Əlcəzairdə qurumlararası yazışmalarda fransız dilindən imtina edilir
10.05.2025 [14:29]
Əlcəzair rəsmi və qeyri-rəsmi kargüzarlıqda, eləcə də qurumlararası yazışmalarda fransız dilinin istifadəsini dayandırmaq üçün müxtəlif tədbirlər həyata keçirir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Əlcəzair Futbol Federasiyasının əmri ilə yerli futbol federasiyalarından rəsmi sənədlərini və yazışmalarını “ən qısa zamanda” ərəb dilində hazırlamaları və bunun 2025–2026 futbol mövsümündən etibarən tətbiq olunması istənilir. Bundan başqa, intizam komitələrinin protokollarının hazırlanması, oyunları idarə edəcək hakimlərin təyinatları, oyunların planlaşdırılması və bütün yazışmaların ərəb dilində aparılması tələb olunur.
Rəsmi sənədləşmədən fransız dilinin çıxarılması prosesi sürətlə davam edir. Əlcəzair şəhərinin su təchizatı şəbəkəsinin idarə edilməsinə cavabdeh şirkət (SEAAL) fakturalarda fransız dili əvəzinə ingilis dilinin tətbiqinə başladığını elan edib. Şirkət ərəb və ingilis dillərində tərtib olunmuş yeni fakturasını istifadəyə verdiyini bildirib. Bu sahə əvvəllər fransız şirkəti tərəfindən idarə olunurdu. Öhdəliklərin pozulmasına görə 2021-ci ildə Əlcəzair tərəfi onunla müqaviləyə xitam verib.
Apreldə Əlcəzair Hava Yolları təyyarə biletlərindən fransız dilində yazıları çıxarıb. Əlcəzair Hava Yollarının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbdülqadir Salimi bildirib ki, bundan sonra aviabiletlər ərəb və ingilis dillərində tərtib olunacaq. Məqsəd "ərəb ölkələrinin hava yolları şirkətlərinin təcrübəsinə uyğunlaşmaqdır".
Qeyd edək ki, bir müddət əvvəl Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşı həbs olunub. Bundan sonra Əlcəzair 12 fransız diplomatı ölkədən qovub. Rəsmi Paris cavab olaraq, 12 əlcəzairli diplomatın ölkədən çıxarılması və səfirin məsləhətləşmələr üçün geri çağırması barədə qərar qəbul edib. Bununla da iki ölkə arasında münasibətlər yenidən gərginləşib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

