Tramp ABŞ-ı NATO-dan çıxaracaq?
30.03.2024 [11:30]
N.BAYRAMLI
ABŞ prezidentliyi uğrunda mübarizə rəqiblər arasında qarşılıqlı ittihamları daha da gücləndirib. İndiki və keçmiş prezidentlər növbəti seçkilərdə dövlət başçısı postuna iddialıdırlar. Hazırkı Prezident Co Baydenin komandası keçmiş dövlət başçısı Donald Trampı diktator kimi cəmiyyətə təqdim etməyə çalışır. İddia olunur ki, Tramp prezident seçilərsə, ABŞ-da demokratiya tənəzzülə uğrayacaq, diktatura başlayacaq, miqrantlar ölkədən qovulacaq və s.
Onu da qeyd edək ki, Bayden hakimiyyəti dövründə keçmiş prezident Tramp bir neçə dəfə müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Amma bütün bunlar Trampın Baydenə qarşı sərt mövqeyinə təsir etməyib. Respublikaçı keçmiş prezident çıxışlarında Baydenin siyasətini kəskin tənqid edib, onun ABŞ-ı dağılmaq təhlükəsi ilə üz-üzə qoyduğunu vurğulayıb. Tərəflər arasında əsas ziddiyyətlərdən biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə Baydenin rəhbərliyi dövründə başlayıb və ABŞ bu müharibədə Ukraynaya ciddi dəstək verir. Tramp isə bu müharibənin başlamasına görə Baydeni ittiham edərək prezident seçiləcəyi təqdirdə ən qısa zamanda savaşı dayandıracağını söyləyib.
Bolton: Tramp yenidən prezident seçilərsə, ölkənin NATO-dan çıxmasını gündəmə gətirəcək
Rəqiblərinin daha bir iddiası ondan ibarətdir ki, D.Tramp prezident seçilərsə ABŞ NATO-dan çıxa bilər. Bugünlərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “Le Figaro” qəzetinə müsahibəsində deyib ki, Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxması məsələsini gündəmə gətirəcək. Bolton, belə olan halda ABŞ-ın NATO-dan çıxmasına nail olacağı ehtimalının yüksək olduğunu qeyd edib. Xatırladaq ki, Bolton hələ 2020-ci il seçkiləri ərəfəsində də Trampın prezident seçiləcəyi təqdirdə NATO-nun dağılma ehtimalı olduğunu söyləmişdi. Bu dəfə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da anoloji mövqe ortaya qoyub. Ötən ay Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı xanım Klinton xəbərdarlıq edib ki, keçmiş prezident Donald Tramp Ağ Evdə ikinci müddətə seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq: “2016-cı ildə insanlar onu ciddi qəbul etmədilər. İndi o, bizə nə edəcəyini söyləyir. İmkan verilsə, avtoritar lider olmaq üçün əlindən gələni edəcək. Tramp bizi NATO-dan çıxaracaq”.
Tramp bu mövqeyini hələ prezident olarkən açıqlayıb
Bəs bu iddialar hardan qaynaqlanır? ABŞ-da siyasətçilər niyə belə düşünürlər? Bunun əsas səbəbkarı elə Trampın özüdür. Belə ki, Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə müdafiə xərcləri hədəflərinə çata bilməyən NATO üzvlərini müdafiə etməyəcəyi barədə fikrini bir neçə dəfə təkrarlayıb. Tramp hesab edir ki, NATO üzvü olan ölkələr alyansa haqlarını ödəməlidirlər. Bundan əvvəl D.Tramp ABŞ-ın NATO-ya başqa üzv ölkələrdən xeyli çox vəsait xərclədiyini və bunun “ədalətsizlik” olduğunu dilə gətirmişdi.
Hələ prezidentliyi dövründə də Tramp belə bir fikrə düşübmüş. ABŞ Prezidenti Donald Tramp NATO üzvlüyünü tərk etmək fikrinə düşübmüş. 2019-cu ilin yanvarında “The New York Times” qəzeti Ağ Evdəki mənbələrinə istinadən yazmışdı ki, 2018-ci ildə dövlət başçısı Tramp şəxsi söhbətlər zamanı bir neçə dəfə belə bir istəyinin olduğunu bildirib. Hərçənd mənbələr hərbi büdcəyə dair avropalı müttəfiqləri ilə fikir ayrılığı üzündən D.Trampın həqiqətən də belə bir addım atacağından çəkindiklərini dilə gətiriblər. Məsələn, 2018-ci ilin yayında keçirilən NATO zirvə görüşü zamanı ABŞ prezidenti Tramp milli təhlükəsizlik ekspertlərinə bu təşkilatı mənasız hesab etdiyini açıq bildirərək, NATO üzvlüyündən çıxmağı təklif edib. Aralarında o vaxtkı müdafiə naziri Ceyms Mattis və milli təhlükəsizlik müşaviri Con Boltonun da olduğu həmin rəsmi şəxslər isə dövlət başçısının belə fikirlərinə baxmayaraq, əvvəlki hərbi strategiya xəttini davam etdirməyə çalışıblar.
