Vaşinqton “orbitr” rolunda...
12.02.2025 [09:17]
Ağ Evin Aİ və Rusiya ilə bağlı yeni planları...
Son zamanlar Ağ Ev ilə Kreml arasında Ukraynadakı vəziyyətlə bağlı səhnəarxası təmaslar intensivləşib - qeyd edək ki, keçən həftə hər iki ölkənin prezidenti Donald Tramp ilə Vladimir Putin arasında telefon danışığı baş tutub. Tramp yerli mediaya açıqlamasında belə bir halın baş verdiyini bildirsə də, nə Ağ Ev, nə də Kreml tərəfindən hər iki liderin telefon söhbətində hansı məsələlərin müzakirə olunması barədə detallar açıqlanmayıb.
Buna baxmayaraq, artıq bir sıra ekspertlər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirməyə başlayıblar - onlar hesab edilər ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibəyə son verməkdə maraqlı olsa da, o, münaqişənin müvəqqəti dondurulmasına, xüsusilə atəşkəs sazişi ilə bağlı şərtlərin Moskva və Kiyevin maraqlarına deyil, məhz Vaşinqtonun maraqlarına uyğun təmin olunmasına çalışacaq. Yəni ABŞ-ın yeni administrasiyası regionda özünün təkbaşına qələbəsi, Rusiya və Ukraynanın ortaq məğlubiyyəti planını qurur. Onların fikirlərinə görə, Ağ Evin yeni rəhbəri bu yolla ABŞ-ın həm regional, həm də beynəlxalq səviyyədə öz hegemonluğunu bir daha təsdiqləmək və mövqeyini gücləndirmək niyyətin?ədir.
Ağ Ev ilə Kreml arasında ikitərəfli təmaslar aparılsa da, Tramp Putinlə yaxın zamanda görüşməkdə maraqlı görünmür - o, hələ ki, Moskva ilə dialoqu səhnə arxasında aparmağa üstünlük verir. Ukraynada müharibənin yaxın dövrlərdə bitəcəyi gözlənilmir - münaqişənin ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində dondurulacağı ehtimal olunur.
Ekspertlər düşünürlər ki, Ağ Ev Ukraynada müharibənin davam etməsində maraqlıdır, çünki savaşın uzanacağı təqdirdə həm Rusiya, həm də Ukrayna daha da zəifləyəcək və daha acınacaqlı duruma düşəcəklər. Belə bir vəziyyətdə isə hər iki münaqişə tərəfinin ABŞ-ın şərtlərinə boyun əyməkdən başqa çarəsi qalmayacaq. ABŞ-ın vaxtı uzatmaq və hər iki tərəfi taqətdən salmaq taktikası öz strateji hədəflərinə nail olmağa istiqamətlənib.
ABŞ regionda yeni status-kvo yaratmaq istəyir
Trampa lazımdır ki, həm Moskva, həm də Kiyev Vaşinqtonun şərtləri əsasında atəşkəs sazişini imzalasınlar. Əgər Moskva Ağ Evin yeni rəhbərinin şərtlərini qəbul etməsə, Ukraynaya əvvəlkindən daha çox maliyyə-hərbi dəstək göstəriləcək və Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək - Kreml isə bunu qətiyyən istəmir. Yaxud əgər Ukrayna Trampın şərtlərinə etiraz edərsə, belə olan halda Kiyev Rusiya ilə meydanda yalnız buraxılacalaq. Bu baxımdan hər iki münaqişə tərəfin ABŞ-ın vasitəçiliyi ilə danışıqların keçirilməsində maraqlı olacağına şübhə yoxdur.
Təbii ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması qeyri-mümkündür, çünki nə Kiyev öz ərazilərini Rusiyaya güzəştə gedəcək, nə də Moskva öz nəzarəti altında olan ərazilərdən imtina edəcək - hər iki tərəf arasında münaqişə dondurulacaq, doğrusunu desək, regionda yeni status-kvo yaranacaq. Bu isə daha çox ABŞ-ın maraqlarına xidmət edəcək. Belə bir vəziyyətin yaranacağı təqdirdə Vaşinqton iki əsas məqsədinə nail olacaq. Birincisi, Vaşinqton Ukraynaya daha maliyyə yardımı göstərməyəcək, əksinə əvvəlki yardımları əsas gətirməklə bu ölkədə iqtisadi təsir imkanlarını artıracaq. İkincisi, Rusiyanın yenidən güclənməsinə və dirçəlməsinə imkan verməyəcək, yəni vaxtaşırı münaqişəni alovlandırmaqla Moskvanın hərbi-siyasi və iqtisadi imkanlarını tükəndirəcək. Eyni zamanda Aİ ilə Rusiya arasında bufer zona formalaşdırmaqla aktiv iqtisadi əlaqələrə mane olacaq.
Məhz bu amilllər Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin daim davam etməsində maraqlı olduğunu sübut edir. Bununla yanaşı, bu taktika Vaşinqtona Ukraynanın təhlükəsizliyinə təminat fonunda Qara dəniz regionunda öz hərbi mövqeyini möhkəmləndirmək, geostrateji və geosiyasi təsir imkanlarını artırmaq imkanı qazandıra bilər.
Aİ üzərində təzyiq mexanizmi
Ekspertlər, həmçinin vurğulayırlar ki, Tramp administrasiyasına Ukraynada münaqişəni dondurmaq, həmçinin Avropa İttifaqı üzərində təzyiq mexanizmlərini gücləndirmək üçün lazımdır - regionda yeni status-kvo Aİ-nin ABŞ-dan asılılığını artıra bilər. Bildiyimiz kimi, ABŞ ilə Aİ arasında bir çox siyasi və iqtisadi məsələlərdə ciddi fikir ayrılıqları müşahidə edilməkdədir. Trampın Qrenlandiya və NATO-nun müdafiə xərcləri ilə bağlı bəyanatları, o cümlədən Avropdan idxal olunan mal və məhsullara yüksək həcmli tariflər tətbiq etməsi Aİ-nin rəsmiləri tərəfindən ciddi etirazla qarşılanıb.
Aİ-nin müəyyən mənbələrdən “Financial Times”-a verilən məlumatlara görə, ABŞ Avropa mallarına rüsumlar tətbiq edərsə, Aİ da ABŞ-ın ən böyük İT şirkətlərinə qarşı cavab tədbirləri görə bilər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen fevralın 5-də mətbuat konfransında bildirib ki, Aİ Avropa mallarının ABŞ-a idxalına rüsumların mümkün tətbiqinə hazırlaşıb, praqmatik siyasət aparacaq və lazım gələrsə danışıqlar aparacaq. Bu arada Fransa prezidenti Emmanuel Makron ABŞ-ı Avropa İttifaqı (Aİ) ölkələrinə qarşı ticarət müharibəsi başlatmamağa çağırıb.
Trampın öz ambisiyalarına nail olmaq üçün daha sərt addımlar atacağı qənaətində olan ekspertlər qeyd edirlər ki, status-kvo taktikası bəzi hədəflərlə yanaşı, Aİ-nin üzv ölkələrini ABŞ-ın strateji-siyasi, iqtisadi-enerji və regional məsələlərdə maraqlarına boyun əydirməyə də hesablanıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31

