Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib
08.05.2024 [11:11]
07 may 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dayanıqlı Yaşamın Gələcəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ötən il Prezidentin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Seymur Orucov ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətinə diqqəti çəkib.
Daha sonra çıxış edən natiqlər - YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Tatlı kənd tam orta məktəbinin direktoru Fəridə Həsənova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş üzrə sektor müdiri Aliq Bağırov, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Lalə Yusifzadə, 2 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin əməkdaşı Elşən Orucov Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional, qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən söz açıblar. Həminçin natiqlər Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioriteti, bu prioritetlərdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” üzrə mühüm vəzifələr, işğaldan azad edilmiş ərazilərdə, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması və bu istiqamətdə görülən işlərdən danışıblar.
Sonda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar hazırlanmış film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

