Əlcəzair Fransadan idxalı sıfra endirir
12.02.2025 [19:14]
Fransa və Əlcəzair arasında artan diplomatik və siyasi gərginlik kontekstində, fransız kənd təsərrüfatı və ərzaq məhsullarının Əlcəzairə ixracı 2023-cü ildən bəri azalır. 2023-cü ildə Fransanın Əlcəzairə kənd təsərrüfatı və ərzaq məhsullarının ümumi ixracı 2022-ci illə müqayisədə iki dəfə azalıb. Ötən il bu nəticə daha da pisləşib.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Kənd Təsərrüfatı Palatalarının baş iqtisadçısı Tyeri Puş “L'Opinion” qəzetinə verdiyi məlumatda deyib.
Bildirib ki, Fransadan Əlcəzairə 2022-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi ixracı 1,3 milyard avro təşkil edib. Ancaq son illər Fransanın Əlcəzairə ixracatı bir neçə sektorda kifayət qədər aşağı düşüb.
“2023-cü ilin sonuna qədər bu məbləğ iki dəfə azalaraq 628 milyon avroya çatdırılıb. Son illərdə azalma sabit şəkildə davam etsə də, 2023-cü ildə əhəmiyyətli dərəcədə sürətlənib. 2024-cü il üçün rəqəmlər hələ mövcud deyil, lakin daha ciddi tənəzzül gözlənilir”, - deyə iqtisadçı vurğulayıb.
2018-ci ildə Fransa Əlcəzairə 5,4 milyon ton taxıl və ya ehtiyacının 80-90 faizi nisbətində məhsul ixrac edib. 2021-ci ildə bu məbləğ 2,1 milyon tona, 2023-cü ildə isə cəmi 608 min tona düşüb. 2024-cü il üçün bu həcmlərin daha iki dəfə azalacağı bildirilir. Mütəxəssislər 2025-ci ildə bu həcmlərin sıfra enəcəyini planlaşdırır.
Taxıl ixracatçıları birliyinin sözçüsü “Synacomex”in verdiyi məlumata görə, son illərdə Əlcəzairlə iş görmək çətinləşib, çünki əlaqələr diplomatik münasibətlərlə qarışıb.
Ötən ilin oktyabr və dekabr aylarında başlayan iki tender çağırışında Əlcəzair Peşələrarası Taxıl Ofisi (OAIC) fransız buğdasını tələb etməyib. “Fransız şirkətləri artıq tenderə çağırılmır”, - deyə “Synacomex” təsdiqləyir.
Statistikaya görə, 2022-ci ildə Fransa Əlcəzairə 167 milyon avro dəyərində diri heyvan, ət üçün gənc mal-qara və ya süd istehsalı üçün nəzərdə tutulmuş düyələr ixrac edib. Ancaq 2023-cü ildə bu rəqəm 73 milyon avroya, 2024-cü ildə isə demək olar ki, ixracat baş tutmayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

