Müstəqillik və qalibiyyət: Heydər Əliyev ideyalarının təntənəsi...
13.06.2025 [10:12]
Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev millətimizin taleyüklü anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. Xalqın arzu və istəklərini dərindən anlayan, ictimai-siyasi prosesləri düzgün dəyərləndirən Ulu Öndərin zəngin siyasi təcrübəsi, dərin zəkası və dövlətçilik təfəkkürü ölkəmizi ağır sınaqlardan çıxararaq müstəqil və güclü bir dövlətə çevirmişdir.
1990-cı illərin əvvəlləri müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün olduqca mürəkkəb, təhlükəli və ziddiyyətli bir dövr kimi yadda qalmışdır. O zamankı ölkə rəhbərliyinin həm idarəetmə təcrübəsinin olmaması, həm də şəxsi ambisiyaların ön plana çıxması nəticəsində respublikamız ciddi siyasi böhranla üzləşmişdir. Vətəndaş qarşıdurması, silahlı qiyamlar və separatizm meyilləri geniş miqyas almış, ictimai-siyasi sabitlik pozulmuş, dövlət institutları iflic vəziyyətinə düşmüşdür. Bütün bunlar ölkəmizin dövlət müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdır. Məhz bu kritik məqamda xalqın və dövlətin qurtuluş ümidi yalnız bir dahi şəxsiyyətə - Ümummilli Lider Heydər Əliyevə yönəlmişdir.
1993-cü ilin iyununda ölkədə dərinləşən siyasi böhran fonunda xalqın təkidli tələbi ilə Naxçıvanda Ali Məclisin Sədri kimi fəaliyyət göstərən Heydər Əliyev Bakıya dəvət olundu. 15 iyun 1993-cü il tarixində Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi xalqın taleyində dönüş nöqtəsi olmaqla bərabər, dövlətçiliyimizin xilasını təmin edən faktor kimi xüsusi önəm kəsb edir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ilk növbədə dövlət institutlarının fəaliyyəti təmin olundu, qanunun aliliyinə əsaslanan idarəetmə sistemi formalaşdırıldı.
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir inkişaf tarixində mühüm rol oynamaqla yanaşı, ölkənin müstəqil enerji siyasətinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində imzalanan bu müqavilə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı zəmin yaratdı. “Əsrin müqaviləsi” ilə Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlığa başladı, bu isə ölkənin strateji tərəfdaşlar qazanmasına səbəb oldu. Neft və qaz layihələri vasitəsilə xarici investisiyalar ölkə iqtisadiyyatına axmağa başladı. Həmçinin bu müqavilə Azərbaycanın Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas aktoruna və transmilli layihələrin önəmli iştirakçısına çevrilməsində mühüm rol oynadı. Ən əsası isə bu enerji strategiyası Azərbaycanın siyasi müstəqilliyinin iqtisadi təminatına çevrildi. “Əsrin müqaviləsi” ilə qoyulan bu möhkəm təməl illər sonra ölkəmizin enerji sahəsində qazandığı uğurların, o cümlədən Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin reallaşmasının əsasını təşkil etdi.
Bunlarla yanaşı, Ulu Öndərin rəhbərliyi ilə atılan addımlar nəticəsində ordu quruculuğu sahəsində önəmli nailiyyətlər qazanıldı. İlk növbədə hüquqi-normativ baza yaradıldı, zabit və əsgər heyətinin sosial təminatı yaxşılaşdırıldı, hərbi təhsil müəssisələri yenidən təşkil olundu. Orduda vahid komandanlığın təmini və döyüş hazırlığının artırılması sahəsində sistemli tədbirlər görüldü. Bu proses təkcə hərbi strukturun gücləndirilməsi deyil, həm də milli ruhun, vətənpərvərlik şüurunun yüksəldilməsi demək idi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyanın qəbulu müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğuna fundamental əsaslar yaratdı. Qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri müəyyənləşdirildi. İnsan hüquqları, söz və vicdan azadlığı, demokratik institutların möhkəmləndirilməsi kimi prinsiplər bu sənəddə öz əksini tapdı. Hüquqi dövlət quruculuğu sahəsində qəbul olunan normativ aktlar ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına və beynəlxalq standartlar uyğun mexanizmlərin yaradılmasına zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyev təhsilə hər bir cəmiyyətin inkişafının əsası, milli-mənəvi dəyərlərin və elmi potensialın daşıyıcısı kimi xüsusi önəm verirdi. Onun rəhbərliyi dövründə təhsil sisteminin müasir tələblərə uyğun qurulması, elmin və təhsilin cəmiyyət həyatında aparıcı rol oynaması əsas strateji hədəflərdən biri oldu. Heydər Əliyev ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət yetirirdi. Beləliklə, Ümummilli Liderin imzaladığı fərman və sərəncamlarla ali təhsil sisteminin təkmilləşdirilməsi və təhsil islahatlarının davamlılığı təmin olundu. Bu siyasət sonrakı illərdə Azərbaycanın intellektual potensialının möhkəmlənməsinə güclü təkan verdi.
