Bir şəkil Şuşa sevgisini qəlbimə yazdı
08.05.2024 [09:45]
Şuşaya getmişdim. Möhtərəm, abadlaşan şəhəri seyr etdim. Gövhər Ağa məscidini, Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini ziyarət edib, Cıdır düzünə, İsa bulağına getdim, bulağın suyu ömrümdə içdiyim ən ləzzətli su idi. Qala divarlarının önündə oldum... Qürurlu idim ki, Şuşaya qayıtmışıq, özü də bu şəhərin başından ötən yellər, taleyinin ən müxtəlif səviyyələrdə müzakirə edilməsi, bizdən alınması, qoparılması üçün qurulan tələlər, dövlət başçımızın bütün masalarda milli iradəni müdafiə etməsi, demək olar ki, bütün düşmən dövlətlərin liderlərini qarşısına alıb, onlara həddini bildirməsi, ordumuzun qəhrəmanlıq dastanları yazması xatirimdə canlandı. Digər tərəfdən isə şəhərdə dağıdılmış qədim binaların uçulmuş divarlarını, dağıdılmış ev-eşiklərin baxımsız həyət-bacasının yaratdığı mənzərə çox ağrılı idi. Düşünürdüm ki, bir zamanlar bu məhəllələrdə həyat qaynayıb-qarışıb, şənlik, musiqi sədaları ucalıb, uşaqlar dəcəllik edib, onları mehribanlıqla evə səsləyən böyüklər həyata tumar verib. Qazanlar qaynayıb, süfrələr açılıb, qonum-qonşular görüşüb, gözəl həyat yaşayıblar.
Özümü nağıllar aləmində hiss edirdim. Qarışıq hisslər, ağır düşüncələr, fikrimə hakim kəsilmişdi. Olub bitənlər, ömrümüzdən keçənlərin acılı-şirinli xatirələri yaddaşımı dilləndirirdi. Axı, ürəyimdə yuva salmış arzuma çatmaq üçün qırx ildən artıq gözləmişdim. Niyə qırx illik?! Qələmə alım, kimə maraqlı olsa oxusun. Əslində bu yazı mənim özümlə söhbətimdir, yəni qəlbimin səsi, ünüdür...
***
1982-ci ilin şaxtalı qış günü idi. Abunə olduğumuz qəzet, jurnalları poçt qutusundan götürüb, tez evə gəldim. O vaxtı 11 yaşım vardı. Atam oxuyan mərkəzi qəzetlərin ancaq şəkillərinə baxırdım. Şuşada böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimi haqqında dərc olunan yazının şəkillərinə baxanda ürəyim dağa dönmüşdü. O vaxt respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevi məğrur, əzəmətli görməyimə, dərsliklərdən tanıdığım Mirzə İbrahimov, Süleyman Rüstəm, Niyazi kimi nəhəngləri tanımağıma sevindim. Yağan quşbaşı qar şəkilə ağ xallar salsa da, simalarda ruh yüksəkliyi sezilirdi. Fikrimdən keçdi ki, bu qədər mötəbər şəxslərin toplaşdığı şəhər də zəngin tarixə malik, səfalı yerdir, mötəbər bir məkandır. Şəkilə baxa-baxa mənim də ürəyimdən Şuşaya getmək, Şuşanı görmək arzusu keçmişdi.
Mən böyüdükcə arzum da ürəyimdə böyüyürdü. Sonradan dahi Üzeyir bəyin yaradıcılığından bəhs edən və ən sevdiyim ekran işlərindən olan “Uzun ömrün akkordları” filminin Şuşada çəkilmiş səhnələrindən gördüyüm şəhərin əsrarəngiz gözəlliyi, ədəbi-mədəni, musiqili mühiti bu istəyimi daha da gücləndirmişdi.
***
Tələbəlik illərimin əvvəlində ölkəni aramsız etiraz dalğaları, nümayişlər bürümüşdü. O vaxtkı rəhbərlər Azərbaycanın üzləşdiyi problemləri həll etmək, qətiyyətli tədbirlər görmək əvəzinə Kremldən gələcək direktivləri gözləyir, bu səbəbdən də xalqın etimadını doğrulda bilməmələri səbəbindən qısa müddətdən sonra əvəz olunurdular. Bu arada “meydan bəyləri”nin iştahası daha da artır, xalqın eyforik hisslərindən, hakimiyyətə inamsızlığından istifadə edib, ağlasığmaz vədlər verərək hakimiyyətə can atırdılar. Xalqın inamından sui-istifadə edən AXC-Müsavat cütlüyü artıq vəzifələri bölmək üçün piketlərə başlamışdılar. Qarabağda, Ermənistanla həmsərhəd bölgələrdə isə vəziyyət gündən-günə ağırlaşırdı. Düşmən ağır silahlara malik olsa da, hələ Milli Ordu yaranmadığı dövrdə düşmən qarşısında köməksiz qalan sakinlərin müdafiəsi tapanca ilə silahlanmış polisin öhdəsində idi.
