BMT-də islahatlar...
23.09.2022 [10:13]
Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” fikrini bir daha xatırlatdı
Nardar BAYRAMLI
Bir neçə gündür ki, BMT Baş Assambleyasının 77-ci sessiyası öz işinə başlayıb. Sessiyanın yüksək səviyyəli həftəsində bir sıra ölkələrin rəhbərləri çıxış edirlər. Sessiya çərçivəsində aparılan müzakirələrdə BMT-nin strukturlarında islahatların aparılması yenidən gündəmə gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 77-ci sessiyada çıxışı zamanı bir daha 2013-cü ildə BMT tribunasından səsləndirdiyi “dünya beşdən böyükdür” fikrini xatırladıb. Prezident Ərdoğan bunu deyərkən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanı nəzərdə tutur. Bu fikir o vaxtdan siyasətşünasların və beynəlxalq hüquq mütəxəssislərinin tezisinə çevrilib. BMT-nin Baş katibi olmuş Pan Gi Munun da məsələ ilə əlaqədar fikirləri bu yanaşmaya əsaslanırdı. O qeyd etmişdi ki, “BMT-də zəruri islahatlar aparılmasının vaxtı çatıb, lakin bu işdə hələ ki, konsensus əldə etmək mümkün olmayıb”. Pan Gi Mun Təhlükəsizlik Şurasında və digər orqanlarda islahatlar ilə bağlı mürəkkəb məsələlərin olmasını etiraf etmişdi.
İki gün öncə BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən ABŞ Prezidenti Cozef Bayden də bu təşkilatda islahatların aparılmasının zəruriliyini etiraf edib. “Biz BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıyıq”-deyən Bayden qeyd edib ki, BMT müasir dünyanın tələblərinə effektiv cavab verməli və daha əhatəli təşkilata çevrilməlidir.
Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamları vurğulamaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edir, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.
Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar təşkilat tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi.
Hazırkı çağırışlar fonunda BMT strukturlarında islahatların aparılması nə dərəcədə realdır? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarında biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklifi etmiş və təkliflərin hazırlanmasında səylər üçün bir sıra tövsiyələr irəli sürmüşdü. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin işlənməsində, konfliktlərin həllində beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyin prioritetləri meyar olaraq götürülməli, mövcud münaqişələrin qarşısının alınması və ya daha da alovlanmasının önlənməsi üçün qabaqlayıcı addımlar üçün çevik mexanizmlər işlənilməlidir. Bu qabaqlayıcı mexanizmlərin işlənməsi beynəlxalq hüquq, regional və qlobal təhlükəsizlik aspektləri və münaqişələrin həlli yolları nəzərə alınmaqla müəyyənləşməlidir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 il ərzində yerinə yetirilmədiyi halda Yuqoslaviyada, Liviyada, Ukrayna və s. kimi münaqişə və böhranlarda BMT-nin qəbul etdiyi qətnamələrin icrasında çeviklik müşahidə olundu.
Politoloq qeyd edib ki, BMT-nin Avropa İttifaqı, Avropa Şurası, ABŞ-la koalisiya formasında güc və ya sanksiyaların tətbiqi təcrübəsi də mövcuddur: “BMT-nin sülh naminə beynəlxalq hüquqa əsaslanan qərarların qəbul edilməsi üçün Təhlükəsizlik Şurasının 15 üzvünün konsensusa gəlməsindən və TŞ-n?n 5 daimi üzvünün bu konsensusu dəstəkləməsindən asılıdır. Məhz buna görə də, Almaniya, Türkiyə, İspaniya və digər ölkələr haqlı olaraq zaman-zaman BMT-nin strukturunda dəyişiklik edilməsi məsələsini qaldırlar. Regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə, qlobal səviyyədə cərəyan edən mürəkkəb proseslər BMT-nin yenidən strukturlaşması, qərarlarının cəld və çevik həyata keçirilməsi üçün təşkilatda əsaslı dəyişikliklərin edilməsi məsələsini zəruri edir. Uzunmüddətli hesabda, beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasının əsas aktoru kimi BMT-nin qurum olaraq gələcək mövcudluğu bu prosesdən asılıdır. Çünki uzun illərdir qlobal proseslərə təsir imkanlarının məhdudluğu, qətnamələrini icra edə bilməməsi təşkilata BMT-yə üzv dövlətlərin böyük əksəriyyətində ciddi narahatlığın əsasını təşkil edir”. Y.Hacıyevanın fikrincə, bura əsasən təşkilatda verilən qərarların həyata keçirilməsi mexanizmlərinin bəzi hallarda mövcud olmaması, bəzi hallarda isə hüquqi-siyasi ardıcıllığın qorunmaması narahatlığı da aiddir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30

