Həqiqət və reallıq
16.08.2022 [10:08]
Qarabağ erməniləri Ermənistana inanmır
Yeni mərhələ üzrə - normallaşma prosesi üzrə inkişaf edən danışıqlar prosesində Qarabağ mövzusu yoxdur
PƏRVİZ
Ermənistan hakimiyyətinin qeyri-səmimi davranışları, iqtisadi gücsüzlük, verilən vədlərin quru sözdən uzağa gedə bilməməsi Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında dərin bir uçurum yaradıb. Artıq Qarabağ erməniləri Ermənistandan verilən vədlərə inanmırlar. Beləliklə də, Ermənistan Qarabağda yaşayan ermənilər üzərində təsir imkanlarını itirir. İsmayıllı rayonunun Basqal kəndində Azərbaycan televiziyasına müsahibəsində bu məqamlara toxunan Prezident İlham Əliyev bildirib ki, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, - Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir: “Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar”.
Bu gün Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin işğaldan azad edilmiş regionlarında öz vətəndaşları üçün yaratdığı şəraiti görür. Yaradılan imkanları öz həyatları ilə müqayisə edən Qarabağ erməniləri bundan ibrət götürməlidirlər. Azərbaycan dövləti hər zaman özünün humanist siyasətini ortaya qoyub - Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşı kimi yanaşılması bu humanizmin göstəricisidir. Anlamalıdırlar ki, Ermənistanın əsassız iddialarının arxasınca getmək onların maraqlarını təmin etməyəcək. Bu ölkə nəinki Qarabağda yaşayan ermənilərin, öz vətəndaşlarının belə təhlükəsizliyini təmin etmək, maliyyə prloblemlərini həll etmək, onların hüquqlarını qorumaq iqtidarında deyil. Məğlub Ermənistan hazırda necə yaşayacağının yollarını araşdırır ki, bu yol da Azərbaycanla normal qonşuluq siyasətinə əsaslanır. Bunun əksi isə Ermənistan üçün qarşısıalınmaz faciələrə yol aça bilər.
Danışıqlar masasında hər hansı bir statusdan söhbət belə getmir
Üçtərəfli bəyanatın imzalanması ilə Qarabağ münaqişəsi sona yetdi. Artıq yeni mərhələ üzrə - normallaşma prosesi üzrə inkişaf edən danışıqlar prosesində Qarabağ mövzusu yoxdur. Prezident İlham Əliyev bildirib ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi: “Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək və mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm”.
Yerləşdiyi regionun lider dövləti Azərbaycan buna qadirdir. Başqa sözlə, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin təmini Azərbaycanın qarantı altındadır. Bu proses artıq başlayıb. Laçın dəhlizinə alternativ yolun tikintisi zamanı həmin ərazidə yaşayan ermənilərin davranışları, onların Azərbaycan dövlətinə təşəkkür etməsi onu sübut edir ki, həmin şəxslər Ermənistana yox, Azərbaycana inanırlar. Prezident İlham Əliyev öz müsahibəsində maraqlı bir məsələyə toxunub: “Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik”.
Bu kimi faktlar regionun siyasi reallıqlarının dəyişdiyi kimi, Qarabağda yaşayan ermənilərin də reallıqları qəbul etdiyinin göstəricisidir. Onlar dərk edirlər ki, Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq öz ərazi bütövlüyünü təmin edib. Bu isə Qarabağ ermənilərinin gələcəyi üçün də mühüm bir amildir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03

