Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni Azərbaycan Partiyası növbəti qələbə əzmindədir

Yeni Azərbaycan Partiyası növbəti qələbə əzmindədir

06.01.2025 [14:49]

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Qırmızı Qəsəbə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, yerli özünüidarəetmə orqanlarında təmsil olunan YAP üzvləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər: “Bununla bərabər, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr durur. Xalqın iradəsi əsasında yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.”.

Görüşdə namizədlər Yafo Yedadayeva və Yavuşva Simanduyev ümumxalq partiyası olan YAP-ın  növbəti qələbə əzmində olduğunu vurğulayıblar.

Paylaş:
Baxılıb: 370 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30