Prezidentliyi dövründə D.Tramp hətta NATO-nun adının dəyişdirilməsi təklifi ilə də çıxış etmişdi. O, bunu 2020-ci ilin yanvarında NATO-nun Baş katibi Yens Stoltenberqə telefon danışığında təklif edib. Ağ Evin o vaxtkı rəhbəri bildirib ki, NATO Yaxın Şərqdə qoşunlarını yerləşdirməlidir. Əks halda bu yük ABŞ-ın üzərində qalıb. Buna görə də, Tramp hərbi alyansın adının NATOME-yə (NATO və Yaxın Şərq (Middle East)) dəyişdirilməsini təklif edib. Xarici medianın yazdığına görə, ABŞ prezidentinin bu təklifi isə Yens Stoltenberqi həyəcanlandırıb.
O, haqlıdırmı?
Göründüyü kimi, C.Boltonun “Tramp yenidən dövlət başçısı seçilərsə, ABŞ NATO-dan çıxa bilər” fikri məhz real təcrübədən qaynaqlanır. Tramp isə dəfələrlə bəyan edib ki, müttəfiqlər maliyyə öhdəliklərini yerinə yetirməsə, Rusiya üzv ölkələrə hücum edərsə, ABŞ onları dəstəkləməyəcək. O, həmçinin hesab edir ki, digər NATO ölkələri Vaşinqtonun Kiyevlə bağlı xərclərinə uyğunlaşmaq üçün Ukraynaya yardım payını artırmalıdır: “Biz Ukraynaya digər NATO ölkələrinin yardımı ilə müqayisədə 100 milyard dollardan artıq həcmdə yardım edirik. NATO Ukrayna ilə bağlı xərclərini azaltmalıdır və onlar ittifaqa üzv dövlətlərdən bunu münasib bir şəkildə xahiş etsələr, güman ki, təşkilatda olan ölkələr bunu edəcəklər”.
Müttəfiq koalisiyaların gücləndirilməsini xarici siyasətinin əsas prinsipinə çevirən prezident Co Bayden isə sələfinin yanaşmasını tənqid edib. Trampın məlum çağırışları müttəfiqlər arasında da narahatlığa səbəb olub. Bu baxımdan, NATO-nun baş katibi Yens Stoltenberqin fikirləri maraqlıdır: “Mən gözləyirəm ki, 18 müttəfiq ölkə bu il ÜDM-nin 2 faizini müdafiəyə xərcləyəcək. Bu, yalnız üç müttəfiqin hədəfə çatdığı 2014-cü illə müqayisədə daha bir rekord göstəricidir və altı dəfə artımdır”. Trampın seçki kampaniyasının baş müşaviri Ceyson Miller isə bildirib ki, Tramp “müttəfiqlərimizdən ödəniş tələb edərək, NATO-ya xərclərini artırmalarına nail olub.
Hərçənd, NATO rüsumlara əsaslanan ittifaq deyil, o, tarixin ən böyük hərbi blokudur və keçmiş SSRİ-yə qarşı alternativ alyans kimi yaradılmışdı. Şimali Atlantika Müqaviləsi Təşkilatı rəsmi olaraq sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır. Təşkilat “Vaşinqton” Müqaviləsi əsasında 4 aprel 1949-cu ildə qurulub və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70 faizindən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2 faizini təşkil etməlidir.
ABŞ olmadan Avropanın təhlükəsizliyi mümkündürmü?
Alyansın Nizamnaməsinin 5-ci bəndində təsbit edilmiş prinsipə əsasən, bir üzvə hücum hamıya hücumdur və kollektiv müdafiə ilə ona cavab verilməlidir. Amma 5-ci bənd indiyə kimi yalnız bir dəfə - ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra tətbiq olunub. Nəzərə alsaq ki, NATO-nun yaradılması ABŞ-ın çətiri altında baş tutub, o zaman bu ölkənin təşkilatı tərk etməsi o qədər də real görünmür. Lakin təşkilat daxilində gərginliyin, fikir ayrılığının artması istisna deyil. Tramp məlum bəyanatları ilə müttəfiqlərin maliyyə öhdəliklərinə əməl etməsinə çalışır ki, burada məqsəd ABŞ-ın yükünü azaltmaqdır. Bu da o mənaya gəlir ki, Tramp prezident seçiləcəyi təqdirdə NATO sistemindəki vakuum ABŞ-ın öndərliyi ilə doldurulacaq və Vaşinqton öz ağır nəfəsini Avropa üzərində daha çox hiss etdirəcək. Çünki Avropa da yaxşı anlayır ki, ABŞ-ın iştirakı olmasa, qitənin təhlükəsizlik təminatına ciddi təhdidlər yarana bilər. Ona görə də, D.Tramp dövlət başçısı seçilərsə, müttəfiqlər öz maliyyə öhdəliklərini tam yerinə yetirməyə çalışacaqlar. Beləliklə, Tramp NATO-nu dağıtmaqdan çox, onu “formatlamaq” yolunu tutmağa çalışır. Bu amil alyans üzərində ABŞ-ın hegemonluğunu daha da artıracaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

