“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”
09.05.2025 [11:32]
Milli Məclisin bu mövzuda xüsusi iclası keçirilib
Mayın 8-də Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib. İclası açan spiker Sahibə Qafarova bildirib ki, xüsusi iclas “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilir və onun Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasa xüsusi əhəmiyyət verir. Spiker qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Milli Məclisin sədri deyib ki, müasir Azərbaycanın tarixi Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır: “Ulu Öndər xalq və Vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və Vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq”.
O bildirib ki, Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. “1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb çağırışlar qarşısında qalıb. Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına alıb. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və dörd ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Ümummilli Lider Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və sarsılmaz iradəsi, zəngin dövlətçilik təcrübəsi və siyasi nüfuzu sayəsində qardaş qırğınının qarşısını almağa, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət müstəqilliyimizi xilas etməyə nail oldu”, - deyə S.Qafarova əlavə edib.
Spiker vurğulayıb ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər.
S.Qafarova qeyd edib ki, son 32 ildə həyata keçirilən dövlət quruculuğu proseslərində Azərbaycan parlamenti də mühüm rol oynayıb. Milli Məclis 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin 4 aylıq sədrliyi dövründə yaradılmış ənənələrinə sadiq qalaraq, eyni zamanda, Prezident İlham Əliyevin tövsiyələrini nəzərə alaraq, suverenlik və milli maraqların qorunması sahəsində qarşıya qoyulan məqsədlərin əldə edilməsinə kömək göstərir, milli təhlükəsizlik məsələlərinin həllinə, Konstitusiyada bəyan edilmiş prinsiplərin və dəyərlərin qorunmasına töhfə verir.
Çıxışının sonunda Sahibə Qafarova “Konstitusiya və Suverenlik İli”ndə uğurlarımızla yanaşı, gələcək barəsində düşüncələrini də bölüşüb. O, əminliklə söyləyib ki, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qaytarılması kimi ümummilli məqsədi də gerçəyə çevirəcək və Azərbaycan davamlı inkişaf yolu ilə irəliləməkdə davam edərək yeni tarixi qələbələrə imza atacaq.
Sonra iclasda “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib. Parlament Aparatında hazırlanmış bu sənədli film Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.
Sonra iclasda deputatların çıxışları dinlənilib. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri və deputatlar öz fikirlərini bölüşüblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna rolundan danışıblar. Bildirilib ki, ölkəmizdə hər il Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd edilməsi xalqımızın Ulu Öndərin misilsiz tarixi xidmətlərinə verdiyi yüksək dəyərin, hörmət və ehtiramın ifadəsidir.
Sonra iclasda deputat Bəhruz Məhərrəmov “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Milli Məclisin Bəyanatını səsləndirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