Heydər Əliyev səhiyyə sisteminin inkişafını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirmişdi. Onun təşəbbüsü ilə səhiyyə müəssisələrinin yenidən qurulması, əsaslı təmiri və yeni avadanlıqlarla təchiz olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Həmçinin əhalinin tibbi maarifləndirilməsi sahəsində ardıcıl proqramlar tətbiq olundu. Bu siyasət səhiyyə xidmətlərinin əhatə dairəsinin genişlənməsinə və tibbi infrastrukturun yenilənməsinə şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyev gəncləri dövlətin gələcəyi və aparıcı qüvvəsi kimi dəyərləndirir, onların milli ruhda formalaşmasına xüsusi önəm verirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Azərbaycan Gəncləri Gününün təsis olunması bu sahədə aparılan siyasətin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, onların dövlət qulluğuna, elmi-tədqiqatlara və beynəlxalq təcrübəyə çıxış imkanları genişləndirildi. Gənclərin mənəvi, intellektual və sosial inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu təbəqə cəmiyyətin dinamik sosial qüvvəsinə çevrildi.
Dahi Lider Heydər Əliyev idmanı cəmiyyətin sağlam həyat tərzinin vacib tərkib hissəsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm vasitə kimi dəyərləndirirdi. Onun rəhbərliyi ilə milli idman federasiyaları yaradıldı və dövlət proqramları qəbul olundu. Ulu Öndərin təşəbbüsü ilə Bakı şəhərində və regionlarda olimpiya idman komplekslərinin tikintisinə başlanıldı, idman infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirildi. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurla çıxış etməsi və Olimpiya Hərəkatında fəal iştirak etməsi üçün dövlət dəstəyi gücləndirildi. Bu siyasət nəticəsində ölkədə idmanın kütləviliyi təmin olundu.
Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət strategiyasını balanslaşdırılmış, praqmatik və milli maraqlara əsaslanan amillər üzərində qurdu. Qarşılıqlı hörmət və bərabərlik prinsipləri rəhbər tutuldu, beynəlxalq təşkilatlarla aktiv əməkdaşlıq təmin edildi. Ölkəmiz Qərb və Şərq arasında etibarlı tranzit və enerji tərəfdaşına çevrildi. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuz qazandı və dövlət müstəqilliyini gücləndirməyi bacardı.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən strateji ardıcıllıqla davam etdirilir. Məhz bunun nəticəsində tərəqqi yolunda inamla addımlayan Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail oldu. 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam təmin olundu, ölkənin bütün ərazilərində konstitusion hüquq bərqərar edildi.
Milli Qurtuluş Günü həm də xalqın milli yaddaşına yazılmış qürur səhifəsidir. Azərbaycanın bugünkü siyasi sabitliyi, iqtisadi gücü, hərbi qüdrəti, beynəlxalq nüfuzu və xalqın milli birliyi məhz 1993-cü ildə başlanan xilaskarlıq missiyasının nəticəsidir. Bu tarixi gün müstəqillik ideyasına sədaqətin, liderə inamın və dövlətçilik iradəsinin simvoludur. Dövlət müstəqilliyini qorumaq və onu gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vəzifəsidir.
Şəhla Abdullayeva,
YAP Ucar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

