Uğura aparan yol...
02.04.2025 [09:51]
İctimai və dövlət maraqları necə təmin edilir?
Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi hər zaman prioritet məsələ olub. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi təmin edilir. Sözügedən məsələ hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət daşıyır. Məhz belə bir cəmiyyət ictimai və dövlət maraqlarının səmərəli müdafiəsinə zəmanət verir, neqativ amillərin qarşısını alır.
Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən ictimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub. Yenə də başlıca məqsəd hesab olunmaqda davam edir.
Ciddi irəliləyişlər əldə etmişik...
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, ictimai və dövlət maraqlarının müdafiəsi tarix boyu hər bir cəmiyyət üçün prioritet məsələ olub: “Burada əsas məqam yalnız fərdi, individual deyil, cəmiyyətin bütün fərdlərini özündə birləşdirən ictimai maraqların məcmuəsi, onların maraqları və onun dövlət maraqları ilə vəhdətdə olmasıdır. İctimai və dövlət maraqlarının qorunması məsələsi daim öz aktuallığını qoruyur. Bu baxımdan ölkəmizdə həmin sahədə çox ciddi irəliləyişlərin olduğunu qeyd etməliyik. Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması həmişə ön planda durur. Bu prioritet sahə hesab olunur. İctimai maraqlar dedikdə tək bir fərdin deyil, cəmiyyəti təşkil edən fərdlərin rifahını ifadə edən maraq nəzərdə tutulur. Bu anlayış individual mahiyyəti ümumiyə çevirən, xüsusən də çoxluğun marağını üstün sayan anlayış olaraq qəbul edilməlidir. Ölkəmizdə xalq, iqtidar birliyi və dövlətin maraq saydığı məsələlər həm də hər bir şəxsin də marağındadır. Bu baxımdan Azərbaycan özünün son illərdəki inkişafı ilə sözügedən prosesi hərtərəfli sübut etməkdə davam edir. Yaxın tarixə qayıtsaq, bütün bu məsələlərin kökündə Heydər Əliyevin bünövrəsini qoyduğu düzgün, uğurlu siyasətin dayandığının şahidi olarıq. Ölkəmizdə bütün sahələrdə, həm siyasi, həm sosial, ictimai, həm də mədəni dəyərlər, siyasi proseslərə çox partiyalı sistem və ümumi olaraq siyasi sistemin də dövlət maraqlarını daha çox qorumaq, onu inkişaf etdirmək, paralel olaraq mədəni, multikultural dəyərlər və s. ictimai və dövlət maraqlarını özündə birləşdirir”.
Dövlət və xalqın harmonik vəhdəti!
K.Cəfərov qeyd edib ki, Prezident İlham Əliyev bu uğurlu siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirir: “Hər bir azərbaycanlı milli və dövlət maraqlarını öz mövqeyinə uyğun olaraq öndə tutur. Bu birlik, vəhdət 44 günlük Vətən müharibəsində də göründü. Həmin anlarda Azərbaycan xalqı, dövləti anlayışı tamamilə harmonik vəhdət şəklində ortaya çıxdı. Xalqımız öz qürurunu, mənliyini bərpa etdi. Bunun kökündə həm də azərbaycançılıq məfkurəsi sahəsində inkişaf edən hər bir şəxs öz vətənpərvər ruhi ilə dövlətçilik və milli maraqlar mövqeyindən çıxış edərək əlindən gələni etməyə çalışdı. Əsgərlərimiz səngərdə, cəbhədə, müharibə meydanında, bizlər isə çalışdığımız sahələrdə maraqları özündə birləşdirən dəyərə çevirdik”.
Uğurlu siyasət davam etməkdədir...
Deputatın sözlərinə görə, ictimai və dövlət maraqlarının vəhdəti Azərbaycançılıq ideologiyasına əsaslanır: “Həmin ideologiyanın müəllifi Heydər Əliyev idi. Bu gün həmin prosesi inkişaf etdirən isə Prezident İlham Əliyevdir. Yalnız Azərbaycan Respublikasının vətəndaşlarının deyil, dünya azərbaycanlılarının lideri kimi İlham Əliyev sözügedən uğurlu siyasəti davam etdirməkdədir.
Bu sahədə dövlətlə yanaşı fərdlərin də üzərinə müəyyən öhdəliklər düşür. İctimai və dövlət maraqlarının qorunması məsələsində irəliləyişin qarşısını almaq qətiyyən mümkün deyil.
Gənclərə milli dəyərlərin aşılanması, vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin təbliğ edilməsi üçün dövlət daim çalışmalıdır. Buradan belə nəticəyə gəlmək olur ki, bizim son illər qazandığımız qələbələr və böyük nəaliyyətlərin kökündə həm dövlət, milli maraqlar, həm də ictimai, dövlət maraqlarının vəhdətin qazandığı və ortaya çıxartdığı dəyərlər toplusudur. Bu, bizim sərvətimizdir. Onu qoruyub, inkişaf etdirib gələcəyə uğurla daşımalıyıq”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18

