Niger məğlubiyyəti Makronun sonu ola bilər
04.08.2023 [12:00]
Murad Köhnəqala
Vaxtilə Afrika ölkələrini müstəmləkəyə çevirib sümürən Fransa Afrika dövlətləri müstəqilliyə qovuşduqdan sonra da onların yaxasını buraxmadı. Göründüyü kimi, Fransa hələ də Afrikadan çıxmaq istəmir. Lakin tarixin gedişatı dəyişmək üzrədir. Afrika xalqları, məsələn, elə nigerlilər çoxdan anlayıblar ki, “Quran” oxumaqla donuz darıdan çıxmayacaq. Odur ki, Nigerdə Fransaya qarşı etirazlar kütləvi aksiyalara, hətta silahlı müqavimətə çevrilməkdədir.
Dünyaca nüfuzlu “Bloomberg” saytı yazır ki, Fransa prezidenti Emmanuel Makron Afrikada, xüsusilə də müttəfiq hesab etdiyi Nigerdə dalana dirənib. Saytın yazdığına görə, Makron hakimiyyəti Afrikada yürüdəcəyi uzunmüddətli siyasət üçün etibarlı tərəfdaş kimi Nigeri seçmişdi.
Lakin ölkədə baş verən dövlət çevrilişi Fransanın bütün kartlarını qarışdırdı. Parisin “qoca qitədə” demokratiya adına qurduğu strategiyası iflasa uğramaqdadır. Öz problemlərini bir kənara qoyub başqa ölkələrin daxili məsələləri ilə məşğul olmağı sevən Fransa hələ də Afrika ölkələrini inandırmağa çalışır ki, onun qitədəki varlığı afrikalılar üçün çox vacibdir.
Fransanın xarici işlər naziri Katerina Kolonna təxminən üç həftə öncə Nigerin paytaxtı Niameyə səfər etmiş və keçmiş prezident Mohammed Bazumla birgə keçirdiyi konfransda Nigerin Fransanın Afrikadakı əsas tərəfdaşı olduğunu bildirmişdi. Fransalı nazir nigerlilərə bir sıra şirnikləndirici vədlər də verərək, bu ölkəyə yeni maliyyə yardımı ayıracaqlarını bildirmişdi.
“Artıq bir neçə gündür Niger prezidenti Mohammed Bazum qiyamçı ordu tərəfindən girov götürülüb, bu da ilk növbədə Fransanın Afrikaya yönəlik strategiyasının uğursuzluqla nəticələndiyini deməyə əsas verir”, - “Bloomberg”də dərc olunan məqalədə belə yazılır.
Nigerlilər ölkədə fransız görmək istəmirlər
Məqalədə o da qeyd olunur ki, Niger Fransa ilə nəinki sıx işgüzar və mədəni əlaqələr saxlayırdı, bu ölkə həm də Malidən qovulan Fransa qoşunlarının bölgədəki əsas bazasına çevrilmişdi. Lakin yerli sakinlər ilk gündən fransız qoşunlarının gəlişinə etiraz edirdilər. Onlar Fransanın bölgədə vaxtilə törətdiyi cinayətləri unutmadıqlarını, Niger hökumətinin işğalçılara qarşı üzüyumşaq davranmasının yolverilməz olduğunu söyləyirdilər.
“Onlar susmalıdırlar. Mümkün qədər uzun müddətə susmalıdırlar. Dedikləri hər söz özlərinə qarşı silaha çevrilir, - deyə Malinin keçmiş baş naziri Musa Mara bildirib. - Ancaq bunlar fransızdırlar. Təəssüf ki, onlar susmağı bacarmırlar”. Keçmiş baş nazir diqqəti daha çox Fransa üzərində cəmlədiklərinə və daxili problemlərlə lazımınca məşğul olmadıqlarına görə Afrika hökumətlərini də tənqid atəşinə tutub. Hazırda Nigerdəki daxili gərginlikdən təşvişə düşən Fransa vətəndaşları ölkədən təxliyə olunublar. Eyni səbəbdən narahat olan iki minə yaxın digər Avropa İttifaqı vətəndaşları da təxliyə üçün müraciət ediblər.
