AMEA-da Ümummilli Liderə həsr edilmiş “Dahinin xatirəsinə” kitabının təqdimatı olub
07.05.2025 [22:17]
Mayın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yazıçı-jurnalist Gülnarə Tomris İsmayılzadənin Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Dahinin xatirəsinə” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimini AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri akademik Nərgiz Axundova açaraq dahi liderin siyasi irsinin hər zaman elmi tədqiqatlar üçün zəngin mənbə olduğunu vurğulayıb. O, Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çatdırılması istiqamətində təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu müvəffəqiyyətlə həyata keçirdiyini və ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş güclü dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Akademik Nərgiz Axundova “Dahinin xatirəsinə” kitabı haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan dövlətinin müstəqillik əldə etməsindən sonra Ulu Öndərin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlət yaratmaq olub. Ümummilli Lider həyatının bütün məqamlarında atdığı hər bir addımda Azərbaycan xalqının rifahını, doğma Vətəninin maraqlarını düşünüb.
O, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında mühüm məqamların əks olunduğu kitabın milli yaddaş missiyasını həyata keçirdiyini söyləyib. Akademik Nərgiz Axundova kitabın Ümummilli Lider Heydər Əliyev haqqında ortaya qoyulmuş nəşrlər arasında öz layiqli yerini tutacağına inamını ifadə edib.
Sonra tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov çıxış edərək Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi liderin Azərbaycan xalqının yaddaşında müstəsna yeri olan dövlət xadimi kimi hər zaman yaşayacağını bildirib. Vurğulayıb ki, Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professor Təvəkkül Səlimov ictimaiyyətə təqdim olunan kitab barədə təəssüratlarını bölüşərək qeyd edib ki, nəşrdə yer alan 123 nəfərin məqaləsində müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin yorulmaz fəaliyyəti tarixi faktlarla oxucuya çatdırılır. Kitabda Ulu Öndərin dövlətçilik prinsipləri, onun müdrik siyasəti və xalqına sonsuz sevgisi müxtəlif rakurslardan əks olunub.
Tədbirdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ənənələrindən söhbət açaraq bildirib ki, müasir Azərbaycan dövlətinin banisinin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.
Fazil Mustafa nəşrdə Ümummilli Lider Heydər Əliyevin böyük irsi, dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri və zəngin mənəvi dünyasının geniş şəkildə əks olunduğunu söyləyib. Vurğulayıb ki, bu kitab Ulu Öndərin şəxsiyyətinə böyük hörmətin və dərin ehtiramın ifadəsidir. Nəşrdə dahi liderin həyatına və irsinə dair dəyərli fikirlər və xatirələr toplanıb.
O, bu nəşrin Ümummilli Liderin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib.
Daha sonra tarix elmləri doktoru Eynulla Mədətli, Xalq artisti Məleykə Əsədova, Əməkdar artist Ruhəngiz Allahverdiyeva və digərləri çıxış edərək kitabın məziyyətlərindən danışıb, müəllifin Ulu Öndər Heydər Əliyevin irsini dərindən araşdıraraq dəyərli bir əsər ərsəyə gətirdiyini vurğulayıblar.
Sonda nəşrin müəllifi yazıçı-jurnalist Gülnarə Tomris İsmayılzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

