Ecazkar Şuşa yeni həyata qədəm qoydu
14.05.2024 [11:31]
Şuşanın işğaldan azad edilməsi təkcə strateji və hərbi baxımdan deyil, mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır. Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, ecazkar mədəniyyətimizin parlaq rəmzidir.
Mayın 10-da bu gözəl şəhərimiz daha bir tarixi gün yaşadı. 32 ildən sonra doğma sakinlərini qoynuna alan Şuşa iki bayramı qeyd edirdi. Həm Ulu öndərimiz Heydər Əliyevin 101-doğum günü, həm də Şuşa sakinlərinin öz doğma ocaqlarına qayıdışı əsil bayram ovqatı yaratmışdı. Bu gözəl gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edir, şuşalıların bayram sevincinə şərik olaraq onlara yeni evlərinin açarlarını təqdim edirdilər. İnsanların gözlərindəki sevinc hissləri dolub daşırdı.
Ölkəmizin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev sakinləri təbrik edərək geniş nitq söylədi. Öz nitqini təbriklərlə başlayan cənab İlham Əliyev qeyd etdi ki, “Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.”
Bu inamın, bu mübarizənin hədər getmədiyini, 44 günlük müharibədə qazanılan qələbənin tarixi bir Zəfər olduğunu qeyd edən ölkə başçısı qeyd etdi ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.
Bu gün isə Şuşanın yeni tarixinin başladığını bildirən cənab İlham Əliyev hələ 8 noyabrda Şuşanı dirçəltmək planının mövcud olduğunu qeyd edərək bildirdi ki, “ Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu.” “Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.”
Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin geniş vüsət almasından qürur hissi ilə danışan ölkə başçısı bütün gücün bu istiqamətə yönəldildiyini və əsas məqsədin bu torpaqların yenidən öz qaynar həyatına qovuşması olduğunu bildirdi.
Təəssüf ki hələ də qələbəmizi həzm edə bilməyən qüvvələrin olduğunu bildirən ölkə başçısı bildirdi ki, “Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.”
Bəli. Ölkəmizin rəhbərinin qəti mövqeyi, Azərbaycan xalqının əzmi, iradəsi sarsılmazdır. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi xalqla dövlətin birliyinin təcəssümü olan Zəfərimiz bundan sonra da öz mahiyyətini qoruyacaq, bu torpaqların əsil sahibi olan xalqımız öz tarixi torpaqlarında yeni qələbə dastanları yazacaqdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