Yuxarıda qeyd etdiyimiz kimi, Makron Fransanın Afrikada yeni strategiyasını həyata keçirmək üçün fəaliyyətə başlayanda Nigeri özünə müttəfiq seçdi. Çünki Niger Sahel regionunda həm ABŞ, həm də Aİ ölkələri üçün etibarlı tərəfdaş rolunu oynayıb. Niger həm də Sahel regionunda iqtisadi-siyasi stabilliyi ilə seçilən ölkə kimi tanınıb. İkinci və ən əsas səbəb isə Nigerin Afrika ölkələri arasında uran ehtiyatlarına görə ikinci yerdə olması və az qala bütün Avropanı uranla təmin etməsidir.
Makron kütləvi iğtişaşlar üçün pul ayırıb
Göründüyü kimi, işlər rahat getmədi, Makronun planları iflasa uğramağa başladı. Çevrilişdən dərhal sonra Nigerin yeni hakimiyyət orqanları Parisə sərt reaksiya göstərdi. Yeni hökumət Fransanı ölkənin daxili işlərinə burun soxmaqda ittiham edərək əvvəlki hökuməti bərpa etməyə çalışmaqda, üstəlik, ölkədəki fransız qoşunlarını silahlı müqavimətə hazırlamaqda günahlandırır. Yeni hökuməti tanımadığını bəyan edən Fransa bunları bəhanə gətirərək, Nigerə göndərməyi planlaşdırdığı 120 milyon avroluq yardımı dayandırıb. Makron özünün rəsmi “Tvitter” səhifəsində Nigerdə Fransa vətəndaşlarının zərər çəkdiyi təqdirdə sərt cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib.
Lakin bütün bunlar Fransanın görmək istədiyi son tədbirlər deyil. Makron Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə gərəkən maddi dəstək verərək, onlara Mohammed Bazumun azad olunub yenidən hakimiyyətə qaytarılmasına kömək etmələrini tapşırıb. Bəzi mənbələrə görə, Fransa prezidenti Birlik dövlətlərinə “lazım gələrsə” hərbi gücdən istifadə etmək tapşırığı da verib. Beləliklə də, Makron hakimiyyəti ərzaq, su, tibbi vasitələr qıtlığından əziyyət çəkən, iqtisadi problemlər içərisində itib-batan Afrika ölkələri üçün əlavə problemlər yaratmağa davam edir.
Yazıçı-politoloq Seydik Abba “France İnter”ə bildirib ki, Nigerin Parislə müttəfiqliyi afrikalıların gözlədiyi nəticəni verməyib. O, ABŞ-la müqayisədə Fransanın yanaşmasına və hədəflərindəki fərqlərə diqqət çəkib: “Fransızlar, məsələn, amerikalılardan fərqli olaraq buraya üsyançıları ovlamağa gəlir. ABŞ-ın da bu ölkədə öz maraqları var. Lakin amerikalılar diqqəti daha çox Məğribə nəzarətə, şimalda narkotik ticarəti ilə mübarizəyə və Niger xüsusi təyinatlılarının təliminə yönəldiblər”.
Paris Afrikanı itirir
Fransalı politoloq Rim Momtaz isə diqqəti Fransanın Afrikada zəifləməsi fonunda Rusiyanın güclənməsinə çəkib. Analitik bildirib ki, Mali, Burkina-Faso və Nigerdəki çevrilişlərdən sonra Fransa səfirliklərinə hücumlar, eləcə də xarici qoşunların çıxarılması və Rusiya bayraqlarının qaldırılması vəziyyəti açıq-aydın ifadə edir. Politoloqun fikrincə, hazırda Atlantik okeandan Qırmızı dənizə qədər olan ölkələrin birliyi yaranır ki, bu ölkələrin də əksəriyyəti Qərblə deyil, Rusiya ilə birləşməyə meyillidir.
Rim Momtaz qeyd edib ki, Nigerdəki çevriliş Fransanın regiondakı güc proyeksiyasına çox ciddi əngəllər törədəcək. “Bloomberg” isə Afrikadakı ardıcıl uğursuzluqların Makron hökuməti üçün heç də yaxşı gələcək vəd etmədiyini yazır. Fransa prezidentinin xarici siyasətdə yanlış strategiya qurmasına diqqət çəkən sayt Niger məğlubiyyətini Emmanuel Makronun siyasi karyerası üçün xoşagəlməz addım kimi qiymətləndirib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

