Müxalifətin iflası...
07.03.2023 [10:44]
Sosial sorğularda Ərdoğanın dövlət başçısı seçilmə imkanları 80 faizin üzərində dəyərləndirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təsdiqləməsinin ardından siyasi tərəflər öz addımlarını daha da sürətləndirib. Xatırladaq ki, Türkiyə Prezidenti müvafiq bəyanatı Böyük Millət Məclisində çıxışı zamanı səsləndirmiş və bildirmişdi ki, “Bunu yaxşı bilin ki, bu millət mayın 14-də lazım olanı edəcək. Qüsurlarımızı demək, halallıq istəmək bizim səmimiyyətimizin, millətimizlə aramızdakı sevginin ifadəsidir”.
Beləliklə, hakim AKP və müttəfiqi MHP-nin 14 may seçkiləri ilə bağlı planları və strategiyası artıq bəllidir. Hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə seçkilərə qatılacaq “Cumhur İttifaqı” koalisiyası seçkilərin aşkar favoritidir desək, yanılmarıq. Bu fikri dəstəkləyən yüzlərlə faktın mövcudluğunun işığında, qarşı tərəfin addımları bunu daha real edir - belə ki, artıq bir müddətdir ki, “Cumhur İttifaqı”na müxalif olaraq yaradılmış “altılı masa” özünün vahid namizədini nəinki təyin edə bilmədi, hətta dağıldı...
Martın 2-də baş tutan “altılı masa” müzakirələrinin ardından müxalif cəbhədə mühüm parçalanmalar baş verdi. Belə ki, Türkiyənin Səadət Partiyasının ev sahibliyi ilə keçirilən 6 partiyalı koalisiyanın 12-ci toplantısından sonra “İYİ Partiya” sədri Meral Akşener Ümumi İdarə Heyətinin (GİK) üzvləri ilə görüşüb. Daha sonra isə açıqlama verən Akşener bildirib ki, “İYİ Partiya” sıxışdırıldı, buna boyun əyməyəcəyik. “Qumar masasında, notarius masasında olmayacağıq”, - deyə açıqlama verən Meral Akşener “6-lı masa”nı rəsmən tərk etdiyini açıqlayıb. 4 gün sonra isə, yəni martın 6-da KİV-lərdə müxalif “İYİ Partiya”nın sədri Meral Akşenerin “Altılı masa”ya geri döndüyü haqqında məlumatlar yer alıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, “İYİ Partiya”nın sözçüsü Kürşad Zorlu mətbuata açıqlamasında Meral Akşenerin CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib. “Sədrimiz bir azdan baş tutacaq “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”, - deyə o vurğulayıb.
Xatırladaq ki, az əvvəl Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını “Altılı masa”ya qayıtmaq üçün şərt olaraq irəli sürmüşdü.
Zəlzələ üzərindən planlaşdırılan “strategiya” iflasa uğradı...
Maraqlıdır ki, hələ “altılı masa”nın namizədi bəlli olmamışdan öncə bir müddətdir ki, prezidentliyə namizədliyi məsələsi müzakirə edilən İstanbul böyük şəhər bələdiyyəsi başqanı Əkrəm İmamoğlu namizəd olmayacağını açıqlamışdı. Beləliklə, müxalifət seçkilərə az müddət qalmış seytnot vəziyyətindədir. Türkiyə ictimaiyyətinin keçiyrdiyi sorğularda elə də ürəkaçan dəstək qazanmayan CHP lideri ilə seçkilərə qatılmaq arzusu müxalifətin artıq məğlubiyyətdən sonrakı mərhələyə hazırlaşdığını deməyə əsas verir.
“İYİ Partiyanın” sədri Meral Akşenerin bu açıqlamasının ardından bəzi siyasi analitiklər maraqlı fikirlərlə yadda qalıblar. Türkiyə ictimaiyətinin tanınmış simaları müxalifətin seçkilərdə iştirakını “prosedur” adlandırıblar. Onların fikrincə, müxalifət özü də dərk edir ki, Rəcəb Tayyib Ərdoğanla rəqib olmaq açıq məğlubiyyətdir. Xalqdan böyük dəstək alan hazırki cümhurbaşkanı zəlzələ dövründə mühüm addım və qərarları ilə seçildi. Zəlzələ bölgəsində 392 min 350 bina, 75 min 681 kənd evi tikməyin planlaşdırıldığını qeyd edən Ərdoğan müxalifətin zəlzələ üzərindən anti-təbliğat qurmasına imkan vermədi. Bütün gücü və dəstəyi ilə xalqının yanında yer alan AKP liderinin bu addımları isə xalq tərəfindən dəyərləndirilir. Son proseslərdən sonra Ərdoğanın onsuz da yüksək olan reytinqi daha da yüksəlib. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən hazırki dövlət başçısının seçilmə imkanları 80 faizin üzərində dəyərləndirilir.
Oturdular, danışdılar, dağılışdılar...
Bu arada Prezident Rəcəb Tayyib Ərdoğan “İYİ Partiya” sədri Meral Akşenerin “6-lı masa” ilə bağlı verdiyi açıqlama haqqında fikirlərini bölüşüb. Prezident Ərdoğan bildirib ki, “Nə etsələr, yolumuza davam edəcəyik. Oturdular, danışdılar - dağılışacaqlarını dedim”. Xatırladaq ki, bir müddət öncə də “altılı masa” ilə bağlı fikirlərində Türkiyə prezidenti “oturarlar, danışarlar, dağılışarlar” deyə vurğulamışdı.
Qeyd edilməlidir ki, baş verən təbii fəlakət zamanı Azərbaycan başda olmaqla, dünyanın bir çox dövlətləri Türkiyəyə dəstək oldular. İstər texniki yardımlar, istər maddi, istərsə də humanitar xarakterli yardımlar ardı-arası kəsilmədən Türkiyəyə göndərildi. Həmin dövrdə Türkiyə iqtidarının iş qrafiki də mühüm gərginliyi ilə seçildi: Prezident Ərdoğan dəfələrlə zəlzələ baş verən bölgələrə baş çəkir, çadır şəhərciklərində vətəndaşlarla görüşür, ən xırda problemlərin həllində əsaslı rol oynadı. Eyni zamanda, xarici dövlətlərin Türkiyəyə yardımının da əsasında birmənalı olaraq Prezident Ərdoğanın yürütdüyü siyasət dururdu. Nəzərə alınmalıdır ki, Ərdoğanın rəhbərliyi altında AKP-nin hakimiyyəti dövründə Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Təbii ki, xalq bu amili görür və dəyərləndirir. Bu baxımdan, artıq indidən AKP sədrinin yeni dönəmdə də Türkiyəyə rəhbərlik edəcəyinə şübhə qalmır...
SADİQ
Xəbər lenti
Hamısına baxElm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52

