artım templəri nəzərə çarpmır, əksinə, maliyyə bazarlarında müəyyən geriləmələr nəzərə çarpır. Bir müddət əvvəl Avropa İttifaqı (Aİ) Komissiyası dərc etdiyi “Avropanın İqtisadi Proqnozları - 2025-ci il” hesabatında birliyin iqtisadi inkişaf gözləntilərini qeyri-qənaətbəxş dəyərləndirib. Komissiya avrozonada iqtisadi artım proqnozunu 1,3 faizdən 0,9 faizə, gələn il üçün isə 1,6 faizdən 1,4 faizə endirib. “Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində orta artım” başlıqlı hesabatda bildirilir ki, Avropa İttifaqı iqtisadiyyatı 2025-ci ildə orta səviyyədə davam edəcək, qlobal siyasətdə qeyri-müəyyənlik və ticarət gərginliyinin artması fonunda yüksək aktivlik nümayiş etdirə bilməyəcək. Hesabatda Avstriya iqtisadiyyatının cari ildə 0,3 faiz kiçiləcəyi, Almaniya iqtisadiyyatının artmayacağı, sabit qalacağı, Fransada 0,6 faiz, İtaliyada 0,7 faiz, İspaniyada isə 2,6 faiz artım olacağı təxmin edilir.
2026-cı ildə isə Almaniya iqtisadiyyatının 1,1 faiz, Fransanın 1,3 faiz, İtaliyanın 0,9 faiz, İspaniyanın isə 2 faiz artacağı proqnozlaşdırılır. Hesabatda Aİ-də inflyasiyanın 2,3 faiz olacağı ehtimal olunur ki, bu da iqtisadi artım tempini 2 dəfə üstələyir. Yəni, avrozonada qiymət artımları yeni yaranan əlavə dəyərdən iki dəfə çox olmaqla iqtisadi-sosial sahələri risk altında saxlayacaq. Ancaq bir məqam - Avropa Mərkəzi Bankının ABŞ FED-indən (Federal Ehtiyatlar Sistemi-red.) fərqli olaraq yumşaq pul-kredit siyasəti yürütməsi bank-kredit siyasətini və aktivlərin hərəkətliliyi prosesini yaxşılaşdırıb ki, bu da müəyyən dərəcədə Aİ valyutasının bahalaşmasına imkan verib. Bütün bunlara rəğmən avronun möhkəmlənməsi üçün ilk baxışdan konkret, təsiredici səbəblər olmadığı halda baş verənlərin xroniki hal daşıdığını istisna etmək olmaz.
Dollar niyə ucuzlaşır?
Dünyanın bir nömrəli iqtisadiyyatı hesab edilən ABŞ-ın qlobal pul aləti-dolların avro qarşısında kəskin ucuzlaşmasının səbəbləri də maliyyəçilər üçün təəccüblü hesab edilsə də, bu məzənnə uçurumunu normal sayanlar da az deyil. Beynəlxalq maliyyə bazarları üzrə ekspertlərin qənaətinə görə, Tramp administrasiyasının son aylarda qlobal iqtisadiyyata hücum taktikası və ticarət siyasətindəki proteksionizm, iqtisadi tərəfdaşlarına qarşı sərt idxal rüsumları tətbiq etməsi, həmçinin bu ölkənin maliyyə sistemindəki gərginliklər dolların beynəlxalq üstünlüyünü azaldaraq avroya nisbətdə daha da ucuzlaşmasına gətirib çıxarıb.
ABŞ-da bir sıra göstəricilərdə gözləniləndən daha pessimist nəticələr qeydə alınır, ümumi istehlakda azalma var. İstehlak indeksi ABŞ iqtisadiyyatı üçün çox vacibdir. Eyni zamanda inflyasiya proqnozlaşdırılandan daha çoxdur. Eləcə də, Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı siyasəti dolların möhkəmlənməsini təmin edə bilməyib və ABŞ-ın tarif artımları qlobal iqtisadiyyatda şok dalğalanmalara səbəb olmaqla yanaşı, özünün ətraf qitələrdə maliyyə siyasətinə zərərlər vurur, dolların avroya nisbətən məzənnəsinin azalmasına gətirib çıxarır.
Avronun bahalaşması qlobal iqtisadiyyata necə təsir edəcək?
Avronun bahalaşması qlobal iqtisadiyyata sözsüz ki, təsirsiz ötüşməyəcək. Xüsusən də dünya valyuta seqmentlərində əsas tədavül aləti olan dollarla nisbətdə avronun bahalaşması və ya dolların ucuzlaşması bir sıra mal və xidmətlərin, əmtəələrin qiymətlərində öz təsirlərini göstərəcək. Avro ilə mübadilə edilən mal və əmtəələrin dəyərində bahalaşma olacağı istisna deyil.
Ancaq qlobal iqtisadiyyatda əsas sövdələşmələr birbaşa dollarla aparılır, bir çox ölkələrin qarşılıqlı olaraq idxal və ixrac etdiyi mal və xidmətlərin əsas ticari hesablaşma dəyəri kimi dollardan istifadə olunur. Bu baxımdan dolların ucuzlaşması müəyyən malların qiymətlərində də enmə yarada bilər. Çünki bahalı dollar qlobal bazarlarda mal və xidmətlərin dəyərini, logistika xərclərini də yüksəldir.
Manata hansı təsirlər ola bilər?
Avronun manat qarşısında məzənnəsinin bahalaşması əslində avro-manat münasibətləri ilə bağlı qətiyyən bağlı deyil, bu, avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi ilə əlaqədar baş verən prosesdir. Çünki ölkəmizdə dollara qarşı məzənnə birbaşa, digər valyutalara isə çarpaz müəyyənləşib. Bu isə əsas xarici valyuta olan dolların ucuzlaşması nəticəsində manata nisbətən digər valyutaların da məzənnəsinin dəyişməsinə gətirib çıxarır. Nəticə etibarilə son dövrlər dollara nisbətən avronun yüksəlməsi manata qarşı da yüksəlməyə səbəb olur. Ona görə də, avronun manat qarşısında bahalaşıb-bahalaşmaması dollar-avro məzənnəsindəki dəyişikliklərdən asılıdır.
Avronun bahalaşmasının manata və Azərbaycanın xarici ticarət balansındakı qiymətlərə, tədiyyə balansına təsirləri qeyri-mümkündür. Azərbaycan xarici ticarət dövriyyəsini dollarla həyata keçirir. Tədiyyə balansına və manatın məzənnəsinə təsir edən amillər sırasında neftin satış qiyməti təsiredici ola bilər ki, yanacaq da dünya birjalarında dollarla satılır. Həmçinin, Azərbaycanda manatın avroya qarşı xüsusi məzənnə rejimi yoxdur, bu amil də bütün təsirləri neytrallaşdırır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

