Fransanın müstəmləkəçilik siyasəti...
07.10.2023 [11:35]
Bakı Təşəbbüs Qrupunun nümayəndəsi tərəfindən BMT müstəvisində pislənilib
Nardar BAYRAMLI
Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun İdarə Heyətinin Fransız Polineziyasından olan üzvü xanım Ella Tokoraqin oktyabrın 4-də BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasında çıxışı zamanı Fransanın müstəmləkəçilik siyasətini qətiyyətlə pisləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayaraq xanım Tokoraqinin çıxışını alqışladığını bəyan edib. Bildirilib ki, E.Tokoraqinin çıxışında Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına minnətdarlığını yüksək qiymətləndirir, bəşəriyyətə qarşı cinayət olan müstəmləkəçiliyə qarşı çıxmağa, Fransa hökumətinin Fransız Polineziyası xalqına qarşı ədalətsizliyinə və bu ölkəyə vurduğu ziyana görə məsuliyyət daşımalı olmasına, kolonializmə və ya neokolonializmə son qoyulmasının beynəlxalq münasibətlərin mərkəzində dayanmalı olmasına dair çağırışlarını dəstəkləyirik.
Qeyd edilən çıxış, habelə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı tədbirin davamı olaraq, Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 2023-cü il sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans çərçivəsində aparılmış müzakirələr neo-kolonialist siyasətə qarşı mübarizənin əhəmiyyətini göstərib. Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Bu gün, Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir.
“Azərbaycan sülhü tərənnüm edən bir ölkə kimi müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə dəstəkləyib, bu istiqamətdə bütün dəstəyini əsirgəməyib, Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi yeni müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə öz prinsipial mövqeyini ortaya qoyub. Ölkəmizin müstəmləkəçiliyə qarşı barışmaz münasibəti bundan sonra da birmənalı olaraq davam edəcək”,-deyə XİN-in məlumatında vurğulanıb.
Xatırladq ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının bu il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər.
Qeyd edilməlidir ki, beynəlxalq platformalarda fəal iştirakı ilə seçilən Azərbaycanın Qoşulmama Hərəkatı müstəvisindəki fəaliyyəti olduqca uğurludur. Ölkəmizin qurumun prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də Azərbaycana böyük etimad və nüfuz qazandırıb.
Bundan əlavə, Bakı Təşəbbüs Qrupu tərəfindən sentyabrın 22-də Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının davam edən ümumi müzakirələri çərçivəsində “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfransın keçirilməsi də QŞ-nın sədri kimi ölkəmizin növbəti uğuru oldu. Tədbirdə neo-müstəmləkəçilik problemi BMT müstəvisinə qaldırılıb və aparılan müzakirələrin sonunda Bəyanat qəbul edilib. Bu konfransın keçirilməsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün yaxşı imkan oldu. Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak ediblər. Tədbirdə müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan etmişdilər. Beləliklə, bu kimi tədbirlər Fransanın müstəmləkəçilik siyasətinin bütün dünyada ifşa olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

