Şərq sularında raket “atəşfəşanlığı”
25.10.2022 [10:45]
Şimali və Cənubi Koreya üz-üzə
Rusiya-Ukrayna münaqişəsi fonunda dünyanın bir sıra coğrafiyalarında artan gərginliklər şərq sularına da sirayət etməkdədir. Bu mənada, Uzaq Şərqdə yenidən raket sistemləri işə salınıb. Belə ki, bazar ertəsi səhər saatlarında Şimali Koreyaya məxsus gəminin Sarı dənizdə iki ölkə arasında dəniz sərhədini keçməsindən sonra Cənubi Koreya hərbçiləri bir neçə xəbərdarlıq atəşi açıblar. Şimali Koreya tərəfi isə Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq 10 reaktiv buraxılış raket sistemi (MLRS) atıb. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb. “Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün çoxsaylı buraxılış raket sistemlərindən 10 atəş əmri verib”, - deyə məlumatda bildirilib.
Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, bu Cənubi Koreyanın Penneyndo adası yaxınlığında baş verib.
İki Koreya üz-üzə
Ümumiyyətlə, son dövrlərdə istər qarşılıqlı raket atəşləri, istərsə də siyasi gərginlik iki Koreya ölkəsinin qarşı-qarşıya dayanmasını şərtləndirib. Məsələn, Cənubi Koreya Şimali Koreyanın nüvə təhlükəsinin artmasına cavab olaraq son beş ildə Pxenyana qarşı ilk birtərəfli sanksiyalar çərçivəsində 15 fiziki və 16 hüquqi şəxsi qara siyahıya salıb. Yeni sanksiyalar siyahısına Şimali Koreyanın raket proqramı ilə bağlı gəmiçilik şirkətləri və onların rəsmiləri, habelə kütləvi qırğın silahları üçün materialların satın alınması ilə məşğul olan şəxslər daxildir. Xüsusilə, KXDR müdafiə sənayesi üçün satınalmalar üzrə ixtisaslaşan “Korea Ryonbong General Corp.” konqlomeratı, eləcə də ballistik raketlərin və nüvə silahlarının inkişafında xidmətləri olan Milli Müdafiə Elmləri Akademiyası nümayəndələrinə qarşı sanksiyalar tətbiq edilib. Bundan başqa, Şimali Koreyanın Raket Sənayesi Nazirliyi, “Hapjanggang Trading Corp.”, “Korea Rounsan Trading Corp.” şirkətləri, Dəniz Administrasiyası və Neft Sənayesi Nazirliyi də sanksiyalara məruz qalıb. Təbii ki, bu sanksiyalar nəticə etibarı ilə KXDR üçün mühüm bir siqnaldır. Artıq bu kimi addımlar Cənubi Koreyanın müttəfiqlərinin də Şimali Koreyaya qarşı analoji addımlar atmasını şərtləndirə bilər. Belə olan halda isə KXDR dünyadan təcrid halına salınmış vəziyyətə düşəcək. Sanksiyaların genişlənməsi isə gələcəkdə hərbi qarşıdurmalar üçün əsl stimul rolunu da oynaya bilər.
Bir neçə həftədə onlarla raket sınaq atəşi - KXDR “raket atəşfəşanlığı” edir
Cənubi Koreya isə sanksiya tətbiqində o qədər də haqsız görünmür. Belə ki, KXDR son həftələrdə istər Yapon, istərsə də Sarı dəniz sularına onlarla “sınaq” tipli raket buraxıb. Hətta bir müddət əvvəl Şimali Koreyanın atdığı raketin “Hvason-12” qitələrarası ballistik raket olması ilə bağlı şübhələr meydana gəlmişdi. Bu raket Pxenyanın sınaq tarixində ən çox - 4600 km məsafə qət edə bilmişdi. Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada isə Milli Təhlükəsizlik Şurasının təxirəsalınmaz iclasından sonra Tokioda keçirilən mətbuat konfransında bildirmişdi ki, buraxılan “Hvason-12” tipli raketin parametrləri ortamənzilli ballistik raketlərin xüsusiyyətlərini üstələyir. Beləliklə, ard-arda şərq sularına buraxılan “sınaq raketləri” artıq müharibə anonsu səsləndirməkdədir. Qeyd edək ki, KXDR öz addımlarını arqumentləşdirmək üçün bir sıra iddialar irəli sürüb. Şimali Koreya rəsmiləri bildirib ki, sınaqlar Cənubi Koreya və ABŞ-ın potensial hədəflərini “vurmaq və məhv etmək” üçündür. Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) yer alan açıqlamada bildirilib ki, raket sınaqları ABŞ və Cənubi Koreya qüvvələrinin son dəniz təlimlərinə cavab olaraq həyata keçirilib. KCNA Şimali Koreyanın düşmənlərinə xəbərdarlıq göndərmək üçün “əsl müharibəni simulyasiya etmək” qərarına gəldiyini vurğulayıb. Qeyd edək ki, Vaşinqtonun Cənubi Koreyanı Şimal qonşusundan qoruması üçün Seulda 28 500-ə yaxın əsgəri mövcuddur.
Genişmiqyaslı təlimlər nədən xəbər verir?
Hazırlıq üçün isə hərbi kontingentin təkmilləşdirilməsi əsas şərtdir. Bunun üçün də istər cənubi Koreya, istərsə də Yaponiya genişmiqyalı hərbi təlimlər reallaşdırır. Məsələn, oktyabrın 17-də start verilmiş “Hoquk” təlimlərinin oktyabrın 28-dək davam edəcəyi nəzərdə tutulur. Bu təlimlərdə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Sarı dənizdə 20-dən çox gəminin iştirakı ilə genişmiqyaslı manevrlər həyata keçirir. “Hoquk” təlimləri çərçivəsində baş tutacaq manevrlərə quru qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi ilə yanaşı, ABŞ hərbçiləri də qatılıb. Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Aegis” sistemi ilə təchiz edilmiş freqatlar və esmineslər, həmçinin Cənubi Koreyanın HHQ-yə məxsus “Apaçi” helikopterləri, “F-15K” və “F-16” qırıcıları iştirak edir. ABŞ tərəfi təlimlərə “Apaçi” helikopterlərini və “A-10” qırıcılarını cəlb edib.
Oktyabrın 31-dən noyabrın 4-dək isə Cənubi Koreya və ABŞ 200-dən çox təyyarənin iştirakı ilə genişmiqyaslı birgə hərbi hava qüvvələri (HHQ) təlimi keçirməyi planlaşdırır. Təlimlərdə Cənubi Koreyadan F-35A, F-15 və KF-16 qırıcıları da daxil olmaqla 140-a yaxın təyyarə qatılacağı, ABŞ-dan isə F-35B qırıcıları da daxil olmaqla, təxminən 100 təyyarə göndəriləcəyi qeyd edilib. Planlaşdırılan fəaliyyətin məqsədi Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri arasında hərbi dövrdə kombinə edilmiş hava əməliyyatları sistemlərinin sınaqdan keçirilməsi, həmçinin onların döyüş hazırlığının artırılmasıdır.
Göründüyü kimi, şərq suları yenidən qarışıb. Bu qarışıqlığın isə nə ilə nəticələnəcəyini zaman göstərəcək...
SADİQ
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
