“Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafında rolu” mövzusunda tədbir keçirilib
09.05.2025 [22:06]
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə , Ə.Mehdiyev adına Qubadlı şəhər Uşaq Musiqi məktəbində “2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafında rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Yeni Azərbaycan Partiyası Nəzarət-Təftiş komissiyasının üzvü Badam Hüseynova, Şərqi Zəngəzur regional Mədəniyyət idarəsinin aparacı məsləhətçisi Heydər Heydərli, YAP Qubadlı rayon təşkilatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının, Abşeron rayon , ST Sumqayıt ünvanında yerləşən ərazi partiya təşkilatlarının sədrləri, müavinləri və partiya üzləri iştirak etdi.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlət himni səsləndirildi.
Məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının , ST Sumqayıt (Qubadlı şəhər 4 saylı məktəb) ərazi partiya təşkilatının sədri Qənirə Həsənova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən uzaqgörən siyasəti ilə çıxarmışdır. Bu gün Heydər Əliyev Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adı müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu və memarı kimi tarixə qızıl hərflərlə yazılıb. Onun zəngin siyasi irsi, uzaqgörənliyi, dövlətçilik təcrübəsi və vətənə bağlılığı müasir Azərbaycanın inkişafının əsas dayaqlarını təşkil edir.Güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf edir.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış edərək bildirdi ki Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə nəzər saldıqda, onun fəaliyyət göstərdiyi dövrlərdə apardığı məqsədyönlü siyasəti xalqının gələcək rifahına kökləndiyinin şahidi oluruq .Bu baxımdan əminliklə deyə bilərik ki, Ulu öndər həmişə Azərbaycan dövlətinin sağlam təməl üzərində qurulması üçün var gücü ilə çalışmışdır.Onun siyasi fəaliyyətinə hansı mövqedən yanaşılmasına baxmayaraq,yenə də öz aktuallığını itirmədiyi aydın olur. Heydər Əliyev irsi yalnız Azərbaycan xalqı üçün deyil, dünyada haqqın, ədalətin bərqərar olması, beynəlxalq hüququn prinsiplərinin qorunması uğrunda mübarizə aparan bütün xalqlar və liderlər üçün siyasi məktəbdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünya siyasətində hər daim özünəməxsus yeri və mövqeyi ilə ön cərgədə qərarlaşmış Heydər Əliyev ömrünün 40 ildən artıq bir dövrünü Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının inkişafına, tərəqqisinə həsr etmişdir.Respublikamız müstəqil dövlət kimi mövcud olduğu qısa müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyətinin əsas qayəsini hüquqi dövlət quruculuğu, siyasi sabitlik, iqtisadi islahatlar və beynəlxalq münasibətlərdə balanslı siyasət təşkil edirdi. 1995-ci ildə xalqın ümumi səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası onun rəhbərliyi ilə hazırlanmış və hüquqi dövlətin əsasını qoymuşdur. Bu sənəd müstəqil Azərbaycanın siyasi-iqtisadi inkişaf yolunun hüquqi zəmanəti oldu.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan müstəqil, güclü və dayanıqlı dövlət kimi beynəlxalq arenada tanınır. Onun siyasi kursu bu gün də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatları nəticəsində torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü tam bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib.
Təhmasib Rüstəmov qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələri, sosial problemlərin həllinə dəstəyi, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği sahələrində həyata keçirdiyi layihələr ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondu bugün də Heydər Əliyev irsini xalqa və dünyaya böyük uğurla təbliğ etməkdədir. İndiki və gələcək nəsillərə mütərəqqi yol göstərən, xalqa və dövlətə layiqli xidmət nümunəsi olan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği həmişə mühüm aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının ictimai fikirdə möhkəmləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır
Tədbirdə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının bir qrup fəal üzvlərinə fəxri fərmanlar verildi .
Daha sonra tədbir Şərqi Zəngəzur regional Mədəniyyət idarəsinin tabeliyində olan Qubadlı rayon Mədəniyyət idarələri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirildi, vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

