BƏƏ-nin naziri: 2050-ci ilədək 20 milyarddan çox robot insanlara xidmət edəcək
12.02.2025 [21:38]
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) naziri və Dünya Hökumət Sammitinin sədri Məhəmməd Abdulla Əl Qərqavinin sözlərinə görə, 2050-ci ilə qədər 20 milyarddan çox robot insanlara xidmət edəcək, onların həyat tərzini, əmək bazarlarını və cəmiyyətləri yenidən formalaşdıracaq.
AZƏRTAC BƏƏ-nin rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, Əl Qərqavi çərşənbə axşamı Dubayda “Gələcək hökumətlərin formalaşdırılması” mövzusunda keçirilən 2025-ci il Dünya Hökuməti Sammitinin açılışında çıxışı zamanı bu proqnozu verib.
Keçən 25 il üzərində təhlil aparan nazir həmin dövrü həm təlatümlü, həm də transformasiyalı epoxa kimi xarakterizə edib. O deyib: “Bu gün dünya əhalisi 8,2 milyarda çatıb və qlobal iqtisadiyyat 2024-cü ilə qədər 34 trilyon dollardan 115 trilyon dollara qədər genişlənib. Eyni dövrdə beynəlxalq ticarət 7 trilyon dollardan 33 trilyon dollara yüksəlib”. O, iqtisadi üstünlükdə neft, ağır istehsal və maliyyə xidmətləri kimi ənənəvi sənayelərdən texnologiya firmalarına və rəqəmsal platformalara keçidi qeyd edib.
BƏƏ-nin naziri vurğulayıb: “Çin və Hindistan tərəqqi etdi, bəzi inkişaf etmiş sənaye iqtisadiyyatları isə gerilədi. Minilliyin əvvəlində qloballaşma nikbinliyə səbəb oldu, lakin populizmin yüksəlişi proteksionizmi gücləndirdi”. O, internetdən istifadənin 2000-ci ildə dünya əhalisinin 7 faizindən az hissəsini əhatə etdiyi halda, bu gün həmin rəqəmin 60faizdən çox artması ilə rəqəmsal əlaqənin sürətli artımını vurğulayıb. Bu arada, 2000-ci ildə mövcud olmayan rəqəmsal valyutalar indi 3 trilyon dollar dəyərində qiymətləndirilir.
Nazir əlavə edib: “O vaxtlar hərbi robot texnikası və texnoloji müharibə yalnız elmi fantastikada mövcud idi. Bu gün biz pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan münaqişə və nüvə təhlükələri, kiber və bioloji müharibənin aktual olduğunu görürük”.
Dünya Hökumət Sammitinin sədri son 25 ildə qərarların formalaşdırdığı dörd əsas müşahidəni qeyd edib: Münaqişə, müharibə və miqrasiya zamanı 2 milyondan çox insan həlak olub, 120 milyon nəfər qaçqın kimi öz evini tərk edib. Münaqişələrin yalnız 4 faizi sülh sazişləri ilə başa çatıb. O vurğulayıb: “Böyük sərvətlərinə baxmayaraq, nəhəng iqtisadiyyatlar dünyanın ən xoşbəxt insanlarına ev sahibliyi etmir. Qlobal miqyasda təqribən 280 milyon insan depressiyadan əziyyət çəkir və psixi sağlamlıq problemləri dünya iqtisadiyyatına hər il 1 trilyon dollara başa gəlir. Eyni zamanda, hökumətlərə etimad 2000-2025-ci illər arasında azalıb, bunu bütün dünyada artan etirazlar və populist hərəkatlar sübut edir. Dünya misli görünməmiş rifah, təhsil və səhiyyə səviyyəsinə nail olsa da, 630 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır. Tədqiqatlar göstərir ki, aclığı aradan qaldırmaq, bütün uşaqları təhsilə cəlb etmək və qlobal səhiyyə sistemlərini inkişaf etdirmək üçün hər il 800 milyard dollara ehtiyacımız var”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31

