Roma Statutuna alternativ sənəd?
04.11.2023 [11:41]
Rusiya Ermənistanın təklif etdiyi sazişi imzalamaqdan imtina edib
Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsində rəsmi İrəvanın Roma Statutunu ratifikasiya etməsi əsas səbəblərdən biridir. Məlumdur ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Oktyabrın 3-də isə Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Müxalifətin boykot etdiyi parlament iclasında hakim partiya nümayəndələri 60 səslə qəbul etdiyi bu sənədin Rusiyaya qarşı yönəlmədiyini iddia edirlər. Amma məlumdur ki, Ermənistan Roma Statutuna qoşulduqda Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlar bu ölkə tərəfindən də icra olunmalıdır. Hələ İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirmişdi. Çünki Rusiya Prezidenti V.Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.
“Tamamilə qeyri-dost addım”...
Sənədin ratifikasiyasından sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bunu “tamamilə qeyri-dost addım” hesab etdiklərini açıqlamışdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsinə münasibət bildirərkən deyib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər baxımından yanlış addımdır: “Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyinə sualları var. Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun”.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (Roma Əsasnaməsi) 15 iyun 1998-ci il və 17 iyul 1998-ci il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Sənədi 139 dövlət imzalasa da, 124 dövlət ratifikasiya etmişdi. Ermənistanla isə onların sayı 125-ə çatdı. Rusiya Roma Statutunu imzalasa da, parlamentdə təsdiqləməyib. Ardınca, 2016-cı ilin noyabrında prezident Putin Rusiyanın Roma Statutunda iştirakdan imtinası ilə bağlı sərəncam imzalayıb.
İrəvanın cəhdləri...
Sənəd hələ müzakirə mərhələsində olanda Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutu ilə bağlı ikitərəfli saziş imzalamağı belə təklif etmişdi. Belə ki, Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan parlament komissiyasının iclasında, müvafiq qanun layihəsinin müzakirəsi zamanı bildirmişdi ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyəti ilə bağlı uzun aylar ərzində Rusiya tərəfi ilə danışıqlar aparılıb: “Ermənistanın təkflifinə əsasən, statutla bağlı tərəflər bir-birlərinə ən narahatedici məsələlər üzrə zəmanət verməyi öhdələrinə götürürlər”.
Qeyd edək ki, bu məsələ bir neçə gün öncə yenidən gündəmə gəlib. Rəsmi İrəvan Roma Statutunun ratifikasiyası prosesi ilə bağlı Rusiya tərəfindən təkliflər aldığını bildirib. XİN-nin məlumatına görə, İrəvan təkliflərə cavab verib. Lakin Xarici İşlər Nazirliyi bunun hansı təkliflərin olduğuna aydınlıq gətirməyib. Erməni mediasının sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyi yalnız bu cavabı verib: “Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyası prosesi ilə bağlı Rusiya tərəfinin verdiyi təkliflər kontekstində Ermənistan tərəfi belə bir təkliflə çıxış edib. Rusiya Federasiyasının narahatlığını aradan qaldıra biləcək müvafiq ikitərəfli saziş bağlamağı təklif etmişik. Bununla bağlı Rusiya tərəfindən Ermənistan tərəfinə heç bir rəsmi yazılı cavab verilməyib”.
Moskvanın tələbi...
Amma Rusiya Dövlət Duması və Federasiya Şurasında Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundan yan keçmək üçün dövlətlərarası saziş imzalamaq təklifi rədd olunub. Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski bildirib ki, Ermənistan dost olmayan addım ataraq, Roma Statutunu imzalamamışdan əvvəl Rusiya öz təkliflərini vermişdi. Lakin İrəvan bu təkliflə razılaşmayıb. L.Slutskinin sözlərinə görə, indiki vəziyyətdə Ermənistanla saziş imzalamaq çıxış yolu deyil.
Federasiya Şurası beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabbarov da Rusiyanın Ermənistanla saziş imzalamayacağını bildirib. O deyib ki, Rusiya ümumiyyətlə Beynəlxalq Cinayət Məhkəməsini tanımır və bu qurumla bağlı hər hansı sənəd imzalamaq fikrində deyil: “Əgər biz bundan sonra da sülh və mehriban qonşuluq şəraitində yaşamaq, bir-birimizə yardım etmək və qarşılıqlı dəstək olmaq istəyiriksə, erməni həmkarlarımız Roma Statutuna qoşulmaq qərarlarını geri çağırmalıdırlar”.
Erməni ekspertlər etiraf edirlər
Rusiya ilə münasibətlərin pozulmasının Ermənistan üçün mənfi nəticələrini erməni ekspertlər də etiraf edirlər. Məsələn, politoloq Stepan Danelyan deyib ki, İrəvanın addımlarına cavab olaraq Rusiya Ermənistana qarşı daha amansız olacaq. Digər eməni politoloq Arman Hukasyan isə bildirib ki, anti-Rusiya siyasəti məğlubiyyətlərdə və uğursuzluqlarda Rusiyanı günahlandırmaq üçün əla fürsətdir: “Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini pozması bizi çətin vəziyyətə salacaq. Ortada Ukrayna və Moldova nümunəsi var. Mixeil Saakaşvilinin də son vaxtlar xüsusi fəallığı əbəs yerə deyil”. Erməni politoloq hesab edir ki, Fransanın Ermənistana silah satması dekorativ xarakter daşıyır: “İndi ölkəmizdə anti-Rusiya kampaniyası ilə yanaşı, Qərbə doğru getməyimiz barədə tezislər də tirajlanır. Qərbin bizi fəlakətə sürükləməsi gün kimi aydındır. Hakimiyyət isə Qərbyönlü siyasətini davam etdirir. Ermənistan üçün Rusiya iqtisadi baxımdan daha önəmlidir. Rusiyadakı soydaşlarımızdan alınan milyonlarla vəsaitləri, Ermənistana sərfəli qiymətə satılan qazı, investisiyaları unutmamalıyıq. bütün bunların siyahısı Qərbin Rusiyaya alternativ ola bilməyəcəyini göstərir”.
Göründüyü kimi, Ermənistan hakimiyyətinin anti-Rusiya siyasəti, o cümlədən Roma Statutunun ratifikasiya edilməsi rəsmi İrəvan üçün ciddi problemlər yaratmaqdadır. Bu səbəbdən, Paşinyan hökuməti Moskva ilə münasibətləri yumşaltmaq üçün variantlar axtarır. Roma Statutunun əlaqələrə təsir etməməsi üçün hansısa sazişin imzalanması təklifi də bundan qaynaqlanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34