Sərhədyanı bölgələrimizdən gələn atəş səsləri 1990-cı ilin 20 Yanvar hadisələri zamanı paytaxtda və Ermənistanla həmsərhəd bölgələrdən xeyli uzaq şəhərlərdə çoxsaylı insan itkisi ilə nəticələnən faciələrə səbəb oldu. Tam xaos və anarxiya davam edirdi. Artıq paytaxt küçələrində zirehli texnikaların yürüşü, avtomat atəşləri adi hal almışdı. Mübarizə tək siyasi müstəvidə deyildi, asayiş pozulmuş, kriminal durum nəzarətdən çıxmışdı. Bakıdakı silahlı mübarizənin nəticəsi olaraq Xocalı düşmən işğalına məruz qaldı. Yüzlərlə dinc əhalinin soyqırmına məruz qalması çox dəhşətli idi. Güman etmək olardı ki, təcili şəkildə iqtidarlı, müxalifətli qabaq-qənşər oturub, böhrandan çıxmaq, daha böyük faciələrin qarşısını almaq üçün tədbir görəcəklər. Amma təəssüf ki, cəmiyyətdəki uçurum daha da dərinləşdi. Bəlkə də mərhum general-leytenant Valeh Bərşadlının yeni yaranan Müdafiə Nazirliyinə rəhbər təyin edilməsi A.Mütəllibovun gecikmiş də olsa tək-tük doğru qərarlarından biri idi. Amma cəbhəçiləri ölkənin, xalqın müqəddəratı yox, şəxsi mənfəətləri düşündürürdü. Bir-birini əvəz edən piketlər, cəbhədəki vəziyyətin nəzarətdən çıxması üçün göstərilən çabalarla axır ki heç bir hərbi təhsili olmayan, adi əsgəri xidmətdə belə olmamış şəxs nazir vəzifəsini ələ keçirdi. Elə digər vəzifələr də məsləhət-məşvərət yolu ilə dövlət orqanlarında deyil, küçə və meydanlarda-mitinq, piketlərdə “pay-pürüş” edilirdi. Cəmi iki ay sonra alınmaz qala bildiyim Şuşanın, on gün sonra Laçının işğal xəbəri eşidənləri ildırım kimi vurdu. Başıpozuqluğun pik həddə çatdığı 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyəti silahlı üsyan yolu ilə ələ keçirdi. Hakimiyyəti ələ keçirən söyüş, piket müxalifətinin dövlət idarəetməsində, siyasətdə, diplomatiyada, ordu quruculuğunda heç bir təcrübəsi yox idi. Ölkədə idarəolunmaz vəziyyət yaranmışdı. Silahlı Qüvvələrdə canlı qüvvəyə ehtiyac olacağı düşüncəsi ilə belə vəziyyətdə xalqımıza faydalı olmaq üçün könüllü orduya yazıldım.
***
Ağdamın Şelli və Xramord kəndləri istiqamətindəki postlara gedirdik. Qarşımıza çıxan lövhəni görcək doluxsundum. Şuşaya olan yolu, məsafəni göstərirdi. Artıq 7 ay idi ki, Şuşa işğal olunmuşdu. “UAZ”ın qabaq oturacağındakı briqada komandirinin sürücüyə dediyi : “- Sür düz Şuşaya!” sözlərinin də ağrıqarışıq bir istehza olduğunu sezmək çətin deyildi.
Hamı elə bil nəyi isə gözləyirdi. Çünki hamı iqtidara gələnlərin səriştəsizliyinin, yaranmış vəziyyətin qiymətləndirilməsi, nəticə çıxarılması bir tərəfə, gərginliyi anlamamasının fərqində idi.
