Çoxşaxəli və praqmatik siyasəti
10.05.2024 [20:21]
Prezident İlham Əliyevin çoxşaxəli və praqmatik siyasəti sayəsində Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında diplomatik münasibətlər iqtisadi, hərbi, mədəni və humanitar sahədə əməkdaşlığımız gündən günə güclənməkdədir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqilliyini möhkəmləndirmiş Azərbaycanın müstəqilliyini ilk illərdə tanıyan Respublikalardan biri də Slovakiya Respublikası olmuşdur. Slovakiya Respublikası ölkəmizi müstəqil respublika kimi tanıdıqdan sonra iki dövlət arasında qısa zaman çərçivəsində ciddi diplomatik münasibətlər qurulmuşdur. Bu diplomatik münasibətlərin genişlənməsi sahəsində cənab Prezident İlham Əliyevin 18 mart 2004-cü il tarixdə Slovakiya Respublikasına işgüzar səfəri əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Səfər çərçivəsində ikitərəfli hərbi, mədəniyyət, diplomatik və humanitar sahələrdə mühüm sənədlər imzalanmışdır. Cənab Prezident İlham Əliyevin Slovakiya Respublikasına işgüzar səfərindən sonra 13 dekabr 2005-ci il tarixdən Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İkitərəfli əlaqələrin genişlənməsi çərçivəsində 01 oktyabr 2019-cu il tarixdə Slovakiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Səfirliyin ölkəmizdə fəaliyyətinin nəticəsində bu gün ölkəmizdə Slovakiya şirkətləri yol tikintisi və müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.
Son zamanlar Azərbaycanda qaz hasilatının artması, yeni yataqların kəşf edilməsi və istismara verilməsi xarici investorların maraqlarını ölkəmizə daha da artırmışdır.Məhz Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinin qarşılıqlı şəkildə tam icra olunması Avropa ölkələrinin etibarlı tərəfdaş kimi ölkəmizə maraqlarını artırmışdır.Slovakiya Respublikası da istər diplomatik sahədə, istərsə də ticari tərəfdaşlıqda Azərbaycanı etibarlı tərəf kimi qəbul etməkdədir. 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komanın və qalib odumuzun sayəsində işğaldan azad olunmuş ərazilərimizdə bu gün yenidənqurma işləri sürətlə aparılmaqdadır. Bu yenidənqurma işlərinin aparılmasındaəksər ölkələrin şirkətləri yaxından iştirak edirlər. Məhz Slovakiya Respublikasının şirkətləri də həm Qarabağda, həm də ölkəmizin digər ərazilərində enerji, kənd təsərrüfatı, elektrik stansiyalarının tikintisi, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdırlar.
2023-cü il iyulun 28-də Slovakiya Respublikasında Azərbaycan Respublikasının Səfirliyi təsis edilmişdir. Səfirliyimizin təsis edilməsindən qısa zaman keçməsinə baxmayaraq ölkələrimiz arasında əlaqələrin güclənməsində Səfirliyimizin böyük rolu olmuşdur. Cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri baş tutmuşdur. Robert Fitsonla görüş zamanı Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Slovakiya Respublikaları arasındakı qarşılıqlı əlaqələrin perspektivliyinə toxunaraq qeyd etmişdir ki, “Biz indi təkbətək görüşdə bir çox önəmli məsələləri müzakirə etdik. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi apardıq və biz bir fikirdə həmrəyik ki, bu əlaqələrin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir. Mən hesab edirəm ki, Sizin səfəriniz əlaqələrimizin yeni səhifəsini açacaq. Çünki bu gün müzakirə edilən məsələlərin əhatə dairəsi o qədər genişdir ki, bu məsələlərin həlli bizim münasibətlərimizi çox yüksək səviyyəyə qaldıracaqdır. Eyni zamanda, bu gün bundan bir qədər sonra biz Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayacağıq. Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir. İndi biz nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, əldə ediləcək razılaşmalar vaxtlı-vaxtında icra olunacaq və beləliklə, bizim əməkdaşlığımız daha sürətlə inkişaf edəcək”. Görüş zamanı Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi imzalanmışdır.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

