Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Çin - ABŞ mübarizəsinin iki fərqli üzü...

Çin - ABŞ mübarizəsinin iki fərqli üzü...

11.08.2022 [10:21]

Hərbi qarşıdurmanın astanasında olan “düşmənlər” iqtisadi dövriyyələrini artırıblar

P.İSMAYILOV

ABŞ rəsmi Pekinlə bağlı soyuqqanlı sükutunu hələ də qorumaqdadır. Ara-sıra Çinə qarşı müəyyən bəyanatlar səsləndirilsə də, rəsmi Vaşinqton təxminən dünya iqtisadiyyatının üçdə birinə sahib olan bu nəhəng ölkəyə qarşı açıq ittihamlar səsləndirmir, addımlar atmır. Xarici KİV-lərin məlumatına görə, Çinin ərazi bütövlüyünü tanıdığını bəyan etməklə yanaşı Tayvan üzərindən “təkqütblü dünya uğrunda yol strategiyası” hazırlayan Ağ Ev özü üçün qarşıdakı dövrdə yeni siyasi, hətta hərbi mərhələnin şərtlərini formalaşdırır. NATO-nun yeni inkişaf strategiyasında Çinin adının xüsusi vurğulanması da bunun tərkib hissəsidir. ABŞ-ın “yeni dünya” şərtlərinə uymayan ölkələrin hədəfə alınacağı ilk baxışdan bəllidir. Rusiya və bəzi digər ölkələrin açıq şəkildə “zərərsizləşdirilməsinə” yönəlik siyasət də bunu deməyə əsas verir.

“Çinlə ticarət etmə” çağırışı cavabsız qalacaq

Maraqlıdır ki, ABŞ-ın Çin siyasəti bir neçə istiqamətə fokuslanıb. Belə ki, siyasi və hərbi sferada rəsmi Vaşinqtonla Pekin arasında açıq təhdid tonu hökm sürsə də, iqtisadi platformada tamam fərqli mənzərə mövcuddur. ABŞ hələ də Çinin iqtisadi hegemonluğundan xilas ola bilmir. Məsələn, qlobal pandemiyadan öncə, başqa sözlə desək, ABŞ və müttəfiqlərinin vahid dünya liderliyi layihəsi təqdim olunmamışdan əvvəl bu ölkənin Çinlə 539 milyard dollarlıq mal və xidmət tədavülünə malik idi. Aradakı soyuqluq, sonrakı mərhələdə isə “sanksiya” sədalarının səslənməsi isə müəyyən çətinlik çıxarsa da, son dövrdə bunu kompensasiya etmək mümkün olub. Yəni günümüzün siyasi rakursunda iki ölkənin ticarət dövriyyəsinin maksimal şəkildə azalması gərəkirdisə, proses fərqli istiqamət üzrə inkişaf etməkdədir. Belə ki, ABŞ-la Çin arasında ticarət dövriyyəsi 2022-ci ilin ilk yeddi ayında 11,8% artaraq 452,3 milyard ABŞ dollarına çatıb. Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqladığı məlumatlarda göstərilib. Çindən ABŞ-a ixrac yanvar-iyul aylarında illik müqayisədə 15% artaraq 347,4 milyard dollar təşkil edib. ABŞ Çinə 104,8 milyard dollar dəyərində mal ixrac edib ki, bu da illik müqayisədə 2,5% çoxdur. Ayrı-ayrılıqda, iyulda iki ölkə arasında ticarət dövriyyəsi 68,5 milyard dollar təşkil edib, o cümlədən Çin ABŞ-a 55,03 milyard dollar, ABŞ-dan Çinə isə 13,5 milyard dollar dəyərində mal idxal edib. Nəzərə alsaq ki, qarşıdakı aylar ərzində bu ticarət dövriyyəsinin həcmi daha da artacaq, demək ki, dövlətlər arasında siyasi rəqabət hələlik iqtisadi sferanı əhatə etmir. Bunun səbəbləri isə fərqli ola bilər. Ya, ABŞ Çini Rusiya kimi iqtisadi blokada məngənəsinə sıxmaqla bu iki gücün birləşməsinin qarşısını alır, ya da həqiqətən Çinin dünya iqtisadiyyatındakı payını azaltmaq imkanına malik deyil. Daha doğrusu, Ağ Ev anlayır ki, “Çinlə ticarət etmə”ə çağırışına cavab verəsi dövlətlərin sayı barmaqla sayılacaq qədər ola bilər.

Tayvan təhdidlərə cavab verdi

İki ölkə arasında hərbi - siyasi platformadakı gərginlik isə öz axarı ilə davam edir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana 19 saatlıq səfərinin ardından Çin ordusuna 22 təyyarə ilə Tayvan boğazındakı şərti demarkasiya xəttini keçməsi isə yeni təhdidlərdən xəbər verir. Xarici xəbər agentliklərinin Tayvanın Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatlarda Çin ordusunun 14 hərbi gəmisinin də boğazda hərəkət etdiyi vurğulanıb. Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafındakı altı zonada genişmiqyaslı, real döyüş şəraitinə uyğun hərbi təlimlərini səfərdən sonrakı müddətdə də baş vurmayıb. Çin tərəfi hərbi təlimlərini davam etdirəcəyini xüsusi olaraq vurğulayıb. Bununla bağlı Çin tərəfinin yaydığı məlumatda bildirilib ki, Xalq Azadlıq Ordusu Tayvanın ətrafındakı sularda və hava məkanında hərbi təlimləri davam etdirəcək. Qeyd olunub ki, hərbi təlimlər zamanı şərti düşmənlərə hava zərbələri endirilib, eləcə də yerüstü hədəflər məhv edilib.

Bu qarşıdurmanın əsas katalizatoru rolunu oynayan Pelosinin Tayvan səfərində əldə olunan nailiyyət isə deyəsən yalnız hərbi ehtirasların daha da şiddətlənməsi olacaq. Çünki bir aya yaxındır ki, qarşılıqlı ittihamlarla davam edən söz atışması artıq iki dövlət arasında açıq ittihamlar, hərbi gərginliklər mərhələsinə qədəm qoyub. Nəzərə alsaq ki, yaxın günlərdə ABŞ-ın da təmsil olunduğu AUKUS hərbi ittifaqı Çinin cənub və şərq sahillərini əhatə edən Cənubi Çin dənizində hərbi təlimlər keçirmək niyyətini açıqlayıb, bu isə öz növbəsində təlim təhdidinin real qarşıdurmalara çevrilməsi təhlükəsini yaradır. 

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Dünya Ürək Günüdür

29 Sentyabr 10:30

Prezident bu gün

Prezident bu gün

29 Sentyabr 10:21

Sosial

Elektron, yoxsa auksion?

29 Sentyabr 10:19

Xəbər lenti

Siyasət

Gündəm

İkinci zəng...

29 Sentyabr 09:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30