Fərariliyin, cəbhədəki uğursuzluqların, baş qaldıran separatizm meyllərinin artması əhalidə hakimiyyətə olan inamı tamamilə itirmişdi. 1993-cü il aprelin əvvəlində Kəlbəcərin işğalı hərbi-siyasi süqutun başlanğıcı idi. Qısa zaman ərzində vətəndaş qarşıdurması yarandı. Gəncədə qardaş qanının tökülməsi xalqın səbrini daşıran son damla oldu. Müdrik xalq o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əlivevi öz xilaskarı kimi ali hakimiyyətə dəvət etdi. Qısa vaxtda dövlətə bir nizam gətirildi, qardaş qırğınının qarşısı alındı, dövlətçiliyin təməl prinsipləri, strateji hədəfləri müəyyən olundu, xalqda nikbinlik, gələcəyə inam yarandı, xüsusən Ordu quruculuğunda ciddi islahatlara başlanıldı. Qısa vaxtda fərariliyə son qoyuldu, cəmi 6 ay sonra əks-hücuma keçən qoşunlarımız Horadiz qəsəbəsi və ətraf yaşayış məskənlərini düşməndən azad etdi, xaricdən böyük hərbi yardımlar almış düşmənin digər istiqamətlərdə hücumunun qarşısı alındı. Dövlətçiliyin təməl prinsipləri müəyyən edildi, vətəndaş həmrəyliyi, milli birlik ideyalarının gerçəkləşməsi üçün qətiyyətli addımlar atıldı. Ulu Öndərin çıxışlarının birində “Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq” sözləri and kimi səsləndi. Çünki böyük xilaskar o günə qədər verdiyi bütün sözləri, vədlərini yerinə yetirmiş, həmişə xalqın yanında olmuşdu. Və beləcə hamıda işğalda olan torpaqlarımıza qayıdacağımıza inam yarandı. Çünki yerinə, mövqeyinə görə Şuşaya qayıtmaq, bütün işğalda olan torpaqlarımızın azad ediləcəyinin ifadəsi idi.
***
Və o gün yetişdi. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz düşmən həmlələrinin qarşısını alaraq “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı düşmənin qat-qat sədlər qurduğu mövqeləri darmadağın edib, yaşayış məntəqələrini azad etdilər. Cəmi 44 gün davam edən Vətən müharibəsi Şuşanın azad edilməsi ilə başa çatdı. O günü, bu böyük bayramı xalq böyük coşqu ilə qarşıladı. Bu Ulu Öndərin vədinin, vəsiyyətinin yerinə yetirilməsi, xalq-iqtidar birliyinin təntənəsi, xalqın ali rəhbərliyə inam və etimadının ali ifadəsi idi. Zirvələrdə qərar tutmuş alınmaz qala hesab olunan Şuşanı hərbçilərimizin sərt qayaları yüngül silahlarla dırmanaraq ölüm-dirim savaşı ilə azad etməsi düşməni lərzəyə salmışdı. Bir tərəfdən ölkə rəhbərinin milli maraqlar naminə sarsılmaz iradəsi, fədakar siyasəti, digər tərəfdən Ordunun istənilən tapşırıqları yerinə yetirə bilməsinin real göstəriciləri düşməni az qala bir neçə briqada, beynəlxalq terror şəbəkəsinin aktiv kəsiminin dəstəyi ilə işğal etdikləri Laçın, Kəlbəcər kimi böyük rayonları döyüşsüz təslim etməyə məcbur qoydu. Bunlar tezliklə separatizmin kökünün kəsiləcəyinin anonsu idi. 30 ildən çox müddətdə dünyanın ən çox silahlandırılmış, mina və partlayıcı vasitələrlə çirkləndirilmiş zonasına çevrilmiş ərazidə minatəmizləmə tədbirləri il? paralel, təmir-tikinti işlərinə, meqalayihələrin icrasına, təsərrüfat işlərinin canlanmasına start verildi.
***
Mediadan möhtərəm dövlət başçımızın tez-tez işğaldan azad edilmiş ərazilərə səfər etməsini, müxtəlif tədbirlərdə, açılışlarda iştirak etməsini, quruculuq işlərinə rəhbərlik etməsini diqqətlə izləyirik. Dəfələrlə cənab Prezidentin əlində fotoalbomlarla, xəritələrlə Şuşanın küçələrini gəzib, hər binanın, hər tikilinin qayğısına qalmasının şahidi olmuşuq. Şuşanın işğalı zamanı ermənilərin gülləbaran etdikləri bu şəhərdə doğulmuş məşhur simaların heykəlləri Ulu Öndərimizin xüsusi diqqət və qayğısı ilə Bakıya gətirilib, İncəsənət Muzeyinin həyətində saxlanırdı. O heykəlləri Şuşada görəndə sevincimdən kövrəlmişdim. Əmin oldum ki, sayıqlığı əldən vermək olmaz, bu tək dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bu Vətən bizə əmanətdir, onu gələcək nəsillərə daha güclü, daha əzəmətli miras qoymaq hər birimizdən sədaqət, qeyrət tələb edir.
İlham Babayev
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18

