Türkiyədə seçki müəmması...
11.02.2023 [10:25]
Müxalifət əlinə düşən “fürsətdən” yararlanmağa çalışır
Türkiyənin 10 əyalətində baş verən zəlzələ böyük dağıntılar və itkilərlə müşayiət olunmaqdadır. Qardaş ölkədə artıq ölənlərin sayı 20 minə çatır. Belə çətin və sınaqdolu vəziyyətdə isə milli birlik, həmrəylik olduqca mühüm amildir.
Baş verən təbii fəlakətin fonunda qarşıdan gələn seçkilərin taleyi də düşündürücüdür. Bu məsələ artıq Türkiyə ictimaiyyəti tərəfindən aktiv şəkildə müzakirə edilməkdədir. Təbii ki, indiki halda əsas məsələ insanların sağlamlığı, onların qorunması və təhlükəsizliyinin təmin edilməsidirsə də, seçkilərlə bağlı veriləcək qərar da maraq doğurur. Yeri gəlmişkən, Türkiyənin bəzi regionlarında, daha doğrusu zəlzələ bölgələrində fövqəladə vəziyyət rejimi elan olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 7-də məlumat verib. Dövlət başçısı bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq. Belə olan halda, seçkilərin təxirə salınması nə qədər real görünür? Seçki ilə bağlı son qərar necə olacaq?
Türkiyə qəzetlərinin apardıqları araşdırmalarda isə mövzu ilə bağlı fərqli mövqelərə rast gəlinir. Məsələn, bir qisim hüquqşünaslar seçkilərin təxirə salınmasının mümkünlüyünü irəli sürürlər. Bununla bağlı, hökumətin qərar vermək hüququnun olduğunu bildirirlər. Hətta elan edilmiş fövqəladə vəziyyətin buna yol açdığı da əsas kimi götürülür - belə olan halda, seçkilərin altı ay müddətində təxirə salınması mümkün görünür. Amma Türkiyə Konstitusiyasına görə, seçkilər yalnız döyüş, müharibə dövründə təxirə düşə bilər.
Nəzərə alsaq ki, artıq 10 regionda fövqəladə vəziyyət elan edilib, seçkilərin müəyyən müddətə təxirə düşməsi də məntiqli addım sayıla bilər. Amma bu qərarı bütün siyasi tərəflərin qəbul edəcəyini də düşünmək çətindir. Məsələn, “Duvar” qəzeti Türkiyənin müxalifətdə olan İyi Partiyasının lideri Meral Akşenerin bəyanatına istinadən yazıb ki, Türkiyədə keçirilən ümumi seçkilər ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərə görə mayın 14-dən iyunun 18-nə təxirə salına bilər.
Qəzet onu da ehtimal edir ki, ölkə parlamenti seçkilərin bir il müddətinə təxirə salınmasına qərar verə bilər. Müxalifət isə indiki halda seçkilərin baş tutması üçün “əlindən gələni” etmək niyyətindədir.Ərdoğan Türkiyəni qlobal güc mərkəzinə çevirib...
Göründüyü kimi, artıq müxalifət partiyalarının yaranan situasiyadan istifadə etmək istəkləri ortadadır - hətta yayılan bəzi videogörüntülərdə başı insanların xilasına qarışan iqtidara qarşı siyasi təxribatlara da rast gəlinir. Hətta bəzi mənbələr zəlzələ faktorundan anti-iqtidar kampaniyası yaratmaq həvəsində olanların da tapıldığını yazırlar. Türkiyənin mətbu orqanları bunda xarici güclərin də maraqlı olduğunu düşünürlər. Bəs, bu maraq haradan qaynaqlanır?
Qeyd edək ki, aparılan “təbliğatın” əsas hədəfi hazırki Prezident Ərdoğandır - bunun isə bir sıra səbəbləri mövcuddur. Prezident Ərdoğanın son dövrlərdə Türkiyəni beynəlxalq münasibətlər sisteminin əsas aktoruna, dünyada sözü eşidilən, sözü sayılan, addımlarına hörmətlə yanaşılan dövlətə çevirməsi bəzilərinə “sərf” etmir.
Ərdoğanın rəhbərliyi altında AKP-nin hakimiyyəti dövründə Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan katklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi dövlətin qarşısında yeni vəzifələr müəyyənləşdirir, mühüm perspektivlər formalaşdırır. Məhz Rəcəb Tayyib Ərdoğan Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasəti daha da möhkəmləndirdi - siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri daha da artdı. Eyni zamanda, Prezident Ərdoğanın müəyyənləşdirdiyi inkişaf konsepsiyası Türkiyənin 2025-ci il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixlərinə çevrilib.Rusiya-Ukrayna müharibəsi faktoru - Türkiyənin aktivliyi kimlərə xoş gəlmir?
Eyni zamanda, bəzi güclər Ərdoğanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqeyi birmənalı qarşılamadı. Baş verən hərbi eskalasiyanın dayandırılması ilə bağlı mühüm addımlar atan Türkiyə Prezidentinin vasitəçiliyi ilə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili yüksək dəyərləndirildi. Hətta BMT Baş katibi Antonio Quterreş də bu müharibənin dayanması üçün ən real vasitəçinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu bildirdi. Türkiyə Prezidentinin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə ötən ilin iyulun 2-də taxıl dəhlizi ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq oldu. “Taxıl dəhlizi” ilə bağlı sazişin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərdi - Bir ton taxılın qiyməti 440-450 ABŞ dollardan 350-355 dollara endi. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər də yavaş-yavaş aradan qalxdı. Beləliklə, Prezident Ərdoğan qlobal dünyanın ərzaq böhranı ilə üzləşməsinin qarşısını aldı.
Təbii ki, Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyənin qısa müddətdə bu qədər yüksəlməsi bəzi maraqlı xarici güclərə sərf etmir. Bu baxımdan da, həmin güclər yaranan “fursətdən” - zəlzələ faktorundan yararlanmaq istəyinə düşmüş kimi görünürlər.“Şuşa bəyannaməsi”ni həzm edə bilməyənlər...
Maraqlıdır ki, Azərbaycanın da bəzi adını “siyasətçi” qoymuş, amma xaricdən ünvanlanan tezislər və maraqlar əsasında fəaliyyət göstərən şəxsləri də özlərini “ortaya atıblar”. Adi fakt - zəlzələdən sonrakı dövrdə xəyanətkar Osmanqızı TV-də Türkiyə iqtidarının, konkret Prezident Ərdoğanın “hədəfə alındığını” görmək mümkündür. “Danışan şəxslər” isə bəlli adamlardır - onlar xarici maraqları təmsil edirlər. Bunun da səbəbləri aydındır. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi onlara və himayədarlarına sərf etmir. İnternet TV ekranlarından İrana “məsələhət verənlərin” yan-yörəsində yer alan belələri Türkiyənin Azərbaycanla strateji əməkdaşlığını, “Şuşa bəyannaməsi”nin əsasında regionda yeni güc mərkəzinin formalaşmasını həzm edə bilmirlər. Bu baxımdan da, əllərinə düşən fürsətdən yararlanmağa, verilən “əmrləri” yerinə yetirməyə çalışırlar. Amma onlar da dərk edir ki, boş yerə çalışırlar. Kölgə qılınclamaq isə onların köhnə peşəsidir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

