Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə əbədi birliyinin təsdiqidir
13.06.2025 [16:37]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Dövlətimizin əbədi müstəqilliyinin və müasir dövlətçiliyimizin bünövrəsinin qoyulduğu siyasi hadisə kimi çağdaş tariximizə yazılan iyun ayının 15-i Azərbaycan xalqının ikiqat bayramdır. Azərbaycanın qürur doğuran inkişaf və yüksəliş tarixi günündə, Milli Qurtuluş Günündə Azərbaycan - Türkiyə əməkdaşlığının yeni səhifəsi - Şuşa Bəyannaməsi imzalandı.
Qalib ölkəmizin Qalib Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi və regionun təhlükəsizliyinin zəmanəti idi. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş dövlətin siyasi-hərbi müttəfiqliyini yeni mərhələyə yüksəltdi. Bu baxımdan iyunun 15-i xalqımız üçün həm də Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərində yeni dövrün başlandığı tarix kimi əlamətdardır.
Artıq üç ildir Azərbaycan xalqı hər il iftixar hissi ilə Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilən Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünü qeyd edir. Dünya ictimaiyyəti yeni qlobal reallıqlar fonunda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınmasının, hər iki dövlətin bir-birinə arxa-dayaq olmasının, regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə verdiyi töhfələrin şahidi olur.
Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkənin bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlığına, əbədi və sarsılmaz olan, müttəfiqlik zirvəsinə ucalan Azərbaycan və Türkiyə birliyinin təsdiqi olan tarixi sənədə diqqət çəkərək bildirib ki, bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.
Böyük tarixə əsaslanan bu mühüm sənədin imzalanması iki qardaş ölkə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələrin, əməkdaşlığın daha da inkişaf etdirilməsinə zəmin yaratdı. İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı inamı, lider kimi xüsusiyyətləri, regionun və dünyanın gələcəyinə ümumi baxışları sayəsində Azərbaycan-Türkiyə birliyi hazırda bütün dünyada dostluğun, qardaşlığın və müttəfiqliyin rəmzinə çevrilib.
Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki müttəfiqlik, əlaqələrin genişləndirilməsi, imkan və potensiallarının birləşdirilməsini nəzərdə tutur. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin bütün sahələr üzrə davamlı inkişafının təmini olmaqla yanaşı, iki qardaş ölkə arasında tarixi münasibətləri daha yüksək səviyyəyə ucaltdı.
Şuşa Bəyannaməsi bütövlükdə Cənubi Qafqazın yeni təhlükəsizlik konsepsiyası kimi də qiymətləndirilə bilər, çünki regionda Azərbaycan və Türkiyə müttəfiqliyi prosesləri tam nəzarətdə saxlamağa, ədalətli məcraya yönəldərək inkişaf etdirməyə qadirdir. “Bir millət, iki dövlət” şüarı ilə regionun və dünyanın ən aparıcı söz sahibi olan ölkələrindən olan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

