Ankaradan Moskvaya...
12.04.2022 [09:55]
Məlum səfərin məchul səbəbləri
Ərdoğanın Rusiyaya səfərindən gözlənti nədir?
Nurlan QƏLƏNDƏRLİ
Dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsindədir. Savaş şəraitində və vəziyyətində regional gərginliyin pik həddə çatması yeni çağırışlar meydana çıxarıb. Bunlardan biri də diplomatik təmasların gücləndirilməsidir. Hədəf sülh və təhlükəsizliyin təmin olunması - hərbi-siyasi qarşıdurmanın aradan qaldırılmasıdır. Bu səpkidə müxtəlif təkliflər və təşəbbüslər irəli sürülür.
Teleqram kanallarında Türkiyə liderinin Putinlə görüşmək üçün təcili Moskvaya gedəcəyi ilə bağlı məlumat yayılıb. Türkiyə Prezidentinin Rusiyaya gözlənilən təcili səfərinə də yuxarıda qeyd etdiyimiz hədəfə çatma prizmasından yanaşma doğru olar.
Müəyyən müddətdir ki, Türkiyə tərəflər arasında konsensusun - siyasi uzlaşmanın təmin edilməsi üçün müxtəlif addımlar atır. İstanbulun Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etməsi də bu baxımdan xüsusi qeyd edilməlidir. Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın mütəmadi olaraq hər iki ölkə başçısı ilə əlaqə yaratması, regional təhlükəsizlik məsələlərini müzakirə etməsi diqqəti cəlb edir. Türkiyə Prezidentinin Moskvaya səfəri isə Rusiya ilə Ukrayna arasında ortaq məxrəcin tapılması baxımından həlledici ola bilər.
Digər tərəfdən, siyasi analitiklər bu səfəri yeni dünya nizamı şəraitində və müharibəsonrası mərhələdə Rusiya-Türkiyə əməkdaşlığının yenidən dizayn olunması baxımından önəmli hesab edirlər. Bu da təsadüfi deyil. Çünki müasir beynəlxalq münasibətlər sistemində Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda təhlükəsizliyə birbaşa təsir edən mühüm amillərdəndir. Doğrudur, bu iki regional güc mərkəzi inteqrasiya və əməkdaşlıqdan daha çox rəqabət müstəvisində qarşı-qarşıya gəlirlər. Amma hər halda, iki ölkə arasındakı strateji təmaslar Avrasiya geosiyasi məkanının perspektivi üçün müəyyən potensiala malikdir.
Əsas məsələ tərəflərin nə istəməsi və Türkiyə ilə Rusiyanın əməkdaşlığının vəd etdiyi mümkün nəticələrdir. Rusiya regional güc mərkəzi kimi ciddi təsir imkanlarına malik olacağı yeni dünya nizamı formalaşdırmaq istəyir. MDB və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə geosiyasi çətir formalaşdırmağa çalışan Rusiya əlavə mexanizmlərdən istifadə etmək zərurəti qarşısındadır. Bunun üçün isə müharibə sonrasında yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılması lazımdır. Bu baxımdan, Türkiyə ilə yeni formatda yaxınlaşmanın zəruriliyi ortaya çıxır. Qardaş Türkiyə isə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Türkiyənin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini artırır. Özəlliklə də, XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə tranzit ölkə kimi Qərb - Avropa üçün müstəsna geostrateji əhəmiyyətə malikdir. Bununla yanaşı, Ankaranın müxtəlif regionlarda təsir imkanlarının artması - nüfuz zonasının genişlənməsi müşahidə edilir. Belə olan halda, müstəqil siyasət həyata keçirən Türkiyənin yeni işbirliyi mexanizmləri yaratmaq üçün Rusiya ilə əməkdaşlığa önəm verməsi reallıqdır. Nəhayət, Ankara ilə Moskvanın ortaq maraqlarının olduğu regionlardan biri Cənubi Qafqazdır. Azərbaycan və Türkiyənin təşəbbüsü olan 3+3 əməkdaşlıq formatında tərəflərin bir araya gəlməsi postmüharibə dövründə tərəflərə və regiona yeni siyasi-iqtisadi dividendlər gətirə bilər.
Təbii ki, proseslər, ilk növbədə, Rusiya-Ukrayna müharibəsinin başa çatmasından, daha doğrusu, necə yekunlaşmasından asılıdır. Ərdoğanın indiki şəraitdə - kritik vaxtda Moskvaya səfəri isə proseslərin gedişatına və gələcəyinə ciddi təsir göstərə bilər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

