Belçikada II “Suqovuşan” beynəlxalq minifutbol turniri keçirilib
09.06.2025 [20:37]
Belçikada fəaliyyət göstərən “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təşkilatçılığı, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə II “Suqovuşan” beynəlxalq minifutbol turniri keçirilib. Turniri Avropada yaşayan soydaşlarımız, Belçikada fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri və digər qonaqlar izləyiblər.
AZƏRTAC xəbər verir ki, 21 komandanın qatıldığı minifutbol turnirində Belçika, Almaniya, Niderland, Lüksemburq və Fransadan olan soydaşlarımızla yanaşı, Brüsseldə yerləşən NATO Baş Qərargahının, Türkiyə, Pakistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Azərbaycan səfirliklərinin və ölkəmizin AŞPA Strasburq nümayəndəliyinin əməkdaşları mübarizə aparıblar.
Tədbirin keçirilməsində məqsəd Belçikada və Avropanın digər ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndə və icmaları arasında əlaqə və bağları gücləndirmək olub.
“MADANİ” platformasının təsisçisi Emin Əliyev turnir iştirakçılarına uğurlar arzulayaraq deyib: “Bu il Avropada soydaşlarımızın ən böyük turnirlərindən birini həyata keçiririk. Bu tədbir vasitəsilə biz Avropanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızı, yerli əhalini və digər icmaları bir araya gətirməyi, onlarla paylaşmağı, sevinməyi və bir ailə olmağı bacarmışıq. Digər ən gözəl məqamlardan biri odur ki, böyüklərlə yanaşı, soydaşlarımızın uşaq komandaları da bu turnirdə iştirak edir. Bu, həm ruhlandırıcı, həm də gələcək nəsillərin bu ruhda böyüməsi üçün çox dəyərli bir fürsətdir. “Suqovuşan” Kuboku bir daha sübut edir ki, idman sülhün, anlayışın və dostluğun ən gözəl dilidir.”
Daha sonra Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov turnir iştirakçılarına Suqovuşanın ölkəmizin tarixi, mədəniyyəti və coğrafiyasındakı yeri haqqında məlumat verib. Səfir 28 May – Müstəqillik Gününün önəmini diqqətə çatdıraraq, soydaşlarımızın, icmaların birliyinin və qarşılıqlı fəaliyyətinin gücləndirilməsində idmanın rolunu vurğulayıb.
E.Əliyev Azərbaycanın Belçikadakı səfirliyinə xüsusi minnətdarlığını ifadə edərək bildirib ki, diplomatik nümayəndəlik artıq ikinci ildir turnirin keçirilməsinə dəstək verir və onun uğurlu olması üçün böyük səy göstərib.
Daha sonra Vaqif Sadıqov və iştirakçı ölkələrin səfir və nümayəndələri topa rəmzi toxunuş edərək turniri rəsmi olaraq açıq elan ediblər.
Turnir NATO-nun mənzil-qərargahı komandasının qələbəsi ilə yekunlaşıb. İkinci yeri Belçikadakı həmvətənlərimizi təmsil edən “MADANI Heroes” komandası tutub. Qalib komanda “Suqovuşan” kuboku və qızıl medallar, 2-ci və 3-cü yeri tutan komandalar isə müvafiq olaraq “Suqovuşan” gümüş və bürünc kubok və medalları, eləcə də Azərbaycan suvenirləri ilə mükafatlandırılıb. Uşaq komandalarına da medal və kuboklar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

