Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yaponiya iddiasını yeniləyir…

Yaponiya iddiasını yeniləyir…

12.04.2023 [11:15]

Kuril məsələsi yenidən aktuallaşdırılır

Yaponiya 2023-cü il üçün “Diplomatiyanın mavi kitabı”nda “şimal ərazilərinin” (ölkə cənub Kuril adalarını belə adlandırır) “qanunsuz işğalı” ilə bağlı ifadəni yenidən istifadə edib. Bu barədə Rusiya KİV-ləri sənədə istinadən məlumat yayıb. Kitabda qeyd olunub ki, Kuril problemi “Yaponiya-Rusiya münasibətlərində ən uzun müddətli problemidir”. Eyni zamanda, “Mavi kitab”ın müəllifləri rəsmi Tokionun Rusiya ilə sülh müqaviləsi bağlamaq kursuna sadiq qalmaqda davam etmək niyyətini vurğulayıblar.

"Mavi kitab"a yeni qeyd – adalar məsələsi gündəmə gəlir

Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyinin diplomatiyaya dair illik hesabatı - “Mavi kitab” rəsmi Tokionun xarici siyasət prioritetlərini özündə əks etdirir. İl ərzində Yaponiya hökumətinin hansı xarici siyasət hədəflərinə doğru irəliləməsi məhz bu kitabda yer alan istiqamətlərlə müəyyənləşdirilir. Artıq uzun illər idi ki, "Kuril problemi" "Mavi kitab"ın səhifələrində özünə yer tapmamışdı.  2022-ci ilin aprelində isə ilk dəfə olaraq Kuril adalarının Rusiya tərəfindən “qanunsuz işğal olunmuş” adlandırılması rəsmi Moskva üçün də gözlənilməz olmuşdu. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kuril adalarını “Rusiya Federasiyasının ayrılmaz ərazisi” adlandırmışdı. O bildirmişdi ki, indiki şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi haqda danışmaq çətindir. Bundan başqa, hələ 2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Tokio ilə sülh müqaviləsi üzrə danışıqlardan imtina etdiyini açıqlamışdı. Bildirilmişdi ki, Yaponiya hakimiyyəti qəsdən qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək əvəzinə anti-Rusiya kursu seçib. 2023-cü ilin fevralında isə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Yaponiya ilə sülh müqaviləsi mövzusunun Rusiya üçün qapalı olduğunu vurğulamışdı.

Uzun illərdən sonra ilk dəfə….

Yaponiya Xarici İşlər Nazirliyi ölkənin diplomatiyasına dair hesabatının yeni variantında isə Kuril adalarının cənub hissəsinin Rusiya Federasiyası tərəfindən “qanunsuz işğal edildiyini” göstərir. Bununla bağlı Kyodo agentliyi məlumat yayıb. Agentlik bildirib ki, “Mavi kitab”ın son variantında bu adalar hazırda Rusiya Federasiyası tərəfindən qeyri-qanuni işğal altında olan Yaponiyanın ilkin əraziləri” kimi təsbit olunub. Halbuki, Kuril adalarının statusunun bu cür təsviri yaponiyalı diplomatlar tərəfindən 2011-ci ildən istifadə edilmir. Sənəddə həmçinin 2018-ci ildən bəri ilk dəfə olaraq dörd şimal adasının Yaponiyaya aid olduğu vurğulanır.

Adalar 1956-cı il deklarasiyasına əsasən niyə Yaponiyaya verilmədi?

Rusiya və Yaponiya uzun illər İkinci Dünya Müharibəsinin nəticələrinə görə Kuril adalarına sahiblik məsələsini həll edə bilməyiblər – iki ölkə arasında sülh müqaviləsi bağlanmayıb. Yaponiya tərəfi hesab edir ki, üç ada olan İturup, Şikotan, Kunaşir, o cümlədən Habomai adalar qrupu onun ərazisidir. Moskva isə bu əraziləri özünün ərazisi hesab edir və hətta ərazi mübahisəsi faktını belə tanımaq istəmir.

Xatırladaq ki, 1956-cı ildə SSRİ və Yaponiya arasında "Sovet-yapon" deklarasiyası imzalanmışdı. Deklarasiyaya görə 1945-ci ilin 9 avqustunda başlamış müharibə rəsmən bitmiş elan edilirdi. İki ölkə arasında sülh və dostluq şəraitində diplomatik əlaqələrin qurulması nəzərdə tutulurdu. Deklarasiyanın nəticəsinə görə hər iki ölkə bir-birinə olan iddialardan imtina edirlər. Sülh anlaşmasının önəmli şərti Sovet tərəfindən Şikotan və Habomay adalarının Yaponiyaya qaytarılmasını nəzərdə tuturdu. Həmin dövrdə SSRİ-nin rəhbəri olan Nikita Xruşşov anlaşmaya uyğun olaraq adaları Yaponiyaya qaytarmağı düşünürdü. O, Yaponiyanı birtərəf ölkə kimi görmək istəyirdi. Düşünülürdü ki, Yaponiya İsveçrə və Avstriya timsalında ölkə olacaq. ABŞ isə həmin dövrdə bu anlaşmanı özü üçün təhlükə hesab edirdi. Bu səbəbdən də Yaponiyaya təzyiq göstərməyə başlanıldı – Vaşinqton Yaponiyaya açıq şəkildə bildirdi ki, əgər Yaponiya Kunaşir və İturup adalarına olan iddiadan əl çəksə, o zaman San-Fransisko sülh müqaviləsinın üçüncü bəndinə əsasən Ryukyu adalarını və Okinava adasını öz idarəçiliyinə alaraq ərazisinə qatacaq. Beləliklə, 19 yanvar 1960-cı ildə Yaponiya ilə ABŞ arasında qarşılıqlı anlaşma və təhlükəsizlik haqqında müqaviləyə görə amerikanlar Yaponiyaya məxsus adalarda 10 il müddətində öz bazalarını saxlama hüququ əldə etdilər. 27 yanvar 1960-cı ildə isə SSRİ bu anlaşmanın özünə və Çinə qarşı yönəldiyini bildirərək adaları Yaponiyaya qaytarmaqdan imtina etdi. Səbəb kimi adalarda ABŞ-a məxsus bazaların yerləşdirilmə ehtimalı göstərildi…

Çinin 60 ildən sonrakı neytrallığı…

63 il öncə baş verənlər isə bu gün yenidən aktuallaşır. Yaponiyanın Rusiyaya qarşı Kuril iddiaları isə əbəs yerə deyil. Bu addımlar birinci növbədə ABŞ-ın qlobal liderlik uğrunda mübarizəsinin tərkib hissəsidir – sadəcə olaraq, Tokio özünün maraqlarına cavab verən bu tələbi səsləndirməklə tarixi təkrarlamaq niyyətindədir. Eyni zamanda, adalar məsələsində yenidən Çin faktoru qabarıq şəkildə hiss olunmağa başlayıb. Təsadüfi deyil ki, Yaponiya bu ilin martında Çin, Rusiya, İran və digər ölkələrin Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində birgə təlimlər keçməsinə qarşı sərt fikirlər ifadə etmişdi. Digər tərəfdən, Çin təxminən son 60 ildə ilk dəfə olaraq Kuril adalarının cənub hissəsinin mülkiyyəti məsələsində neytral mövqe tutdu. Bu barədə “Kyodo” agentliyinin yaydığı məlumatda bildirilir. Çin prezidenti Si Cinpin mart ayında Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib ki, Çin Kuril adalarının cənub hissəsinin ərazi mülkiyyəti məsələsində neytral mövqe tutacaq.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30