DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd edilib
09.05.2025 [20:22]
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daha sonra DTX-nin akt zalında keçirilmiş tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunun, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev əvvəlcə Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli fəaliyyəti, dahi rəhbərin bu təsisatın inkişafındakı müstəsna xidmətləri, eləcə də təhlükəsizlik təşkilatının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar barədə ətraflı söhbət açıb, Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu xalqa və dövlətə sədaqət amallarının Xidmətin şəxsi heyəti tərəfindən daim əsas götürüldüyünü qeyd edib.
General-polkovnik Əli Nağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin tarixinə qızıl hərflərlə yazılmış, respublikada bütün sahələrin hərtərəfli inkişafı, Azərbaycanın davamlı tərəqqisi və yüksəlişi, həmçinin dövlətçilik strategiyasının formalaşması milli ideyanın güclənməsi və müstəqilliyin möhkəmlənməsi ilə müşayiət olunub.
Ulu Öndərin siyasət xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımladığını və bütün istiqamətlərdə mühüm nailiyyətlərin qazanıldığını vurğulayan Xidmət rəisi təhlükəsizlik orqanlarının fəaliyyətinin də dövlətimizin başçısının diqqət və qayğısı ilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, DTX-nin əməkdaşlarının üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə icra olunacağını deyib.
Sonra tədbir digər çıxışlarla davam edib, xidmətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

