/ / YAP Nərimanov rayon təşkilatında “23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” qeyd edilib
YAP Nərimanov rayon təşkilatında “23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” qeyd edilib
24.04.2025 [14:38]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında “23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə Azərbaycan Respublikasının xalq yazıçısı, AYB-nin birinci katibi, xalqın sevimli yazarı Çingiz Abdullayevlə görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Bakı Kitab Mərkəzinin rəhbəri, AYB-nin üzvü, yazıçı-publisist Günel Anarqızı, Əqli Mülkiyyət Agentliyinin İctimai şurasının və YAP-nın Ərazi Partiya Təşkilatının sədri Natiq İsayev, kitab sevərlər, fəal gənclər iştirak ediblər.
Görüşdən öncə YAP Nərimanov rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər-gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün kitabsevərləri təbrik edib və bu günün tarixi və mahiyyəti barədə məlumat verib.
Görüşdə Azərbaycan Respublikasının xalq yazıçısı, AYB-nin birinci katibi, tanınmış detektiv yazarı Çingiz Abdullayev həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən və s. danışıb.
Bakı Kitab Mərkəzinin rəhbəri, AYB-nin üzvü, yazıçı-publisist Günel Anarqızı və Əqli Mülkiyyət Agentliyinin İctimai şurasının və YAP-nın Ərazi Partiya Təşkilatının sədri Natiq İsayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən kitab irsinin və ənənələrinin qorunmasına böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıblar. Qeyd iolunub ki, Respublikamızda artıq bir ənənəyə çevrilən kitab sərgilərinin, kitab bayramlarının keçirilməsi, yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, elm, mədəniyyət və təhsil sahələrində bir çox beynəlxalq tədbirlərin gerçəkləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
İnteraktiv şəraitdə keçən görüşdə tanınmış yazıçı Ç. Abdullayev və digər qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıb.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev təşkilat tərəfindən xüsusi hazırlanmış hədiyyəni dəyərli yazar Çingiz Abdullayevə təqdim edib.
Görüşdə həmçinin YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup fəal gənclər təltif olunublar.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

