Paşinyandan etiraf: Rusiya sülhməramlılarının mandatının uzadılmasını təklif etsə də...
03.11.2022 [10:49]
Oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında keçirilən üçtərəfli görüşün nəticələri ölkəmizin növbəti diplomatik qələbəsidir.
Çünki dövlətimizin başçısı hər zaman olduğu kimi budəfəki görüşdə də milli maraqlarımızı qətiyyətlə qorudu. Prezident İlham Əliyevin Vladimir Putinlə görüşdə Qarabağ məsələsinin iki ildir ki, həll olunduğunu xatırlatması, “Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” deməsi dövlətimizin prinsipial mövqeyindən xəbər verir. Hazırda gündəmdə olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması olmalıdır. Sülh müqaviləsinin imzalanması üçün artıq qarşı tərəfə beş bənddən ibarət təkliflər paketi təqdim olunub. Həmin təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında Soçi görüşü haqqında erməni deputatlara məlumat verib. Onun sözlərinə görə, üçtərəfli görüşdə regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub. Paşinyan deyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”. Ermənistanın baş naziri görüşdə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış etdiyini deyib. Amma bu təklif rədd edilib. Bununla belə, Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını iddia edib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Nikol Paşinyan Soçi görüşü ilə bağlı ölkəsinin daxili auditoriyası üçün izahatverici açıqlamalar yayıb. Onun sözlərinə görə, Soçi bəyanatına nəzər yetirdikdə, Praqada əldə olunan razılaşmalarla bəzi oxşarlıqlar görünür: “Lakin Rusiya təbii ki, regiona öz maraqları çərçivəsində yanaşır. Eyni zamanda N.Paşinyan bildirir ki, üçtərəfli görüşdə Rusiya sülhməramlılarının mandatının uzadılmasını aktuallaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Çünki əldə olunmuş razılaşmalar üçtərəfli əsasda qəbul edilir. Və görünür, Azərbaycan tərəfi bizi qane etməyən məsələlərə qarşı çıxır. Bu da çox doğru yanaşmadır. Nəzərə almaq lazımdır ki, ötən dövr ərzində sülhməramlıların fəaliyyətinda qüsurlar olmuşdu ki, bu da cəmiyyətimiz tərəfindən etirazla qarşılanmışdı. Bu, heç kimə sirr deyil. Soçi Bəyanatında qeyd olunur ki, sülhməramlılar regionda sabitləşdirici rol oynayırlar. Lakin onların mandatının uzadılması haqqında heç bir müddəa yoxdur. Əlbəttə ki, Moskva sülhməramlıların mandatının uzadılmasını istəyə bilər. Ermənistanın baş naziri bu təklifi verməklə Rusiyaya yarınmaq istəsə də, nəticə vermədi”.
Politoloq hesab edir ki, Soçi görüşünün nəticələri və əldə olunan razılaşmalar ölkəmizin maraqlarını özündə əks etdirir. Çünki bəyanatda Qarabağla bağlı, “status” haqda hər hansı müddəa yoxdur. “Əminliklə söyləmək olar ki, bu da Prezident İlham Əliyevin diplomatiyasının uğurudur. Baxmayaraq ki, erməni baş nazir hazırda daxili auditoriyaya məsələləri çatdırmaqda manipulyasiyalar edir. Bu da Paşinyana xas taktikadır. Ermənistan bilməlidir ki, Rusiya sülhməramlıları regionda müvəqqəti olaraq yerləşdiriliblər. Onların fəaliyyət dövrü beş il müddəti ilə məhdudlaşır və tərəflərdən birinin mövqeyi kifayət edir ki, onlar beş ilin tamamında regionu tərk etsinlər. İndiki şəraitdə Rusiya sülhməramlılarının mandatının uzadılması aktual deyil. Ümid edirik ki, onlar beş ilin tamamında regionu tərk edəcəklər”, - deyə İ.Hüseynov vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

