2027-ci ildə Tayvana hücum gözlənilirmi?
08.04.2022 [10:18]
Amerikalı generaldan müəmmalı proqnoz
Məlik MƏMƏDOV
Çinin ayrılmaz ərazisi hesab etdiyi Tayvan mövzusu hazırda III Dünya müharibəsinə səbəb ola biləcək məsələlərdən biri kimi səciyyələndirilir. Xatırladaq ki, Tayvan 1949-cu ildə vətəndaş müharibəsinin sonunda Çindən ayrılıb. Vaşinqtonun 1979-cu ildə rəsmi olaraq vahid Çini tanımasına baxmayaraq, Ağ Ev adanı fəal şəkildə dəstəkləməyə davam edir (o cümlədən hərbi sahədə). Çünki Tayvan, əslində, güclənən Çinə qarşı “silah”dır. Lakin son aylarda Çin ada ilə bağlı siyasətini, mövqeyini sərtləşdirib və bu, Pekin ilə Vaşinqton arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
Bu ilin yanvarında ABŞ ÇXR-ə qarşı mübarizəni nəzərdə tutan ABŞ-ın Hind-Sakit Okean Strategiyasının yeni versiyasını nəşr etdi. Bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirdi ki, “Çin uzun müddət amerikalıların və bütün dünya xalqlarının təhlükəsizliyinin və rifahının əsasını təşkil edən qaydalara əsaslanan dünya nizamına meydan oxuyur”. Aprelin 5-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Tayvanın “özünümüdafiə” üçün Amerikadan silah və hərbi texnikası aldığını bildirib. Ardınca ABŞ Dövlət Departamenti Tayvanla Patriot zenit-raket komplekslərinin texniki qulluğu üçün 95 milyon dollarlıq müqaviləni təsdiqləyib. Bu addımlar Çinin kəskin etirazına səbəb olub. Çin XİN-i bildirib ki, “Pentaqon öz hərəkətləri ilə Çin-ABŞ münasibətlərinə xələl gətirir və Tayvan boğazında sülhü pozur”.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli də müəmmalı “proqnoz” ilə çıxış edib. O bildirib ki, Çin uzunmüddətli perspektivdə ABŞ üçün əsas geostrateji çağırış olaraq qalır. “Onlar 2035-ci ilə qədər ABŞ ilə hərbi cəhətdən bərabər olmaq, 2027-ci ilə qədər Tayvanı ələ keçirmək üçün hərbi imkanlarını inkişaf etdirmək niyyətindədirlər”, - deyə Milli xəbərdarlıq edib.
Sual yaranır: nə üçün general 2027-ci ili Tayvanın ələ keçirilmə tarixi kimi göstərdi? Bu bəyanatın əsası nədir: konkret kəşfiyyat məlumatlarına əsaslanır, yoxsa bu, Çini qıcıqlandırmaq üçün nəzərdə tutulmuş növbəti gedişdir?
Milli 2021-ci ilin iyununda oxşar bəyanatla çıxış edib. Həmin ilin martında Vaşinqtonun Asiya-Sakit Okean regionu üzrə yüksək səviyyəli hərbi zabiti admiral Filip Devidson da ABŞ ordusunun yaxın altı ildə “Çinin Tayvanı işğal edəcəyini gözlədiyini” bildirmişdi. Amerika hərbçisi öz qənaətlərini Çinin Amerika hərbi qüvvələrini Asiya regionundan sıxışdırıb çıxarmaq üçün fəal hərəkətləri ilə əsaslandırmışdı.
Maraqlıdır ki, bu il yanvarın sonunda nüfuzlu çinli alim, Jenmin Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru və Çin Kommunist Partiyasının xarici siyasət üzrə eksperti Tsin Kanrong da 2027-ci ilə qədər ÇXR-in Tayvanı birləşdirmək üçün güc tətbiq edəcəyini bildirmişdi: “2022-ci ilin payızında Çin Kommunist Partiyasının Milli Konqresinin yekunlaşmasından sonra məcburi birləşmə ssenarisi reallığa çevriləcək. Çox güman ki, rəhbərlik 2027-ci ildə, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) yaradılmasının 100 illiyi tamam olanda silahlı birləşməyə keçəcək”.
Çin rəhbərliyinə yaxın olan nüfuzlu alimin açıqlaması bu proqnozun əsassız olmadığını deməyə əsas verir. Ancaq bu, çətin ki, yalnız ÇXAO-nun 100 illiyi timsalında simvolikdir. Hələ hərbi əməliyyatlar başlamazdan əvvəl çoxları hesab edirdi ki, Ukrayna münaqişəsi Vaşinqtonun öz müttəfiqlərinin maraqlarını həqiqətən müdafiə edib-etməyəcəyini göstərməli olan bir növ testdir. Ola bilər ki, ABŞ-dan qəti addım görməyən Çin Tayvanı ilhaq etmək planlarını həyata keçirməyə qərar verdi. Lakin əhalisi çox olan və müdafiə qabiliyyəti yüksək olan belə bir adanın ələ keçirilməsi “çətin və baha başa gələn” işdir və hazırlıq tələb edir. Lakin digər ekspertlər hesab edir ki, Tayvanı Ukrayna ilə müqayisə etmək yersizdir: vəziyyətlər tamamilə fərqli geosiyasi problemlərdən asılıdır. Onlar bildirirlər ki, Birləşmiş Ştatların Tayvanla mədəni əlaqələri daha güclüdür və bu fakt adanın ABŞ-ın Asiyada ideoloji, diplomatik və hərbi strategiyasının təməl daşı adlandırılmasına imkan verir. ABŞ üçün buradakı risklər Ukraynadan qat-qat yüksəkdir. Bundan əlavə, ABŞ və Çin uzun müddətdir ki, qlobal texnoloji hökmranlıq uğrunda gərgin rəqabət aparırlar. Texnoloji yarışın qalibi kommersiya, geosiyasi və hərbi sahədə həlledici üstünlüyə malik olacaq. Tayvanda isə TSMC-nin əsas çip istehsal edən zavodu yerləşir. Orada dünya bazarı üçün prosessorların 50%-dən çoxu istehsal olunur (sırf qabaqcıl prosessorları isə götürsək, 90%).
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

