Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Türkiyə regionun əsas sabitləşdirici faktorudur

Türkiyə regionun əsas sabitləşdirici faktorudur

13.08.2022 [10:32]

Aleksey Arestoviçin iddialarının görünməyən tərəfləri...

Rusiya ilə Ukrayna arasında artıq 6 aya yaxındır ki, davam edən hərbi münaqişə müasir beynəlxalq aləmi düşündürən ən mühüm problemlərdəndir. Avropanın şərq qapısında təhlükəsizliyin təhdid altında olduğu bir dövrdə problemin sülh yolu ilə həlli, tərəflər arasında təmasların qurulması yönündə isə əsas tənzimləyici faktor kimi Türkiyə çıxış etməkdədir. Hələ müharibənin ilk günlərindən tərəflər arasında konsorsiumun əldə olunması üçün mühüm səylər göstərən rəsmi Ankara bu ilin mart ayında baş tutan Antalya Diplomatik Forumu çərçivəsində iki dövlətin xarici işlər nazirinin ilk dəfə masa arxasına oturmasına və ilkin məsələlər ətrafında razılığa gəlməsinə nail olmuşdu. Sonrakı mərhələdə isə BMT-nin də bu təşəbbüslərə qoşulması tərəflər arasında taxıl dəhlizi probleminin həllinə, o cümlədən humanitar sferada bir sıra güzəştlərin əldə olunmasına yol açdı. Siyasi ekspertlərin fikrincə, Türkiyənin bu məsələdə uğurla hakimlik etməsinin əsas şərti münaqişə tərəflərinin rəsmi Ankaraya olan etimadı və etibarıdır. Hətta bir müddət öncə baş tutan Soçi görüşü də Ukrayna-Rusiya probleminin sülh yolu ilə həllinə yenidən ümid yaradıb. Bu prosesin fonunda isə bəzi Ukrayna rəsmilərinin açıqlamaları təəccüb doğurur. Məsələn, Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç bildirib ki, Rusiya ilə əməkdaşlığı Türkiyəni təhdid edə bilər. Ukrayna rəsmisinin iddiasına görə, Qərb hazırda Türkiyənin siyasətindən ciddi narazıdır.

Rəsmi Ankara NATO dəyərlərinin əsas müdafiəçisidir

Arestoviç öz açıqlamasında bildirir ki, Qərbin Ankaraya qarşı əsas ittihamı ondan ibarətdir ki, Türkiyə NATO-nun strateji düşməni adlandırılan Rusiya ilə xüsusi münasibətləri ilə alyansın birliyini pozur: “NATO üzvü strateji düşmən olan dövlətlə bağlı konsensusu məhv edir. Bu, son dərəcə sədaqətsiz davranışdır”.

NATO-nun inkişafında, güclənməsində, ən əsası isə, Yaxın Şərq, Qafqaz, hətta post sovet regionunda aktiv faktor kimi çıxış etməsində Türkiyənin rolu danılmazdır. Bu, dəfələrlə NATO rəsmiləri və ABŞ rəhbərliyi tərəfindən də dilə gətirilib. Hətta BMT-nin Baş katibi Quterreş belə Türkiyənin regional faktor kimi rolunu həlledici sayır, yüksək dəyərləndirir. Digər tərəfdən, Türkiyə NATO-nun mühüm bir parçası qismində hər zaman Ukraynanın ərazi bütövlüyünü, münaqişənin məhz bu müstəvidə həllini dəstəkləyib. Belə olan halda, Qərbin və ya konkret olaraq NATO-nun Türkiyəyə qarşı iddiaları hansı arqumentə söykənir? NATO birliyinin pozulması məsələsinə gəlincə isə, bu iddianın da arxasında hansısa bir fakt yoxdur. Çünki Türkiyənin davranışları heç də NATO-ya əks mövqe sayıla bilməz. Tam əksinə, Türkiyə rəhbərliyi, konkret olaraq Prezident Ərdoğan dəfələrlə bəzi NATO ölkələrinin rəsmi Ankaraya qarşı cəbhə açmağa çalışanlara hərbi yardımları ilə bağlı gileyini dilə gətirib. Egey dənizində baş verən son hadisələr buna bariz misaldır. Və ya Türkiyə illərdir ki, regionda terrorla tək mübarizə aparır. Qlobal bir problemə çevrilmiş terrorizm NATO-nun illərdir ki, qoruduğu dəyərlərə qarşıdır. Türkiyənin bu mübarizəsi birmənalı şəkildə alyansın məqsəd və məramlarını müdafiə edir. O baxımdan da, ukraynalı rəsminin NATO-nun adından çıxış etməsi, öz iddialarını alyansın “mövqeyi” kimi qələmə verməsi düzgün sayıla bilməz.

