Rusiyadan Ermənistana xəbərdarlıq
03.11.2023 [11:14]
Moskva Hindistandan aldığı silahları Ermənistana çatdırmaqdan niyə imtina edib?
Ermənistanla Rusiya arasında davam edən ziddiyyətlər dərinləşməkdədir. Mövcud olan gərgin münasibətlərin artıq yeni mərhələsi başlanıb. Buna səbəb Ermənistan hakimiyyətinin Rusiyaya arxa çevirərək Qərbə üz tutmaq istəyindən qaynaqlanır. Bu mövqe rəsmi İrəvana deyəsən baha başa gəlməkdədir.
Tərəflər arasında növbəti problem Hindistandan alınan silahların Ermənistana çatdırılması ilə bağlıdır. Erməni “Telegram” kanalları Respublika Partiyasının sədri Aram Sarqsyana istinadən məlumat yayıb ki, Rusiya Ermənistanın Hindistandan aldığı silahları çatdırmaqdan imtina edib. Həmçinin qeyd olunub ki, Ermənistanın Rusiyadan silah alınması üçün ödəniş etdiyi 400- 600 milyon dollar vəsaitin əvəzində nə silahlar çatdırılıb, nə də pul qaytarılıb.
Son zamanlar baş nazir Nikol Paşinyan və komandasının üzvləri Rusiyanın əleyhinə açıq şəkildə bəyanatlar verirlər. Erməni rəsmiləri İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana dəstək vermədiyini iddia edir, eləcə də rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini kəskin tənqid edirlər. Paşinyan hakimiyyəti “təhlükəsizlik” amilini əsas gətirərək yeni müttəfiq axtarışında olduğunu açıq bildirir. Amma o da məlumdur ki, Rusiya Qərbin Ermənistana gəlməsinə göz yummayacaq. Bunun üçün rəsmi Moskvanın İrəvana kifayət qədər təzyiq rıçaqları var.
Ümumiyyətlə, tarixdən məlumdur ki, ermənilər Cənubi Qafqaza Rusiya tərəfindən kütləvi köçürülüb. Bu köç “Gülüstan” və “Türkmənçay” müqavilələri əsasında reallaşdırılıb. Ermənistan adlı dövlət də məhz Rusiyanın sayəsində yaranıb. Ermənistan hazırda da Rusiyanın bir quberniyası kimi xarakterizə olunur. Çünki hər bir cəhətdən bu ölkədən asılıdır. Xatırladaq ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Hələ 2010-cu ildə İrəvanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə o vaxtkı prezidentlər Dmitri Medvedev və Serj Sarkisyanın görüşündən sonra keçmiş müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar. Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.
Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Yəni Rusiya bununla dünyaya mesaj ünvanlayıb ki, Ermənistan onun Qafqazda forpostudur. Müqavilənin müddətinin uzadılması Rusiya tərəfindən Ermənistana uzunmüddətli nəzarət kimi qiymətləndirilə bilər. Məsələ ondadır ki, hələ bu müqavilənin uzadılmasına qədər Rusiya Ermənistanı sosial-iqtisadi və hərbi-siyasi baxımdan da tam nəzarətə götürmüşdü. İşğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən Ermənistan əlində olan bütün var-yoxunu öz ağasına, yəni Rusiyaya vermək məcburiyyətində qalıb. Məhz bu məcburiyyətin nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.
Bütün bunların fonunda Rusiyanın Hindistandan alınan silahları Ermənistana çatdırmaqdan imtina etməsi də İrəvana təzyiqin göstəricisidir. Moskva göstərir ki, Ruisyadan imtina etmək niyyəti Ermənistana baha başa gələcək.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59

