Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycan və Ermənistan xarici medianın aynasında

Azərbaycan və Ermənistan xarici medianın aynasında

29.04.2023 [11:05]

Azərbaycana qibtə edirik”

Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunu nəzarətə götürməsi ilə bağlı dost ölkələrdən dəstək mesajları, müsbət reaksiyalar gəlməkdədir. Bu dəfə Ukrayna Prezident Administrasiyası rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç özünün sosial şəbəkə hesabında Azərbaycanın bu addımını yüksək qiymətləndirib: “Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq, səviyyəli, uzunmüddətli oyun nümayiş etdirir. Buna ancaq qibtə etmək olar”.

Ukraynalı siyasətçi 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra cəmiyyətin müəyyən kəsimində Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərlə bağlı narahatlığın olmasına da münasibət bildirib: “Hələ iki il yarım öncə azərbaycanlılarda kifayət qədər döyüşmədikləri, torpaqların hamısının alınmadığı ilə bağlı narahatlıqları görəndə mən deyirdim: hər şey sizin olacaq, sizin qarşıda hələ 5 iliniz var. Azərbaycan artıq bu proqnozları doğruldur. Və bu, həsəd aparılası bir məqamdır”.

Paşinyan iki od arasında: lobbi və müxalifət

Ukraynadan fərqli olaraq erməni lobbisinin və müxtəlif siyasi maraqların təsiri altında olan bir sıra xarici media orqanlarında Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət məntəqəsi yaratması Qarabağın erməni əhalisinə və ümumilikdə Ermənistana təzyiq, “işğal” mesajı kimi təqdim edilir. Halbuki aprelin 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin bağlanmasını və sonrakı danışıqlar üçün 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini təklif etmişdi. Yeri gəlmişkən, bu sənəddə sazişin bütün iştirakçılarının razılığı ilə SSRİ xəritəsindəki sərhədlər əsas götürülür.  Ermənistanın baş naziri məhz bu kontekstdə ölkəmizin keçmiş Azərbaycan SSR-in hüdudları daxilində ərazi bütövlüyünün tanınmasını və bir daha ona qarşı ərazi iddiaları irəli sürülməməsini təklif edir. Sözsüz ki, Paşinyanın bu təklifi erməni cəmiyyətində birmənalı qarşılanmır. Müxalifət onu “Arsax”ı Azərbaycana güzəştə getməkdə ittiham edərək, baş naziri “vətən xaini” adlandırır. Revanşizmə meyilli Ermənistan cəmiyyəti də, görünür, eyni fikirdədir. Bunu ən azı ermənilərin sosial şəbəkələrdə yazdıqları fikirlərdən görmək mümkündür. Amma, necə deyərlər, ox artıq yayından çıxıb, hazırda heç bir qüvvə Azərbaycanı dayandırmaq iqtidarında deyil.

Aqressiv köklənmiş cəmiyyəti sakitləşməyə və reallıqları qəbul etməyə çağıran Paşinyan onu da bildirib ki, Ermənistan Azərbaycanın keçmiş SSRİ zamanındakı ərazi bütövlüyünü tanıyacağı təqdirdə Azərbaycan da Ermənistanın SSR sərhədləri daxilində təsdiqlənmiş ərazi bütövlüyünü tanıyacaq.

Rusiya mediası Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyini onların həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması ilə əlaqələndirir. Ekspertlərin fikrincə, Paşinyan Türkiyə ilə əlaqələrin bərpasını Ermənistanı iqtisadi blokadadan çıxaracaq əsas çıxış yolu sayır. Lakin təəssüf ki, Ermənistanda mövcud reallığı dərk və qəbul edəcək bir cəmiyyət hələ də formalaşmayıb. Əsrlərlə türk düşmənçiliyi ruhunda tərbiyə edilən, “Böyük Ermənistan” kimi xülyalarla bəslənən, qonşularına nifrət və kin təlqin olunan bir toplumdan, əlbəttə, barışığa hazırlığı gözləmək də olmaz. Vəziyyəti az-çox anlayan, amma bunu öz xalqına başa sala bilməyən Ermənistan rəhbərliyi də dalana dirənib.

Fransanın müəmmalı dəstəyinə baxmayaraq onlar artıq Qərbin də özlərinə arxa durmadığının fərqindədirlər. İstər Qərb olsun, istər Rusiya, hər kəs stabil və dinamik inkişafda olan güclü ölkənin yanında olmaq istəyər. Son müharibədə daha da zəifləyib əldən düşən, yardımlardan asılı olan, müstəqilliyi belə mübahisə doğuran nüfuzsuz bir ölkə ilə partnyorluq cəlbedici deyil və göründüyü kimi, əbədi müttəfiqi olan Rusiya belə Ermənistanın arxasından qaçır. Ölkə ictimaiyyəti arasında Rusiyadan narazılıq pik həddədir. Hətta çıxışlarında ehtiyatlı danışmağa çalışan, Rusiyanı qıcıqlandırmamağa səy göstərən Nikol Paşinyan belə əzəli-əbədi ağalarını açıq-aşkar tənqid etməkdən çəkinmir. Bəllidir ki, o, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) “kifayət qədər mənasız təşkilat” adlandırıb.  

Düşmən də etiraf edir...

Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti İlham Əliyev xarici mediada sərt və qətiyyətli lider, eyni zamanda intellektual və ağıllı siyasətçi kimi təqdim olunur. Azərbaycan Prezidentinin şəxsi iradəsi və düzgün strategiyası hətta bizə dost olmayan qüvvələr tərəfindən də etiraf edilir. Məsələn, Azərbaycanda ordu quruculuğunun yüksək inkişafını, Azərbaycanın Cənubi Qafqazın ən güclü ordusuna malik olmasınə ermənilərə rəğbəti ilə seçilən “RİA Novosti” saytı tərəfindən etiraf olunub. “Ermənistan daha döyüşə bilməz. Artıq onun enerjisi qalmayıb. Azərbaycan ordusu isə Ermənistan silahlı qüvvələrindən qat-qat güclüdür və texnika ilə daha yaxşı təchiz olunub. Son müharibə də bunu göstərdi. Azərbaycan Türkiyədən də dəstək alır. Ermənistan isə Putin Rusiyasına boş yerə ümid etməklə məğlubiyyətə uğradı”.

Sayt bunu da yazır ki: “İrəvandakı müxalifət davamlı olaraq Paşinyana hücum çəkir. Deyəsən, onlar bundan başqa həll yolu təklif edə bilmirlər. Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizi bağlanıb, Azərbaycan ordusu istənilən an Ermənistan sərhədlərini aşıb keçə bilər. Bu da o deməkdir ki, hazırkı vəziyyətdə İrəvanın sülh müqaviləsi imzalamaqdan başqa seçimi yoxdur”.

Beləliklə, Azərbaycanla bağlayacağı sülh müqaviləsi dalana dirənmiş Ermənistan üçün tarixi şansdır. Bu şansı da əldən qaçırsalar, günü-gündən dərinləşən böhran onları uçuruma yuvarladacaq.

Murad

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30