Türkiyənin uğurları hər kəsi düşüncəyə qərq edib

Ukrayna rəsmisi öz açqlamasında onu da bildirib ki, Türkiyə hakimiyyəti NATO-ya münasibətdə “ülgüc kənarında yeriyir” və artıq bir çox ölkələr tədbir görülməsinin zəruriliyindən danışır: “Burada sual ondan ibarətdir ki, NATO bunu cavabsız qoya bilərmi? Ola bilsin ki, bəzi pərdəarxası hadisələr baş verə bilər. Amma onlar NATO-nun birliyinə və nüfuzuna dəyər verirlərsə, bunu cavabsız qoya bilməzlər”.

Bu fikirlərin indiki məqamda dilə gətirilməsinin bir sıra səbəbləri var. İlk olaraq Ankarada keçirilən “əfirlər konfransı”nda çıxış edən Türkiyə Prezidentinin Finlandiya və İsveçin alyansa üzv olması ilə məsələyə açıqlaması yada düşür. Prezident Ərdoğan konfransdakı çıxışında bildirmişdi ki, verilən vədlər yerinə yetirilməsə, Türkiyə bu iki dövlətin NATO üzvlüyünə razılıq verməyəcək. O qeyd etmişdi ki, bu mövqe NATO-nun Madriddə keçirilən sonuncu sammitində bir daha nümayiş etdirilib: “Küçələrində PKK-çıların dolaşdığı dövlətlərin üzvlüyü NATO-nun müdafiə etdiyi dəyərlərə xələl gətirəcək. Finlandiya və İsveçlə bağlı aydın və qətiyyətli mövqeyimizi qoruyuruq. Türkiyə vədlər yerinə yetirilmədən bu iki ölkənin üzvlüyünü təsdiq etməyəcək”.

Təbii ki, NATO-nun müdafiə etdiyi dəyərlərin ən əsas qoryucularından sayılan, alyansın ikinci böyük ordusuna malik bir dövlətin maraqları heçə sayıla bilməz. Vurğulandığı kimi, illərdir terrorizmdən əziyyət çəkən NATO üzvünün öz tərəfdaşına qarşı həmin terrorçuları müdaifə etməmə tələbi ilə çıxış etməsi təbii haqqıdır.

Digər tərəfdən, Prezident Ərdoğan “Səfirlər konfransı”ndakı çıxışında son zamanlar Qərb ölkələrində müsəlmanlara və türklərə qarşı düşmənçiliklə yanaşı, irqçiliyin də artdığını dilə gətirmişdi. İslamofobiyanın qorxulu miqyas aldığını vurğulayan Türkiyə lideri ölkəsinin bu təhdidləri görməməzliyə vurmayacağını demişdi. Əslində Qərbin Rusiyanı bəhanə edərək “Arestoviçin dili ilə” Ankaranın üstünə demarş cəhdinin əsas səbəbi məhz budur. Bu gün regional aktordan qlobal aktora keçid edən, dünyanın ən mühüm siyasi - hərbi güc mərkəzlərindən birinə çevrilən, Türk Dövlətləri Təşkilatının inkişafına nail olan, böyük bir coğrafiyada sabitləşdirici faktor kimi qəbul edən Türkiyənin nail olduğu üstünlüklər hər kəsi çaşdırıb. Hərbi müdafiə sahəsində əldə etdiyi uğurlar bir sıra ölkələrin qısqanclıqlarının üzə çıxmasını şərtləndirib. Belə olan halda isə, hətta Türkiyənin humanist davranışlarının belə bəzi dairələrdən qıcıqlandırması da təbiidir. Amma unudulmamalıdır ki, bu gün Türkiyənin tərəfdaşlığı hər bir dövlət və ya təşkilat üçün zəruridir. Əks halda... Qərb regional sabitliyə və sakitliyə nail olmaq iqtidarında deyil.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31