/ / Tahir Budaqov: Qüdrətli Azərbaycan reallığı Ümummilli Liderin tükənməz dövlətçilik irsi ilə bağlıdır
Tahir Budaqov: Qüdrətli Azərbaycan reallığı Ümummilli Liderin tükənməz dövlətçilik irsi ilə bağlıdır
07.05.2025 [12:54]
Danılmaz faktdır ki, Azərbaycan xalqı üçün bütün taleyüklü məsələlərin həlli məhz güclü lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti sayəsində mümkün olub. Bu gün qürurla ifadə edirik ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 7-də keçirilən “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbirdə deyib.
O bildirib ki, fəaliyyətinin bütün dövrlərində Azərbaycan naminə böyük fədakarlıq göstərərək misilsiz xidmətlərə imza atmış Ulu Öndər Heydər Əliyev əbədiyaşarlıq zirvəsinə ucalıb, onun adı xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu kimi tariximizə həkk olunub, siyasi irsi milli-mənəvi sərvətimiz kimi bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir və hələ uzun illər bundan sonra da onun ideyaları milli təkamül yolumuzun əsasını təşkil edəcək.
Tahir Budaqov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bir-birindən siyasi-ideoloji və sosial-iqtisadi cəhətdən tamamilə fərqli olan iki tarixi mərhələdə - istər SSRİ dönəmi, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli inkişafa xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirməklə xalqımız üçün taleyüklü uğurlara imza atıb. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər respublikamızın sosial-iqtisadi yüksəlişini təmin edib, gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. O dönəmdə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi isə mürəkkəb tarixi mərhələdə milli şüurun güclənməsi, xalqın öz mənəvi sərvətlərini, tarixi dəyərlərini qoruyaraq yaşatması baxımından böyük əhəmiyyətə malik olub. Müdrik dövlət xadimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi mərhələdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın rifahı və firavanlığı naminə məqsədyönlü işlər görüb, dünya siyasətinə bir azərbaycanlı kimi öz bənzərsiz imzasını atıb.
“Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi də öz tarixi missiyasını davam etdirib, blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olub, SSRİ-nin saxlanılması haqqında referendumda iştirakdan imtina etməklə faktiki olaraq müstəqilliyin təməllərini yaradıb, bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağını ilk dəfə ucaldıb”, - deyə YAP Sədrinin müavini əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

