Azərbaycan enerji sahəsində Avropa ilə Asiya arasında körpü rolunu oynayır
09.04.2025 [21:16]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Bakı şəhəri 2025-ci ildə növbəti dəfə enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyan tədbirə ev sahibliyi etdi. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları qlobal enerji gündəliyində mühüm mövzuların müzakirəsi baxımdan olduqca əlamətdar oldu. 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin iştirak etdiyi tədbir çərçivəsində nazirlər və yüksək səviyyəli nümayəndələr geniş plenar sessiyalarda enerji təhlükəsizliyi, yaşıl keçid və tərəfdaşlıq strategiyalarını müzakirə etdilər.
Toplantının açılışında səsləndirilən fikirlər enerji təhlükəsizliyinin artıq milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsinə çevrildiyini bir daha nümayiş etdirdi. Azərbaycanın təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən bu format istehsalçı, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm rol oynayır. Tədbirdə iştirak edən Prezident İlham Əliyev vurğulayıb ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir: “Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir”.
Toplantı enerji sahəsində əməkdaşlıq imkanlarının geniş müzakirə olunduğu, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən mühüm platforma kimi dəyərləndirilir. Burada aparılan fikir mübadilələri qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlıq perspektivlərinin əsasını təşkil edir. Ümumi yanaşma qlobal enerji gündəliyinin aktual istiqamətlərinə uyğun şəkildə formalaşıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı: “Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur”.
Azərbaycanın qaz təchizatında baş verən yüksəliş təkcə həcmlə deyil, həm də ixrac marşrutlarının şaxələndirilməsi ilə müşayiət olunur. Enerji sahəsində etibarlı tərəfdaş kimi tanınan ölkəmiz qaz təchizatının davamlılığını və sabitliyini təmin etməkdə qərarlıdır. Genişlənən ixrac imkanları Avropanın enerji təhlükəsizliyinə töhfə verir və əməkdaşlığı yeni mərhələyə yüksəldir.
Bu toptantıda Cənub Qaz Dəhlizinin tərkib hissələri olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP sistemlərinin genişləndirilməsi, xüsusilə də interkonnektorların artırılması ilə bağlı məsələlər ön plana çıxdı. Burada beynəlxalq maliyyə institutlarının rolunun vacibliyi bir daha vurğulandı, çünki bu cür irimiqyaslı layihələr yalnız koordinasiyalı maliyyə dəstəyi ilə həyata keçirilə bilər.
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlər Azərbaycanın yaşıl enerji gündəliyinə nə dərəcədə önəm verdiyini göstərdi. 2030-cu ilə qədər günəş və külək enerjisi layihələri üzrə 6 giqavat gücündə generasiya həcminə çatmaq hədəflənir. Eyni zamanda, Şərqi Zəngəzur və Qarabağ bölgələrində su elektrik stansiyalarının qurulması işləri davam edir. Hazırda artıq 270 meqavatlıq güc istismardadır, bu rəqəmin 500 meqavata qədər artırılması planlaşdırılır.
Toplantı çərçivəsində, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı, eləcə də Avropaya yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutan “yaşıl kabel” layihəsi müzakirə edildi. Texniki əsaslandırma mərhələsinin sonuna yaxınlaşan bu layihə Avropanın enerji şəbəkəsinə inteqrasiya baxımından strateji əhəmiyyətə malikdir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha göstərdi ki, enerji təhlükəsizliyi təkcə resurslarla deyil, həm də strateji tərəfdaşlıq, koordinasiyalı investisiya və qlobal gündəliyə cavab verən dayanıqlı yanaşmalarla təmin olunur. Azərbaycanın bu proseslərdə oynadığı rol isə sadəcə istehsalçı ölkə kimi deyil, həm də enerji dialoqunun aparıcı iştirakçısı kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09

